azərbaycan informasiya təhlükəsizliyi
üzrə elektron xidmətləri işə salıb
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsu-
si Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin
Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzi (CERT)
"Yoluxmuş IP" xidmətini işə salıb. Bu barədə Trend-ə CERT-
dən deyiblər.
Mərkəzdən bildiriblər ki, yeni xidmət yoluxmuş IP ün-
vanların məlumat bazasında istifadəçiyə IP ünvanını yoxla-
maq imkanı verir.
Bu xidmətdən yalnız Azərbaycan istifadəçiləri yararla-
na bilərlər. IP ünvanın yoluxduğu məlum olarsa, müvafiq
xəbərdarlıq avtomatik olaraq ekranda göstərilir. Bildirişdə
zərərli kodun aktivliyi barədə ətraflı məlumat əks olunacaq.
CERT-in təqdim etdiyi bəzi xidmətlər ("Şifrlərin onlayn
generatoru", "Parolun təhlükəsizliyi", "Mənim IP ünvanım"
və yeni "Yoluxmuş IP" kimi) hazırda fəaldır.
CERT informasiya təhlükəsizliyi üzrə daha iki onlayn
xidməti - "Malware Lab" və "Virtual test" - işə salmağa ha-
zırlaşır.
|