Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Poroşokların hazırlanma texnologiyasına hansı mərhələ aid deyil?



Yüklə 1,38 Mb.
səhifə18/24
tarix27.01.2017
ölçüsü1,38 Mb.
#6525
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

821) Poroşokların hazırlanma texnologiyasına hansı mərhələ aid deyil?
A) Dozalama

B) Xırdalama

C) Qarışdırma

D) Həlletmə

E) Bükmə
Poroşoklar səpilə bilən dərman formasıdır, ona görə “Həlletmə” poroşokların texnologiyasına aid deyil
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” BAKI 1989 səh 68
822) Protorqolun tərkibində neçə faiz gümüş var?
A) 10%

B) 20%


C) 8,3%

D) 70%


E) 100%
IX DF göstərişinə əsasən protorqolun tərkibində 8,3% gümüş vardır
IX DF səh 387 Mockba 1961
823) Göstərilən maddələrdən hansı boyayıcı maddələrə aiddir ?
A) Kamfora, novokain

B) Bor turşusu, streptosid

C) Riboflavin, akrixin

D) Metilen abısı, analgin

E) Amidopirin, furasilin
Riboflavin sarı- narıncı, akrixin isə sarı rəngli olduğu üçün boyayıcı maddələrə aiddir.

F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı,2005 səh 37


824) Göstərilən dərman formalarından hansı bərk dərman formalarına aid deyil?
A) Yığıntılar

B) Məlhəmlər

C) Tabletlər

D) Dənəciklər

E) Qranullar
Məlhəmlər yumşaq dərman formasıdır .
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, S.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Baki 1989 səh 66
825) Triturasiyanın hazırlanmasında hansı köməkçi maddədən istifadə edilir?
A) Buğda unu

B) Süd şəkəri

C) Su

D) Nişasta



E) Talk
Süd şəkəri az hiqroskopik olduğu üçün triturasiyanın hazırlanmasında istifadə olunur.

F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı,2005 səh 38


826) Triturasiya nədir?
A) Şəkər və şiddətli təsiredici maddənin qarışığı

B) Zəhərli və şiddətli təsiredici maddənin qarışığı

C) Zəhərli maddə ilə süd şəkərinin qarışığı

D) Qlükoza və şiddətli təsiredici maddənin qarışığı

E) Şəkər və zəhərli maddənin qarışığı
Zəhərli maddə ilə süd şəkərinin qarışığı 1:10 və 1: 100 nisbətində triturasiyasından istifadə edilir.

F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı,2005 səh 38


827)Yağlı cirənin tərkibi nədən ibarətdir?
A) 1,0 şəkər+1 damcı cirə yağı

B) 0,2 şəkər+1 damcı cirə yağı

C) 0,2 şəkər+2 damcı cirə yağı

D) 2,0 şəkər+1 damcı cirə yağı

E) 3,0 şəkər+1 damcı cirə yağı
Cirənin yağlı şəkəri 2,0 şəkərdən və 1 damcı cirə yağından ibarətdir

F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, S.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 79


828) Resepti hazırlamaq üçün atropin sulfatın triturasiyasından(1:100) nə qədər götürmək lazımdır?
Rp: Atropini sulfatis 0,0002

Sacchari 0,2

M.f.pulv

D.t.d. №10

S. 1 poroşokdan gündə 3 dəfə

A) 0,1


B) 0,2

C) 0,3


D) 0,05

E) 0,02
Atropin sulfat triturasiyası 1:100 nisbətindədir. Resepti hazırlamaq üçün (0,0002x10x100) triturasiyası götürülür

F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı,2005 səhəh 38
829) Tibbi şamların hazırlanmasında istifadə olunan butirolun tərkibi nədən ibarətdir?
A) Duru parafin, kakao yağı, piyli yağlar

B) Hidrogenləşdirilmiş piyli yağlar, bərk parafin

C) Qliserin , lanolin, hidrogenizə olmuş piyli yağlar

D) Günəbaxan yağı, şaftalı yağı, kakao yağı

E) Jelatin, qliserin, stearin turşusu
X DF göstərişinə əsasən butirol hidrogenizə olunmuş piyli yağlardan və bərk parafindən ibarətdir.

F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı,2005 səh 39


830) Hansı poroşoklar sadə poroşoklar adlanır?
A) 4 dərman maddəsindən ibarət olan

B) 2 dərman maddəsindən ibarət olan

C) 1 dərman maddəsindən ibarət olan

D) 3 dərman maddəsindən ibarət olan

E) 2 və daha çox dərman maddəsindən ibarət olan
1 dərman maddəsindən ibarət olan poroşoklar sadə poroşoklar adlanır.

F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 33


831) Rp: Riboflavini 0,01

Sacchari 0,2

M.f.pulv

D.t.d. №15

S. Bir poroşokdan gündə 3 dəfə

Bu reseptdə riboflavinin ümumi miqdarı nə qədərdir?

A) 0,18


B) 0,02

C) 0,15


D) 0,1

E) 0,14
Ribiflavinin dozasını poroşokların sayına vurmaqla (0,01x15= 0,15) hesablanır.

F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 37
832) Resepti hazırlamaq üçün neçə damcı durulaşdırılmış xanımotu ekstraktından götürmək lazımdır (0,1= 6 damcı)?

Rp: Extractı Belladonnae fluidi 0,015

Bismuthi subnitratis

Magnesii oxydi aa 0,25

M.f.pulv

D.t.d. №10

S.1 poroşok gündə 3 dəfə
A) 9 damcı

B) 8 damcı

C) 4 damcı

D) 10 damcı

E) 7 damcı
Xanımotu ekstraktının durulaşdırılmış məhlulu 0,1- 6 damcı olduqda ,0,15=9 damcı götürülür
Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə. Tağıyev. “Dərman formalarının texnologiyası”. Bakı,1989 səh 78
833) Əczaçılıq təcrübəsində triturasiya hansı nisbətdə hazırlanır?
A) 1:100, 1:150

B) 1:50, 1:5

C) 1:100, 1:200

D) 1:60, 1:70

E) 1:10, 1:100
Zəhərli dərmanlar çox kiçik (0,0001 və s.) dozalarda yazıldığı üçün və bu miqdarı çəkmək çətinlik törətdiyi üçün 1:10 və 1:100 nisbətində triturasiya hazırlanır.
Ə.İ.İsmayılov, F.Ə. Təhməzov, S.Ə. Tağıyev . “Dərman formalarının texnologiyası” Bakı, 1988 səh 38
834) Rp: Promedoli 0,01

Sacchari 0,3

M.f.pulv

D.t.d. №10

S. Ağrı zamanı

Reseptdə poroşokun ümumi miqdarı nə qədərdir?

A) 2,8


B) 2,3

C) 3,0


D) 2,5

E) 3,1
Verilən resept vurma üsulu ilə hesablanır. (0,01x10)+(0,3x10)=3,1

Ə.İ.İsmayılov F.Ə. Təhməzov, S.Ə. Tağıyev. “Dərman formalarının texnologiyası” .Bakı, 1988 səh 35
835) Bu resept hansı poroşoklara aiddir?

Rp: Acidi ascorbinici 0,1

Sacchari 0,3

M.f.pulv

D.t.d. №15

S. Bir poroşokdan gündə 3 dəfə
A) Sadə dozalanmış poroşoklara

B) Dozalanmamış mürəkkəb poroşoklara

C) Dozalanmış mürəkkəb poroşoklara

D) Sadə dozalanmamış poroşoklara

E) Xaricə işlənən poroşoklara
Tərkibində 2 dərman maddəsi olduğu üçün mürəkkəb, hər dəfə qəbul ediləcək dozası müəyyən miqdarda olduğu üçün dozalanmış poroşokdur.

F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 36


836) Aptekdə hazırlanmış qatı ekstrakt məhlulunun saxlanma müddəti neçə gündür?
A) 5 gün

B) 15 gün

C) 10 gün

D) 12 gün

E) 8 gün
Aptekdə hazırlanan qatı ekstrakt məhlulunun saxlanma müddəti 10 gün təyin edilmişdir

F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 78


837) Dozalanmış mürəkkəb poroşoklar necə təyin edilir?
A) Qarqara üçün

B) Xaricə

C) Daxilə

D) İslatma üçün

E) İmalə üçün
Dozalanmış mürəkkəb poroşoklar əsasən daxilə təyin edilir.

F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 35


838) Aptekdə zəhərli və narkotik dərman maddələrinin saxlanmasına cavabdeh şəxs kimdir?
A) Aptekin defektarı

B) Aptek müdirinin müavini

C) Aptekin reseptarı

D) Əmrlə təyin edilən şəxs

E) Aptekin nəzarətçisi
Aptekin daxili əmrinə əsasən cavabdeh şəxs təyin edilir.

Ə.İ.İsmayılov və T.Ə.Təhməzov, S.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası” Bakı,1988 səh 38


839) Reseptdə rezerpinin triturasiyadan (1:100) nə qədər götürülür?

Rp: Reserpini 0,0002

Dibasoli 0,01

Barbitali natrii 0,2

M.f.pulv

D.t.d. №10

S. Bir poroşokdan gündə 3 dəfə

A) 0,1


B) 0,2

C) 0,3


D) 0,15

E) 0,25
Rezerpin triturasiyası 1:100-də olduğu üçün (0,0002x100x10=0,2) 0,2 rezerpin triturasiyası götürülür.

F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 37
840) Yığıntıların tərkibinə duz necə əlavə olunur?
A) Suda həll edilir ,üzərinə çilənir

B) Bitki hissələri ilə qarışdırılır

C) Yağda həll edilir üzərinə səpilir

D) Poroşok şəklində bükülüb verilir

E) Duz verilmir
Duzun qatı sulu məhlulu hazırlanır, bitki hissələrinin üzərinə çilənir və quruducu şkafda qurudulur.

F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 61


841) Göstərilən hansı dərman maddəsindən triturasiya hazırlanır?
A) Sulfadimezin

B) Analgin

C) Anestezin

D) Skopolamin hydrobromid

E) Eufillin
Skopolomin hidrobromid zəhərli maddə olduğu üçün onun 1:100-də triturasiyası hazırlanır.
F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 37
842) Daxilə qəbul edilən məhlulların hazırlanmasında hansı həlledicidən istifadə olunmur?
A) Günəbaxan yağı

B) Etil spirti

C) Terpentin yağı

D) Destillə suyu

E) Şaftalı yağı
Terpentin yağı yalnız xaricə işlənən dərman maddəsidir.
F.Ə.Təhməzov, Ə.İ. İsmayılov, S.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası”. Bakı, 1989 səh 84
843) Burov məhlulunun kimyəvi adı nədir?
A) Hidrogen xlorid turşusunun məhlulu

B) Formalaldehid məhlulu

C) Hidrogen peroksid məhlulu

D) Əsası alüminium asetat məhlulu

E) Ammonyak məhlulu
Maye preparatların məhlulları mövzusuna əsasən, Burov məhlulunun kimyəvi adı əsası alüminium asetat məhluludur.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 97
844) Ammonyakın X DF üzrə qəbul edilmiş qatı məhlulu neçə faizlidir?
A) 3-10%

B) 30-40%

C) 25-27%

D) 8-9%


E) 15-20%
IX DF –na əsasən ammonyakın qəbul edilmiş qatı məhlulu 25-27%-dir.

IX DF ,Mockva 1961 səh 445


845) Göstərilən resept hansı məhlullara aiddir?

Rp: Mucilaginis Amyli 1,0

Chlorali hydrati 5,0

Natrii bromidi

Tincturae Opii simplicis gtt V

M.D.S. İmalə üçün

A) Sulu çıxarışlara

B) Suspenziyalara

C) Kalloid məhlullara

D) Yüksək molekullu birləşmələrin məhlullarına

E) Həqiqi məhlullara


Bu məhlul yüksək molekullu birləşmələrə xas olan (suvaşqanlı, bürüyücülük) xüsusiyyətlərinə malikdir .
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 105
846) Resepti hazırlamaq üçün nə qədər kafur və nə qədər emulqator götürmək lazımdır?

Rp: Sol. Natrii bromidi 3%-100 ml

Camphorae 2,0

D.S. 1 çay qaşığ ı ilə gündə 3 dəfə
A) 1,0 kafur; 0,5 emulqator

B) 2,0 kafur; 0,5 emulqator

C) 0,2 kafur; 0,4 emulqator

D) 2,0 kafur; 2,0 emulqator

E) 2,0 kafur; 0,6 emulqator
Kafur yüksək hidrofab xassəyə malik olduğu üçün 2 qram kafura, 2 qram emulqator götürülür

F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 112


847) Bu maddələrdən hansı suda asan həll olur?
A) Natrium bromid

B) Analgin

C) Bor turşusu

D) Streptosid

E) Anestezin
X DF göstərişinə əsasən natrium bromid suda asan həll olan maddədir.
F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 79
848) Büret sistemi üçün kalsium xlorid məhlulu hansı nisbətdə hazırlanır?
A) 1:2

B) 1:5


C) 1:10

D) 1:20


E) 1:25
Büret sistemi üçün konsentratların hazırlanmasına əsasən kalsium xlorid məhlulu 1:2 hazırlanır (50%-li)

F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı,2005 səh 79


849) Kollarqolun tərkibində neçə faiz gümüş var?

A) 10%


B) 8,9%

C) 20%


D) 70%

E) 50%


X DF göstərişinə əsasən kollarqolun tərkibində 70 faiz gümüş vardır.

IX DF səh 127 Mockba 1961


850) Məhlulun qatılığı 5% və 5%-dən yuxarı olduqda hansı əmsal nəzərə alınmalıdır?
A) Həcm artma əmsalı

B) İzotonik əmsal

C) Su udma əmsalı

D) Kristallaşma suyu

E) Əhəmiyyəti yoxdur
Quru maddələri suda həll etdikdə məhlulun həcmi artdığı üçün həcm artma əmsalı

qəbul edilib.

F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 84
851) Rp:Sol.Calcii chloridi 5%-200 ml

D.S. xörək qaşığı ilə gündə 3 dəfə

Resepti hazırlamaq üçün büret sistemindən nə qədər kalsium xlorid məhlulu götürmək lazımdır?
A) 5 ml

B) 20 ml


C) 10 ml

D) 30 ml


E) 15 ml
Büret sistemi üçün kalsium xloridin məhlulu 1:2 nisbətində hazırlandığı üçün 5x200/ 100=10 ml x 2 =20 ml məhlul götürülür.
F.Ə.Təhməzov, K.Y.Əliyeva.Ə.İ. İsmayılov “Dərman formalarının texnologiyası”. Bakı 1989 səh 99
852) Resepti Büret sistemindən istifadə edərək hazırla (1:5)

Rp: Sol .Kalii yodidi 3% -200 ml

D.S xörək qaşığı ilə gündə 3 dəfə

A) 10 ml Kalium yodid + 190 ml distillə suyu

B) 50 ml Kalium yodid +150 ml distillə suyu

C) 30 ml Kalium yodid+170 ml distillə suyu D) 20 ml Kalium yodid +180 ml distillə suyu

E) 15 ml Kalium yodid + 180 ml distillə suyu
Büret üçün kalium yodid məhlulu 1:5 hazırlandığı üçün 30 ml kalium yodid və 170 ml destillə suyu götürülür. (3x200/100)=6,0 Kalium yodid, 6,0 x 5=30 ml məhlul götürülür

F.Ə. Təhməzov .K.Y.Əliyeva .”Əczaçılıq texnalogiyası üzrə təcrübə məşğələləri” . Bakı 2005 səh 79



853) Büret sistemindən istifadə edərək resepti hazırla ( natrium bromid 1:5, kofein natrium - benzoat 1:10)

Rp: Sol. Natrii bromidi 4,0-200ml

Coffeini natrii- benzoatis 2,0

Tincturae Leonuri

Tincturae Convallariae aa 10 ml

M.D.S. Xörək qaşığı ilə gündə 3 dəfə
A) 40 ml natr4ium- bromid, 40 ml kofein natrium- benzoat məhlulu

B) 40 ml natrium- bromid , 2 ml kofein natrium -benzoat məhlulu

C) 20 ml natrium -bromid , 10ml kofein natrium- benzoat məhlulu

D) 60 ml natrium -bromid , 30 ml kofein natrium -benzoat məhlulu

E) 20 ml natrium -bromid , 20 ml kofein natrium -benzoat məhlulu
Büret sistemi üçün natrium –bromid məhlulu 1:5, (4x5=20 ml), kofein natrium- benzoat 1:10 (2x10=20 ml) götürülür.

F.Ə. Təhməzov .K.Y.Əliyeva . Ə.İ. Isamayılov “Dərman formalarının texnologiyası”. Bakı 1989 səh 10


854) Rp: Sol. Formaldehydi 10%- 200ml

D.S.Xaricə

Resepti hazırlamaq üçün formaldehydin neçə faizli məhlulundan istifadə edilir və nə qədər götütülür?
A) 40% formalindən 50 ml götürülür

B) 30 % formalindən 10 ml götürülür

C) 20% formalindən 30 ml götürülür

D) 20 % formalindən 10 ml götürülür

E) 40% formalindən 30 ml götürülür
Bu reseptdə formaldehidin kimyəvi adı yazıldığı üçün məhluldan 50 ml (x=10 x 200/40=50 ml) götürülür
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 97
855) Yüksək hidrofobluq xassəsi olmayan maddə hansıdır?

Rp: Extr.Belladonnae 0,015

Maqnezii oxydi

Terpini hydrati aa 2,0

Benzonaphtholi 0,5

Themisali 4,0

Qlucosae 5,0

Aquae destillatae 150 ml

M .D.S. xörək qaşığı ilə gündə 3 dəfə
A) Qlükoza

B) Xanımotu ekstraktı

C) Terpin hidrat

D) Maqnezium- oksid

E) Benzonaftol
Ədəbiyyata əsasən maqnezium oksid su ilə yaxşı islanır və hidrofil maddəyə aiddir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 111
856) Kalium-permanqanat məhlulu ən çox hansı nisbətdə hazırlanır?
A) 1:400

B) 1:100


C) 1:200

D) 1:1000

E) 1:50
Kalium-permanqanat tez oksidləşən dərman maddəsidir. Ən çox 1:400 məhlulu hazırlanır.

F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı 2005 114


857) Məhlul necə hazırlanır?

Rp: Jodi 1,0

Kalii jodidi 2,0

Aquae destillate 17 ml

M.D.S. boğaza sürtmək üçün
A) Yod+kalium yodid+su

B) Yod + su + Kalium yodid

C) Kalium yodid + Yod + su

D) Su + yod + kalium yodid

E) Kalium yodid + az miqdar su + suyun qalan hissəsi
Yod suda çətin həll olur, lakin kalium yodidin qatı məhlulunda yaxşı həll olur.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 95
858) Suspensiyalar buraxılan qabın üzərinə hansı əlavə etiket yapışdırılır?
A) İşlətməzdən əvvəl çalxalamalı

B) Xarici

C) Daxili

D) Ehtiyatlı ol

E) Dəriyə sürtmək üçün
Suspenziyanı sakit buraxdıqda çöküntü əmələ gəlir. Buna görə onlar aptekdən buraxarkən qabın üzərinə “İşlətməzdən əvvəl çalxalamalı” etiketi yapışdırılır.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 111
859) Hidrogen xlorid turşusunun qatılığı göstərilməzsə neçə faizli məhlul istifadə olunur?
A) 8,3%-li məhlul

B) 10%-li məhlul

C) 15%-li məhlul

D) 20%-li məhlul

E) 5,5%-li məhlul
X DF –göstərişinə əsasən 8,3%-li məhluldan istifadə olunur.

F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 97


860) Aptek şəraitində inyeksiya məhlulları hansı üsulla hazırlanır?
A) Həcm üsulu

B) Həcm-həcm üsulu

C) Kütlə-kütlə üsulu

D) Kütlə üsulu

E) Kütlə-həcm üsulu
İnyeksiya məhlullarının hazırlanma texnologiyasına görə bərk maddə çəkilir, həlledici isə ölçülür. Ona görə də bu üsul çəki-həcm üsulu adlanır.

F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 242


861) 1 litr qeyri elektrolit inyeksiya məhluluna Vant-Hoff qanununa görə izotonik qatılıq (C) neçəyə bərabərdir?
A) C=0,74 mol/L

B) C=0,29 mol/L

C) C=0,5 mol/L

D) C=10,05 mol/L

E) C=0,26 mol/L
Qan plazmasının osmotik təzyiqini və insan orqanizminin mütləq temperaturunu nəzərə alaraq hesablamaqla C=0,29 mol/L alınır.

F.Ə.Təhməzov, K.Y.Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələsi”. Bakı 2005 səh 243


862) Qlükozanın 100 ml izotonik inyeksiya məhlulunu hazırlamaq üçün neçə qram qlükoza lazımdır?
A) 4,8 qram qlükoza

B) 10,5 qram qlükoza

C) 5,2 qram qlükoza

D) 8,2 qram qlükoza

E) 1,5 qram qlükoza
Qlükozanın 100 ml izotonik məhlulu üçün x=0,29MV/1000 düstüründan istifadə edilir. M=180 qlükozanın mol çəkisi V= 100ml həcm, X=0,29x180x100/1000=5,2 qlükoza götürmək lazımdır.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 233
863) Qlükozanın neçə faizli inyeksiya məhlulları hipertonik məhlul adlanır?
A) 10%, 25%, 40%

B) 5%, 30%, 50%

C) 3%, 8%, 45%

D) 4%, 12%, 60%

E) 1%, 3%, 6%
10-25-40%-li qlükoza məhlulu qan zərdabının osmotik təzyiqindən yüksək olduğu üçün hipertonik məhlul adlanır.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 230
864) İnyeksiya məhlullarında qlükozanın neçə faizli məhlulu izotonik məhlul adlanır?
A) 10%-li məhlulu

B) 0,5%-li məhlulu

C) 25%-li məhlulu

D) 5%-li məhlulu

E) 40%-li məhlulu
Qlükozanın 5%-li məhlulu qan zərdabının osmotik təzyiqinə bərabər olduğu üçün izotonik məhlul adlanır.

F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 237


865) Qlükozanın inyeksiya məhlulunu stabilləşdirmək üçün işlənən Veybel məhlulunun tərkibini göstərin?
A) 5,0 natrium -xlorid, 3ml 0,1 N xlorid turşusunun məhlulu, 1 litr su

B) 0,26 Natrium- xlorid, 5ml 0,1 N xlorid turşusunun məhlulu, 1 litrə qədər su

C) 3,0 natrium -xlorid, 15ml 0,1 N xlorid turşusunun məhlulu, 1 litr su

D) 6,0 natrium- xlorid, 10ml 0,1N xlorid turşusunun məhlulu, 1 litr su

E) 8,0 natrium -xlorid, 8ml 0,1 N xlorid turşusunun məhlulun, 1 litr su
X DF göstərişinə əsasən Veybel məhlulunun tərkibi -0,26 natrium xlorid , 5 ml 0,1 N hidrogen xlorid turşusunun məhlulu və 1 litrə qədər sudan ibarətdir.

F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 231


866) Fizioloji və qan əvəzedici məhlulların tərkibinə göstərilən maddələrdən hansı dərman maddəsi əlavə olunur?
A) Kalsium-xlorid

B) Novokain

C) Qlükoza

D) Vitamin C

E) Vitamin B12
Fizioloji və qan əvəzedici məhlulların tərkibinə qan plazmasında olduğu kimi qlikoza əlavə edilir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 241
867) Aptekdə hazırlanan şok əleyhinə məhlullara spirt hansı şəraitdə əlavə olunur?
A) Sterilizə olunmuş məhlul üzərinə aseptik şəraitdə əlavə edilir

B) Hazırlanmış məhlula əlavə edilir

C) Məhlula spirt əlavə edilir, sterilizə edilmir

D) Spirt əlavə edilmir

E) Spirt və məhlul qarışdırılır, sterilizə edilir
Şok əleyhinə məhlullar aseptik şəraitdə hazırlanır. Spirt sterilizə olunmuş məhlulun üzərinə əlavə edilir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 242
868) Aptekdə hazırlanan göz damcıları necə tərtib olunur?
A) Narıncı etiket, xaricə

B) Mavi etiket ,daxilə

C) Çəhrayi etiket, göz üçün

D) Yaşıl etiket ,daxilə

E) İnyeksiya üçün etiket
X DF göstərişinə əsasən bu etiketlərdən istifadə olunur.

F.Ə.Təhməzov, .K.Y.Əliyeva, Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri” Bakı 2005 səh 261


869) Levomisetindən göz damcısı hazırladıqda həlledici kimi nədən istifadə edilir?
A) 0,9%-li natrium xloridin məhlulundan istifadə edilir

B) Sudan istifadə edilir

C) Spirtdən istifadə edilir

D) Bitki yağlarından istifadə edilir

E) Bor turşusu və natrium tetraborat qarışığından istifadə edilir
Göz damcıları bor turşusu və natrium tetraborat məhlulunda hazırlanır. Bunlardan istifadə etməkdə əsas məqsəd uyğun bufer sistemi yaratmaqdan və levomisetinin həletmə qabiliyyətini artırmaqdan ibarətdir.

F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 259


870) Aptekdə inyeksiya məhlulları hansı üsulla sterilizə edilir?
A) Pasterilizə üsulu ilə

B) Quru isti hava ilə, axar su buxarı ilə

C) Tindalizə üsulu ilə

D) Kimyəvi üsul ilə

E) Fiziki kimyəvi üsul ilə
Mikroorqanizmlər, onların sporları 120-121C temperaturda 3-25 dəq müddətində tamamilə məhv olur. Ona görə də aptekdə inyeksiya məhlulları quru isti hava ilə axar su buxarı ilə sterilizə edilir.

F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 195


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin