8
EcoVision
XİTAB
Hörmətli oxucular!
Hörmətli ATİB üzvləri!
2015-ci ilin arxada buraxdımız aylarında
Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq
münasibətlərinin və qarşılıqlı əməkdaşlığın müxtəlif
sahələrdə inkişaf dinamikası məmnunluq doğurur. İki
qardaş ölkə arasındakı qarşılıqlı əməkdaşlığı uğurlu
edən başlıca səbəblərdən biri də hər iki ölkənin re-
gional miqyasda və beynəlxalq müstəvidə bir-birinə
dəstək olmasıdır. Azərbaycan Türkiyə İş Adamları
Birliyi (ATİB) də öz fəaliyyəti ilə Azərbaycanla Türkiyə
arasında əlaqələrin daha da möhkəmləndirilməsinə
öz töhfəsini verməkdədir.
Mart ayında Qarsda Azərbaycan Respublikası-
nın Prezidenti İlham Əliyevin və Türkiyə Respubli-
kasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti
görüşü oldu. Görüşdə strateji tərəfdaşlıq, dostluq və
qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu
inkişafından məmnunluq ifadə olundu. Türkiyədə
təməli qoyulan TANAP layihəsinin əhəmiyyəti vur-
ğulandı, əlaqələrimizin genişləndirilməsində yüksək
səviyyəli görüşlərin rolu qeyd edildi. Azərbaycanın
və Türkiyənin iştirak etdikləri mühüm strateji
layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasına mühüm töhfə verdiyi vurğulandı. Səfər
çərçivəsində Türkiyənin Qars vilayətinin Selim rayo-
nunda Trans-Anadolu qaz boru kəməri – TANAP-
ın təməlinin qoyulması münasibətilə təntənəli
mərasim keçirildi.
2015-ci ilin ilk ayları həm də Türkiyədə Çanaqqa-
la zəfərinin 100 illiyinin yüksək səviyyədə anılması
ilə yadda qaldı. Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyevin də iştirak etdiyi mərasimə 20-
yə yaxın dövlətin başçısı, 70-dən çox ölkədən rəsmi
şəxslər, beynəlxalq təşkilatların nümayəndələri
qatılmışdı. Çanaqqala zəfərinin 100 illiyinin 24 ap-
rel tarixində yüksək səviyyədə keçirilməsi ilə bağlı
qərar məhz iki qardaş ölkənin liderlərinin 2015-ci
il yanvarın 15-də Ankarada keçirdikləri mətbuat
konfransında bəyan edilmişdi. Biz yüksək səviyyədə
təşkil olunmuş bu möhtəşəm tədbiri türk dünyasın-
da müstəqil dövlətçiliyin, vətənə olan məhəbbətin
Dostları ilə paylaş: