9
daha da güclənməsinə rəvac verəcək mühüm hadisə kimi
dəyərləndiririk.
Çanaqqala zəfərinin yüksək səviyyədə qeyd
olunmasın;n 100 il öncə əsl qardaşlıq nümunəsi
göstərərək könüllü olaraq döyüşlərə qoşulmuş və şəhid
olmuş üç mindən çox azərbaycanlı qardaşımızın da
xatirəsinə ehtiramın bir ifadəsi olduğunu düşünürük.
Ötən dövr Azərbaycan Türkiyə İş Adamları Birliyinin
fəaliyyətində də bir sıra əlamətdar hadisələrlə yadda qal-
dı. 28 fevral 2015-ci ildə “Park Inn” hotelində Azərbaycan
Türkiyə İş Adamları Birliyinin Ümumi Yığıncağının növbəti
iclası keçirildi. Türkiyə Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkun, Pre-
zident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin
sektor müdiri Elman Paşayev, Milli Məclisin İqtisadi
siyasət komitəsinin sədri, millət vəkili, iqtisad elmləri
doktoru ziyad Səmədzadə, millət vəkili, Milli Məclisin
Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva, İqtisadiyyat ve
sənaye nazirinin müavini Sahib Məmmədov, Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar
Mərkəzinin direktoru Fərhad Məmmədov, Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev,
Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri,
DEİK/DTİK Avrasiya Bölgə Komitəsinin sədri Ali Galip Sa-
vaşır, Rus–Türk İş Adamları Birliyi İdarə Heyətinin sədri
Naki Karaaslan Ümumi Yığıncaqda çıxış edərək ATİB
haqqında dəyərli fikirlərini bildirdilər. İclas zamanı Birliyin
Nizamnaməsinə əsasən İdarə Heyətinin tərkibi, ehtiyat
üzvləri və idarə heyəti sədrinin seçilməsi məsələsinə ba-
xıldı və qərarlar qəbul edildi. Ötən dövr ərzində ATİB-də
baş verən yeniliklərdən biri də məhz ATİB İdarə Heyətinin
yeni tərkibdə fəaliyyətə başlaması oldu.
ATİB İdarə Heyətinin yeni tərkibinin Türkiyə Respub-
likasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
cənab Alper Coşkunla da görüşü oldu. Görüşdə hər za-
man səfirliyin dəstəyini hiss etdiyimizi qeyd etdik. ATİB
olaraq bundan sonra da iki qardaş ölkənin maraqla-
rı naminə çalışacağımızı vurğuladıq. Cənab səfir isə öz
növbəsində qeyd etdi ki, ATİB Azərbaycanın iş adamları
təşkilatları sırasında özünəməxsus yer tutur: "Əminəm ki,
siz bundan öncə olduğu kimi, bundan sonra da işlərinizi
uğurla davam etdirəcəksiniz. Biz ATİB-dən yeni layihələr
və yeni uğurlar gözləyirik”.
Biz inanırıq ki, yeni üzvlər öz missiyalarını layiqincə
yerinə yetirəcək və ATİB öz fəaliyyətini daha da
genişləndirəcəkdir.
ATİB ötən aylarda da təşkilati potensialını gücləndirmək
məqsədilə fəaliyyətini davam etdirdi. Hər zaman olduğu
kimi, ötən aylarda da İdarə Heyətinin üzvləri ilə birgə
üzvlərimizi ziyarət etdik. “Holiday Inn Baku” hotelini
(“Marina Plaza” MMC), “zenit Tour” şirkətlərini ziyarət
edərək onların fəaliyyəti və həyata keçirdikləri yeniliklərlə
yaxından tanış olduq.
ATİB ötən dövr ərzində dövlət tədbirlərində,
beynəlxalq simpoziumlarda, forumlarda fəal iştirak et-
mişdir. 6 mart 2015-ci ildə Batumidə Azərbaycan İqtisa-
diyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı
ilə Gürcüstan–Türkiyə–Azərbaycan Biznes Forumu keçiril-
di. ATİB İdarə Heyətinin üzvləri ilə birgə forumda iştirak
etdik.
ATİB fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağ-
lı daha geniş auditoriyaya məlumat vermək məqsədiilə
Azərbaycanda təşkil olunan beynəlxalq sərgilərdə də
fəal iştirak edir. 14-cü Azərbaycan Beynəlxalq "Turizm
və Səyahətlər” və "Horex Caucasus 2015” 7-ci Qafqaz
Beynəlxalq "Mehmanxana, restoran və supermarketlər
üçün avadanlıq və ləvazimatlar” sərgisi keçirilib. Birliyimi-
zin üzvü “Iteca Caspian” şirkətinin təşkil etdiyi bu sərgilərə
Azərbaycan Türkiyə İş Adamları Birliyi öz stendi ilə qatılıb.
Qeyd edim ki, ATİB eyni zamanda bu sərginin informasiya
tərəfdaşı olub. Sərgidə ATİB ziyarətçilərə birlik haqqında
ətraflı məlumat verərək, nəşrlərini təqdim etdi.
Dostları ilə paylaş: