tbilisidə azərbaycan, Gürcüstan və türkiyə
müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
Aprelin 2-də Tbilisidə Azərbaycanın, Gürcüstanın
və Türkiyənin müdafiə nazirləri zakir Həsənov, Mindia
Canelidze və İsmət Yılmaz arasında üçtərəfli formatda
görüş keçirilib.
AzƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz ara-
sında müdafiə sahəsində əməkdaşlığın üçtərəfli for-
matda inkişaf perspektivləri, dünyada və regionda
baş verən proseslər və qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Müdafiə naziri general-polkovnik za-
kir Həsənov bildirib ki, sayca ikinci olan bu görüşdə hər
üç ölkənin Müdafiə nazirlikləri arasında təhsil, Silahlı
Qüvvələrin hazırlığı, döyüş və müdafiə qabiliyyətinin
artırılması, regional təhlükəsizlik məsələləri diqqət
mərkəzində olub. Görüşdə hər üç tərəf üçün əhəmiyyət
kəsb edən məsələlərə toxunulub və mühüm qərarlar
qəbul olunub. Eyni zamanda, Azərbaycan tərəfi regi-
onda baş verən hadisələrə, xüsusən də Dağlıq Qara-
bağ münaqişəsinə diqqət çəkib.
Gürcüstanın Müdafiə naziri Mindia Canelid-
ze üçtərəfli görüşün səmərəli keçdiyini vurğula-
yıb. O deyib ki, bu əməkdaşlıq hər hansı bir tərəfə
qarşı yönəlməyib. Biz, sadəcə olaraq, öz aramız-
da əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək
niyyətindəyik. Düşünürük ki, bu cür görüşlər hər üç
ölkənin ümumi inkişafına töhfə verəcək.
23
|