Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Azərbaycan Respublikası ərazisində bu psixotrop dərman preparatlarından hansının dövriyyəsi qadağan edilmişdir?



Yüklə 1,38 Mb.
səhifə4/24
tarix27.01.2017
ölçüsü1,38 Mb.
#6525
1   2   3   4   5   6   7   8   9   ...   24

118) Azərbaycan Respublikası ərazisində bu psixotrop dərman preparatlarından hansının dövriyyəsi qadağan edilmişdir?
A) Mazindol

B) Frenolon

C) Bromizoval

D) Asefen

E) Mebikar
Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahıları 2001-ci il 20 fevral tarixli 85 II Q Azərbaycan Respublikasının Qanununda təsdiq edilmişdir. Göstərilən Mazindol preparatının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmişdir.
Ədəbiyyat: “Narkotik vasitələr, psixotrop maddələr və prekursorlara nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu.
119) Azərbaycan Respublikası ərazisində bu prekursorlardan hansının dövriyyəsi qadağan edilmişdir?
A) Erqotamin

B) Psevdoefedrin

C) Piperidin

D) Etil efiri

E) Sirkə turşusunun anhidridi
Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahıları 2001-ci il 20 fevral tarixli 85 II Q Azərbaycan Respublikasının Qanununda təsdiq edilmişdir. Göstərilən Piperidin prekursorunun Azərbaycan Respublikasında dövriyyəsi qadağan edilmişdir.
Ədəbiyyat: “Narkotik vasitələr, psixotrop maddələr və prekursorlara nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu.
120) Azərbaycan Respublikasında bu narkotik vasitələrdən hansının dövriyyəsi məhdudlaşdırılmışdır?
A) Estosin hidroxlorid

B) Morfin hidroxlorid

C) Noksiron

D) Palfium

E) Alfetanil
Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahıları 2001-ci il 20 fevral tarixli 85 II Q Azərbaycan Respublikasının Qanununda təsdiq edilmişdir. Göstərilən Morfin hidroxlorid Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrdən sayılır.
Ədəbiyyat: “Narkotik vasitələr, psixotrop maddələr və prekursorlara nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu.
121) Azərbaycan Respublikası ərazisində bu psixotrop maddələrdən hansının dövriyyəsi məhdudlaşdırılmışdır?
A) Frenolon

B) Teralen

C) Parkopan

D) Heksamidin

E) Fenobarbital
Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahıları 2001-ci il 20 fevral tarixli 85 II Q Azərbaycan Respublikasının Qanununda təsdiq edilmişdir. Göstərilən Fenobarbital maddəsi Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddədir.
Ədəbiyyat: “Narkotik vasitələr, psixotrop maddələr və prekursorlara nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu.
122) Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan prekursor hansıdır?
A) Sulfat turşusu

B) Efedrin hidroxlorid

C) Etil efiri

D) Xlorid turşusu

E) Aseton
Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahıları 2001-ci il 20 fevral tarixli 85 II Q Azərbaycan Respublikasının Qanununda təsdiq edilmişdir.Göstərilən Etil efiri maddəsi Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan prekursor sayılır.
Ədəbiyyat: “Narkotik vasitələr, psixotrop maddələr və prekursorlara nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu.
123) Apteklərdə narkotik dərmanlar üçün təbii itki norması necə hesablanmalıdır?
A) Fərdi hazırlanan dərmanların miqdarının 0,35 %-i mislində

B) Fərdi hazırlanan dərmanların miqdarının 0,65 %-i mislində

C) Fərdi hazırlanan dərmanların miqdarının 1,9 %-i mislində

D) Fərdi hazırlanan dərmanların miqdarının 0,95%-i mislində

E) Fərdi hazırlanan dərmanların miqdarının 0,45%-i mislində
Malın və maddi dəyərin saxlanmasında cavabdehliyi möhkəmlətmək və qeyri-istehsal itkiləri azaltmaq məqsədilə apteklər üçün təbii itki normaları təsdiqlənmişdir. Belə ki, zəhərli dərmanlar üçün fərdi hazırlanan dərmanların miqdarının 0,95 %-i təbii itkiyə hesablanır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 59
124) Aptekdə hazırlanan dəmləmə və bişirmələrin saxlanma müddəti nə qədərdir?
A) 1 sutka

B) 3 sutka

C) 2 sutka

D) 10 sutka

E) 7 sutka
Apteklərdə hazırlanan dərmanlar üçün onların tərkibindən, hazırlanma üsullarından asılı olaraq, saxlanma müddətləri müxtəlifdir. Dəmləmə və bişirmələr üçün belə müddət 2 sutka təsdiqlənmişdir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 47
125) İdarəetmə uçotunun vəzifəsi nədən ibarətdir?
A) İqtisadi ehtiyatların hərəkətini əks etdirir

B) Uçot informasiyasının əsas növlərini əhatə edərək, müəssisənin fəaliyyətinə nəzarət edir

C) Müəssisənin maliyyə vəziyyətini müəyyən edir

D) Müxtəlf fondların hərəkətini əks etdirir

E) Təsərrüfat əməliyyatlarının gedişinə nəzarət edir
İdarəetmə uçotu informasiyasının əsas növlərini əhatə edir. Operativ şəkildə ölçülür, işlənilir və müəssisə daxilində işlənmək üçün uyğun şöbələrin rəhbərliyinə verilir, müəssisənin fəaliyyətinə nəzarət etmək üçün tətbiq edilir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti”. II hissə. Bakı 2004. Səh 9
126) Bunlardan hansı müəssisə aktivlərinin xüsusi vəsaitlərinə aid deyil?
A) Nizamnamə kapitalı

B) Sosial tələbat fondu

C) Ehtiyat fondu

D) Xüsusi təyinatlı fondlar

E) Vekseller üzrə alınmış kreditor borcları
Əmələgəlmə mənbələrinə görə müəssisə aktivləri 2 qrupa ayrılır: Xüsusi vəsait və mənbələrin hesabına (cəlb edilmiş) yaradılan aktivlər. Xüsusi vəsaitlərə aiddir: nizamnamə kapitalı, mənfəət, xüsusi təyinatlı fondlar, sosial tələbat fondu, ehtiyat fondu. Cəlb edilmiş vəsaitlərə aiddir: veksellər üzrə, əmək haqqı və alınmış avanslar üzrə yaradılmış kreditor borcları.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 13
127) Mühasibat uçotunda “saldo” nədir?
A) Mənfəət

B) Borclu olmaq

C) Balans

D) Malik olmaq

E) Qalıq
Mühasibat uçotunda qalığa saldo da deyilir. Saldo dövrün əvvəlinə (ilk saldo) və dövrün sonuna (son saldo) ola bilər.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 19
128) Gəlirin təyini üçün aşağıda verilən göstəricilərdən hansı vacibdir?
A) Müəssisənin mal assortimenti

B) Məxaric və mədaxilin məbləği

C) Ümumi mal dövriyyəsi

D) Mədaxilin məbləği

E) Məxaricin məbləği
Aptekin gəlirini təyin etmək üçün bütün mədaxil və məxaric əməliyyatları hesablanmalı, təsərrüfat- maliyyə fəaliyyəti üzrə göstəricilər yekunlaşmalıdır. Məxaric və mədaxilin məbləği aptekin gəlirini təyin edən əsas göstəricidir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 144
129) 5 ilə qədər stajı olan işçiyə aylıq əmək haqqının neçə %-i ödənilməlidir?
A) 50% -i

B) 80% -i

C) 100%-i

D) 70%-i


E) 60%-i
Əmək fəaliyyəti ilə məşğul olan işçi müvəqqəti olaraq iş qaqbiliyyətini itirmişsə, müalicə müəssisəsinin verdiyi iş qabiliyyətsizliyi vərəqəsinə əsasən müavinət almaq hüququna malikdir. Burada iş stajı əsas götürülür: 5 ildən 8 ilədək iş stajına malik olan işçiyə aylıq əmək haqqının 80%-i miqdarında müavinət verilməlidir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 111
130) Mal balansı formuluna görə dövrün axırına olan mal ehtiyatı necə hesablanır?
A) Dövrün axırına olan mal ehtiyatı= Dövrün əvvəlinə olan mal ehtiyatı + Daxil olan mal – Realizə olunan mal

B) Dövrün axırına olan mal ehtiyatı = Realizə olunan mal + Dövrün əvvəlinə olan mal ehtiyatı + Daxil olan mal

C) Dövrün axırına olan mal ehtiyatı = Dövrün əvvəlinə olan mal ehtiyatı - Daxil olan mal- Realizə olunan mal

D) Dövrün axırına olan mal ehtiyatı = Realizə olunan mal + Dövrün əvvəlinə olan mal ehtiyatı - Daxil olan mal

E) Dövrün axırına olan mal ehtiyatı = Daxil olan mal + Realizə olunan mal - Dövrün əvvəlinə olan mal ehtiyatı
Apteklərdə malın və azqiymətli vəsaitin uçotu həm məbləğ, həm də miqdar ifadəsində aparılır. Ayın axırında hər bir dərman üçün mal balansı formulasına əsaslanaraq, kitab üzrə qalıq çıxarılır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti”, I hissə. Bakı 2004. Səh 71
131) Mal balansı formuluna görə dövrün əvvəlinə olan mal ehtiyatı necə hesablanır?
A) Dövrün əvvəlinə olan mal ehtiyatı = Realizə olunan mal + Dövrün axırına olan mal ehtiyatı + Daxil olan mal

B) Dövrün əvvəlinə olan mal ehtiyatı = Realizə olunan mal + Dövrün axırına olan mal ehtiyatı - Daxil olan mal

C) Dövrün əvvəlinə olan mal ehtiyatı = Daxil olan mal + Realizə olunan mal - Dövrün axırına olan mal ehtiyatı

D) Dövrün əvvəlinə olan mal ehtiyatı = Realizə olunan mal – Dövrün axırına olan mal ehtiyatı - Daxil olan mal

E) Dövrün əvvəlinə olan mal ehtiyatı = Daxil olan mal– Realizə olunan mal - Dövrün axırına olan mal ehtiyatı
Apteklərdə malın azqiymətli vəsaitin uçotu həm məbləğ, həm də miqdar ifadəsində aparılır. Ayın axırında hər bir dərman üçün mal balansı formuluna əsaslanaraq, kitab üzrə qalıq çıxarılır: Mal balansına görə, Dövrün əvvəlinə olan mal ehtiyatı=Realizə olunan mal+Dövrün axırına qalan mal ehtiyatı-Daxil olan mal
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002.Səh 71
132) Mal balansı formuluna görə realizə olunan mal necə hesablanır?
A) Realizə olunan mal = Dövrün əvvəlinə olan mal ehtiyatı + Dövrün axırına olan mal ehtiyatı - Daxil olan mal

B) Realizə olunan mal = Dövrün əvvəlinə olan mal ehtiyatı - Dövrün axırına olan mal ehtiyatı - Daxil olan mal

C) Realizə olunan mal = Dövrün əvvəlinə olan mal ehtiyatı - Daxil olan mal + Dövrün axırına olan mal ehtiyatı

D) Realizə olunan mal = Dövrün əvvəlinə olan mal ehtiyatı + Dövrün axırına olan mal ehtiyatı + Daxil olan mal

E) Realizə olunan mal = Dövrün əvvəlinə olan mal ehtiyatı + Daxil olan mal - Dövrün axırına olan mal ehtiyatı
Apteklərdə malın və azqiymətli vəsaitin uçotu həm məbləğ, həm də miqdar ifadəsində aparılır. Ayın axırında hər bir dərman üçün mal balansı formuluna əsaslanaraq, kitab üzrə qalıq çıxarılır: Mal balansına görə Realizə olunan mal=Dövrün əvəlinə olan mal ehtiyyatı+Daxil olan mal- Dövrün axırına olan mal ehtiyatı
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002.Səh 71
133) Mal balansı formuluna görə daxil olan mal necə hesablanır?
A) Daxil olan mal = Realizə olunan mal + Dövrün axırına olan mal ehtiyatı + Dövrün əvvəlinə olan mal ehtiyatı

B) Daxil olan mal = Realizə olunan mal – Dövrün əvvəlinə olan mal ehtiyatı + Dövrün axırına olan mal ehtiyatı

C) Daxil olan mal = Realizə olunan mal + Dövrün axırına olan mal ehtiyatı – Dövrün əvvəlinə olan mal ehtiyatı

D) Daxil olan mal = Realizə olunan mal – Dövrün axırına olan mal ehtiyatı – Dövrün əvvəlinə olan mal ehtiyatı

E) Daxil olan mal = Realizə olunan mal – Dövrün axırına olan mal ehtiyatı + Dövrün əvvəlinə olan mal ehtiyatı
Apteklərdə malın və azqiymətli vəsaitin uçotu həm məbləğ, həm də miqdar ifadəsində aparılır. Ayın axırında hər bir dərman üçün mal balansı formuluna əsaslanaraq, kitab üzrə qalıq çıxarılır: Daxil olan mal= Realizə olunan mal+Dövrün axırına olan mal ehtiyatı- Dövrün əvvəlinə olan mal ehtiyatı
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002.Səh 71
134) İnventarizasiyanın aparılması hansı halda vacib deyildir?
A) Oğurluq faktı aşkarlanan zaman

B) Maddi – məsul şəxslərin dəyişilməsi zamanı

C) Yanğın zamanı

D) Məhkəmə-istintaq orqanlarının tələbi olan zaman

E) Tədavül xərclərinin ödənilməsi zamanı
İnventarizasiya-mühasibat uçotunun ünsürlərindən biri olub, mühasibat uçotu göstəricilərinin düzgünlüyünü təsdiqləyir və maliyyə-təsərrüfat fəaliyyətinin nəticəsini dəqiqləşdirir. O maddi-məsul şəxslərin dəyişdirilməsi zamanı, oğurluq olduqda, bədbəxt hadisələr zamanı, müəssisə bağlandıqda və məhkəmə-istintaq orqanlarının tələbi olduqda mütləq aparılmalıdır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti”, II hissə. Bakı 2004. Səh 80
135) Aptekin tədavül xərclərinin uçotunda hansı göstərici nəzərə alınmır?
A) Binanın icarə xərci

B) Əsas vəsaitin təmiri xərci

C) Əmək haqqı xərci

D) Reklam xərci

E) İnventarizasiya zamanı aşkar olunan çatışmamazlıqların maddi-məsul şəxs tərəfindən çəkdiyi xərc
Dərman və tibbi təyinatlı malların istehsaldan istehlakçıya çatdırılması üçün sərf olunan məsrəflər aptekin tədavül xərcləridir. Tədavül xərclərinin uçotunda aşağıdakılar uçota alınır: əmək haqqı xərcləri, sosial ehtiyaclara ödəmələr, binanın icarə haqqı, əsas vəsaitin amortizasiyası, reklam xərcləri, kommunal xərclər, tara üzrə itki xərcləri
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 83
136) Bunlardan hansı təsərrüfat uçotunun növüdür?
A) Maliyyə

B) Marketinq

C) Mühasibat

D) İdarəetmə

E) İstehsal
Təsərrüfat uçotu təsərrüfat proseslərinə nəzarəti həyata keçirmək və idarə etmək məqsədilə onların müşahidə edilməsi, ölçülməsi, qeydiyyatı sistemidir. Təsərrüfat uçotunun aşağıdakı növləri vardır: operativ, statistik və mühasibat uçotu
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 7
137) Bunlardan hansı uçot informasiyasından istifadə edən xarici istehlakçılara aid deyil?
A) Kreditor təşkilatları

B) İnvestorlar

C) Menecerlər

D) Vergi orqanları

E) Auditor xidməti
Hər bir müəssisənin fəaliyyətinin nəticəsi haqqında tam və düzgün informasiyanı əldə etmək üçün uçot siyasəti tərtib edilir. Uçot siyasətinə görə, uçot informasiyasından istifadə edənlər 2 qrupa bölünür: daxili istehlakçılar və xarici istehlakçılar. Daxili istehlakçılara şöbələrin rəhbərləri, menecerlər və marketoloqlar, xarici istehlakçılara kreditor təşkilatları, investorlar, vergi orqanları, auditor xidməti aiddir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 10
138) Bunlardan hansı müxtəlif fondların və iqtisadi ehtiyatların hərəkətini əks etdirir?
A) Maliyyə

B) İdarəetmə

C) Operativ

D) Statistik

E) Təsərrüfat
Maliyyə uçotu-iqtisadi ehtiyatların, müxtəlif fondların hərəkətini əks etdirir, müəssisənin maliyyə vəziyyətini müəyyən edir. Maliyyə fondu müəssisənin xüsusi və cəlb edilmiş vəsaitlərini birləşdirir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 9
139) Aşağıdakı reseptin dəyəri nə qədərdir? Göstəriş:

Rp: İnfusi herbae Adonidis vernalis 6,0-18,0,0 Yaz xoruzgülü otunun 10,0= 0,6man

Natrii bromidi 4,0 Natrium bromid 1,0=0,2 man

Tincturae Valerianae 10,0 Pişikotu cövhəri 10,0=0,3 man

Misce. Da. Signa. 1 xörək qaşığı ilə 200,0-lıq butil= 0,1 man gündə 3 dəfə
A) 1,38 man

B) 1,7 man

C) 1,56 man

D) 1, 58 man

E) 1,0 man
Hesablamalara görə, resept 1,56 manat dəyərində qiymətləndirilir
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002.Səh 44
140) Aptek avadanlığının və hesablama texnikasının illik amortizasiya norması nə qədərdir?
A) 7 %

B) 20 %


C) 10 %

D) 15 %


E) 25 %
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə, əsas amortizasiya normaları müəyyən edilmişdir. Bu normalara görə, apteklərin avadanlıq və hesablama texnikasına 25 %-ə qədər illik amortizasiya norması təyin edilmişdir
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 50
141) Fəaliyyətdə olan aptek müəssisələri üçün amortizasiya fondunun ayrılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiqlənmişdir?
A) 1995-ci il 94 saylı qərarı ilə

B) 1997-ci il 71 saylı qərarı ilə

C) 1997-ci il 19 saylı qərarı ilə

D) 1998-ci il 46 saylı qərarı ilə

E) 1997-ci il 87 saylı qərarı ilə
Aptekin əsas vəsaitləri istifadə olunduqca, tədricən köhnəldiyindən və onların dəyəri istehsal xərclərinin tərkibinə hissə-hissə daxil olduğundan bu proses “Məhsulun (xidmətin) maya dəyərinə daxil edilən bəzi xərclərin tənzimlənməsi haqqında” Respublika Nazirlər kabinetinin 3 iyul 1997-ci il tarixli 7 saylı qərarı ilə nizama salınır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 50
142) Bunlardan hansı rekvizitlərə aid deyil?
A) Təsərrüfat əməliyyatının məzmunu

B) Müəssisənin ünvanı

C) Qiymətləndirmə

D) Sənədin kodu

E) Sənədin adı
Latınca “recvizitum”-aid olma, mənsub olma mənasını verir. Rekvizitlərə aiddir: sənədin adı, kodu, tərtib olunma tarixi, müəssisənin adı, ünvanı, təsərrüfat əməliyyatlarının məzmunu və əsaslandırılması, cavabdeh şəxslərin adı və soyadı
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 16
143) Aptekin gəlirini aşağı salan göstərici hansıdır?
A) Topdansatış mal dövriyyəsinin artması

B) Ümumi mal dövriyyəsinin həcminin azalması

C) Məxaricin xüsusi çəkisinin azalması

D) Pərakəndə mal dövriyyəsinin həcminin artması

E) Aptekdaxili tədarük zamanı qiymətlərin saxlanması
Pərakəndə mal dövriyyəsinə ambulatoriya reseptləri üzrə dövriyyə, reseptsiz satılmasına icazə verilən dərmanlar, tibbi təyinatlı mallar üzrə dövriyyə və xırda pərakəndə satış dövriyyəsi aiddir. Ümumi mal dövriyyəsinin həcminin azalması da elə məhz gəliri aşağı salan göstərici kimi nəzərə alınır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 73
144) Aptek idarələrində uçot sənədlərinin saxlanılma müddəti nə qədərdir?
A) 5 il

B) 1 il


C) 3il

D) 2 il


E) 6 ay
Uçot sənədləri cavabdeh şəxslər tərəfindən tərtib olunur və təsdiqlənmiş qaydaya əsasən saxlanılır. Saxlanılma müddəti 5 ildir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 17
145) Aktivlərin tərkibi, yerləşməsi və əmələgəlmə mənbələrinin pul ifadəsinə nə deyilir?
A) İstehsal balansı

B) Debet


C) Kredit balansı

D) Mühasibat balansı

E) Ehtiyat balansı
Mühasibat balansı-müəyyən bir tarix üçün aktivlərin vəziyyətinin, tərkibinin və onun əmələgəlmə mənbələrinin pulla ifadədə qruplaşdırma və ümumiləşdirilmiş şəkildə əks etdirilməsi üsuluna deyilir
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 14
146) Bunlardan hansı sərəncamverici sənəd göstəricisidir?
A) Malın qəbulu qaiməsi

B) Qəbul haqqında əmr

C) Kassa mədaxili orderi

D) Yığım cədvəli

E) Pulun qəbulu üzrə iltizam
Sərəncamverici sənəddə sərəncamın məzmununu həyata keçirmək üçün rəhbər işçinin razılığı olmalıdır. Məsələn, işə qəbul haqqında əmr, malın və digər maddi dəyərlərin qəbulu və ya təhvili.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 15
147) İş stajı 8 il və 14 yaşınadək iki uşağı olan işçiyə verilən məzuniyyət neçə təqvim günü hesablanır?
A) 39

B) 32


C) 34

D) 36


E) 37
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə iş stajından asılı olaraq, işçilərə əlavə məzuniyyətlər belə verilir: 5 ildən 10 ilədək əmək stajı olduqda 32 təqvim günü (30+2) və 14 yaşınadək iki uşağı olan qadına 2 təqvim günü də (32+2=34) əlavə verilir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 110
148) Bunlardan hansı kassa mədaxili əməliyyatlarına daxil edilmir ?
A) İnventarizasiya zamanı aşkar olunan çatışmazlıqların ödənilməsi

B) Ezamiyyət üçün verilən pul

C) Xırda pərakəndə satış şəbəkəsinin satış pulu

D) Aptekin satış pulu

E) Təhtəlhesab şəxslərdən qaytarılan avans
Bütün kassa əməliyyatları 2 qrupa ayrılır: 1) kassa mədaxili əməliyyatları 2) kassa məxarici əməliyyatları. Kassa mədaxili əməliyyatlarına aiddir: aptekin və xırda pərakəndə satış şəbəkəsinin satış pulu, təhtəlhesab şəxslərdən qaytarılan avans, işçilərə verilən ezamiyyət pulu
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 92
149) Bunlardan hansı kassa məxaric əməliyyatlarına daxil edilmir?
A) Xırda pərakəndə satış şəbəkəsinin satış pulu

B) Təsərrüfat mallarının alınması üçün verilən pul

C) Satış pulunun banka verilməsi

D) Ezamiyyət üçün verilən pul

E) Əmək haqqının ödənilməsi üçün verilən pul
Bütün kassa əməliyyatları kassa mədaxili və kassa məxarici orderləri ilə rəsmiləşdirilir. Kassa məxarici əməliyyatlarına aiddir: satış pulunun bankın şöbəsinə verilməsi, təsərrüfat mallarının alınması, ezamiyyət üçün pulun verilməsi, kiçik təmir xərcləri üçün verilən pul, əmək haqqının ödənilməsi, müvəqqəti əmək qabiliyyəti itirildikdə yardım.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 93
150) Yararlılıq müddəti bitmiş və istifadəyə yararsız narkotik, zəhərli və güclü təsirə malik dərman preparatlarının silinməsi hansı sənədlərə istinad edir?
A) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1995-ci ildə verilmiş Qanununa

B) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 57 saylı qərarına

C) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 130 saylı əmrinə

D) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 və 55 saylı əmrlərinə

E) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 46 saylı əmrinə
Apteklərdə yararlılıq müddəti bitmiş dərmanların silinməsi xüsusi təlimata əsaslanır. Yararlılıq müddəti bitmiş və istifadəyə yararsız narkotik, zəhərli və güclü təsirə malik dərman preparatlarının silinməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 5 saylı və 120 saylı əmrlərinə istinad olunur.
Bölmə 2. Farmakologiyadan test tapşırıqları. Ümumi reseptura
151) Bunlardan hansı bərk dərman formasına aiddir?
A) Drajelər

B) Suppositoriyalar

C) Pastalar

D) Tinkturalar

E) Suspenziyalar
Drajelər – dərman maddələrinin və köməkçi maddələrin şəkər dənəcikləri üzərində bir neçə dəfə çökdürülməsi yolu ilə alınan və daxilə işlədilən dozalanmış bərk dərman formalarıdır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 20
152) İnyeksiya üçün istifadə olunan məhlul hansıdır?
A) Tannin məhlulu

B) Furasilin məhlulu

C) Kamforanın spirtli məhlulu

D) Korqlikon məhlulu

E) Mentolun spirtli məhlulu
Korqlikon inyeksiya şəklində 10-20 ml 20% və ya 40% qlükoza məhlulu ilə vena daxilinə yeridilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 227
153) Dəmləmələr bitkilərin hansı hissələrindən hazırlanır?
A) Çiçəklərindən

B) Kökündən

C) Qabığından

D) Kökümsov gövdəsindən

E) Çəyirdəkdən
Dəmləmələr bitkilərin yumşaq və incə hissələrindən hazırlanır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 32


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin