Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Bunlardan hansı metal alətlərin hazırlanmasında istifadə olunmur?



Yüklə 1,38 Mb.
səhifə2/24
tarix27.01.2017
ölçüsü1,38 Mb.
#6525
1   2   3   4   5   6   7   8   9   ...   24

42) Bunlardan hansı metal alətlərin hazırlanmasında istifadə olunmur?
A) Dəmir

B) Latun


C) Alüminium

D) Mis


E) Qurğuşun
Dövlət standartlarına uyğun olaraq, cərrahi alətlər və digər metal alətlər alüminiumdan hazırlanmır.
Ədəbiyyat: С.З.Умаров, И.Ф.Наркевич, Н.Л.Костенко, Т.Н.Пучинин. «Медицинское и фармацевтическое товароведение». Москва 2004. Səh 128
43) Xardal yaxmalı kağız hansı əczaçılıq əmtəə qrupuna aiddir?
A) Suyu udan dərman vasitələrinə

B) Oksigen və başqa qazların təsirindən dəyişikliyə uğrayan dərman vasitələrinə

C) Pis qoxulu dərman vasitələrinə

D) Aşağı temperaturun təsirindən xarab olan dərman vasitələrinə

E) İşıqdan qorunan dərman vasitələrinə
Fiziki-kimyəvi xassələrinə görə xardal kağızı rütubətə həssas dərman vasitələrindən sayılır və perqament kağızına bükülü halda və ya sellofan paketlərdə saxlanılır.
Ədəbiyyat: A.İ.Rüstəmov “Əczaçılıq işinin təşkili”. Bakı 1998. Səh 196
44) Bunlardan hansı protektorlara aid deyil?
A) Membranostabilizatorlar

B) Antihipoksanlar

C) Polivitaminlər

D) İmmunomodulyatorlar

E) Biogen stimulyatorlar
İnsan sağlamlığını qorumaq, müqavimətini artırmaq üçün istifadə olunan valeofarmakoloji dərman vasitələrinə adaptogenlər, protektorlar və korrektorlar aiddir. Polivitaminlər- maddələr mübadiləsinin nizamlanmasında iştirak etdiyi üçün adaptogenlər sırasına aiddir.
Ədəbiyyat: Ş.A.Cabbarova, N.Ə.Əzizzadə «Aptek çeşidi malları anlayışı və onların təsnifatı». Bakı 2004. səh 13
45) Bu dərman vasitələrindən hansı korrektorlar siyahısına aiddir?
A) Antioksidantlar

B) Biogen stimulyatorlar

C) Mineral sular

D) Antiseptiklər

E) Vaksinlər
Farmakoterapevtik vasitələrdən fərqli olaraq, korrektorlar müalicə məqsədilə yox, insan sağlamlığını qorumaq və immunitetini artırmaq üçün işlədilir. Antioksidantlar-oksidləşmə-reduksiya prosesini nizamlayan korrektorlar sırasına aiddir.
Ədəbiyyat: Ş.A.Cabbarova, N.Ə.Əzizzadə «Aptek çeşidi malları anlayışı və onların təsnifatı». Bakı 2004. səh 13
46) Bunlardan hansı mərkəzi-nəzarət laboratoriyalarının funksiyasına daxildir?
A) Apteklərə lisenziya vermək

B) Apteklərə qəbul olunan malların uçotunu aparmaq

C) Aptekləri əczaçılıq malları ilə təchiz etmək

D) Malın alınması xərclərini ödəmək

E) Xaricdən alınan və ölkədə istehsal olunan dərman vasitələrinin keyfiyyətinə nəzarət etmək
Mərkəzi-nəzarət laboratoriyaların əsas vəzifəsi istər xaricdən və ya ölkə daxilində, əczaçılıq fabrik və zavodlarından, aptek anbarlarından alınan dərmanların keyfiyyətini yoxlamaqdır
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva “Əczaçılığın menecmenti”, I hissə. Bakı 2002. Səh 87
47) Bunlardan hansı tam kimyəvi analizə cəlb olunmur?
A) Destillə suyu

B) Yeni doğulmuş uşaqlar üçün dərman formaları

C) İnyeksiya məhlulları

D) Tərkibində narkotik maddələr olan göz damcıları

E) Tərkibində hidrogen xlorid olan məhlullar
Təsdiq olunmuş qaydaya əsasən aşağıdakı dərmanlar mütləq hər seriya üzrə tam kimyəvi yoxlamadan keçməlidirlər: narkotik maddəli göz damcıları, yeni doğulmuşlar üçün hazırlanmış dərmanlar, inyeksiya preparatları və tərkibində hidrogen xlorid turşusu olan məhlullar
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 91
48) Aptekdə hazırlanmış destillə suyu tam kimyəvi analiz üçün nəzarət–analitik laboratoriyasına neçə müddətdən bir göndərilir?
A) 6 aydan bir

B) 15 gündən bir

C) Ayda bir dəfə

D) 3 aydan bir

E) İldə bir dəfə
Səhiyyə Nazirliyinin əmrinə əsasən apteklərdə hazırlanmış destillə suyunun keyfiyyəti altı ayda bir dəfə sanitar-epidemioloji stansiya və rübdə bir dəfə nəzarət-analitik laboratoriya tərəfindən yoxlanılır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 57
49) Bunlardan hansı orqanoleptik nəzarətə daxil deyil?
A) Dərmanın rəngi

B) Dərmanın qoxusu

C) Mexaniki qarışıqların olub-olmaması

D) Dərmanın xarici görünüşü

E) Dərmanın ümumi həcmi
Orqanoleptik nəzarətdə- dərman xarici görünüşü, rəngi, iyi, eynicinsliliyi, mexaniki qarışıqların olmaması yoxlanılır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. səh 90
50) Bu maddələrdən hansı tam keyfiyyət və miqdari analizə məruz qalmaya bilər?
A) Xlorid turşusu

B) Xloroform

C) Gümüş nitrat

D) Atropin sulfat

E) Civə dixlorid
Qəbul olunmuş əmrə görə (582 saylı əmr) keyfiyyət və miqdar analizinə, yəni tam kimyəvi analizə xloroformdan başqa digər göstərilən məhlullar məruz qalmalıdırlar.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva “Əczaçılığın menecmenti”.I hissə. Bakı 2002. səh 91
51) Ştatında provizor-analitik olan apteklərdən il ərzində fərdi hazırlanan dərmanların və aptekdaxili tədarükün ümumi sayının neçə faizi nəzarət-analitik laboratoriyasına analizə göndərilməlidir?
A) 0,2%

B) 0,5%


C) 0,4%

D) 0,1%


E) 0,3%
Apteklərdə hazırlanan dərmanların analizə götürülmə miqdarı təsdiqlənmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 may 1999 cu il “Mərkəzi Nəzarət Laboratoriyası haqqında” əsasnaməsinə görə, ştatında provizor-analitik olan apteklərdən il ərzində fərdi hazırlanan dərmanların və aptekdaxili tədarükün ümumi sayının 0,1 % -i nəzarət-analitik laboratoriyasına analizə götürülür.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti”, I hissə. Bakı 2002. Səh 89
52) Ştatında provizor-analitik olmayan apteklərdən il ərzində fərdi hazırlanan dərmanların və aptekdaxili tədarükün ümumi sayının neçə faizi nəzarət-analitik laboratoriyasına analizə göndərilməlidir?
A) 0,3%

B) 0,1%


C) 0,2%

D) 0,4%


E) 0,5%
Apteklərdə hazırlanan dərmanların analizə götürülmə miqdarı təsdiqlənmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11may 1999 cu il “Mərkəzi Nəzarət Laboratoriyası haqqında” əsasnaməsinə görə, ştatında provizor-analitik olmayan apteklərdən il ərzində fərdi hazırlanan dərmanların və aptekdaxili tədarükün ümumi sayının 0,3 %-i laboratoriyaya analizə götürülür.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 89
53) Narkotik dərman preparatlarının qalığı nəzarət-analitik laboratoriyalarında nə qədər müddətdə saxlanıla bilər?
A) Şəhər apteklərindən daxil olanlar- 15 gün, kənd apteklərindən daxil olanlar- 20 gün

B) Şəhər apteklərindən daxil olanlar -10 gün, kənd apteklərindən daxil olanlar -15 gün

C) Şəhər apteklərindən daxil olanlar -5 gün, kənd apteklərindən daxil olanlar -15 gün

D) Şəhər apteklərindən daxil olanlar -5 gün, kənd apteklərindən daxil olanlar- 10 gün

E) Şəhər apteklərindən daxil olanlar -10 gün, kənd apteklərindən daxil olanlar -20 gün
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 may 2003 cü il tarixli 120 saylı əmrinə əsasən, tərkibində narkotik maddə olan dərman preparatlarının qalığı bu müddətdə saxlanılır: şəhər apteklərindən daxil olanlar -10 gün, kənd apteklərindən daxil olanlar-20 gün
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 93
54) Nəzarət-analitik laboratoriyası tərəfindən tərtib edilmiş aktda hansı göstərici olmamalıdır?
A) Reseptin nömrəsi

B) Dərmanların qiyməti

C) Reseptin tərkibi

D) Hazırlayan şəxsin imzası

E) Xəstənin adı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Mərkəzi Nəzarət Laboratoriyası haqqında” 11 may 1999 cu il əsasnaməsinə uyğun olaraq, nəzarət-analitik laboratoriyalar apteklərdən lazımi analizlər götürməli və bu məqsədlə 2 nüsxəli akt tərtib etməlidirlər. Aktda reseptin nömrəsi, tərkibi, hazırlayan şəxsin imzası və dərmanın qiyməti göstərilməlidir.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MNL haqqında əsasnamə”si
55) Malın buraxılması üçün tərtib olunan “Müşayiətedici sənəd” aptek anbarının hansı şöbəsində qeydiyyatdan keçirilir?
A) Qəbul

B) Təchizat

C) Ekspedisiya

D) Plan-iqtisad

E) Təsərrüfat
Malın aptek anbarından çıxarılması ancaq buraxılma sənədlərinə əsaslanır.Bu da ekspedisiya şöbəsində 2 nüsxədə yazılır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 83
56) Aşağıdakılardan hansı aptek anbarının vəzifəsini daha dəqiq ifadə edir?
A) Yalnız aptekləri dərman vasitələri ilə təmin edir.

B) Yalnız aptekləri dərman vasitələri ilə və tibbi təyinatlı mallarla təmin edir.

C) Aptekləri, MPM-i və digər müəssisələri dərman vasitələri, tibbi təyinatlı mallar və tibbi avadanlıqla təmin edir.

D) Aptekləri, MPM-i və digər müəssisələri dərman vasitələri, tibbi təyinatlı mallar təmin edir.

E) Yalnız aptekləri dərman vasitələri ilə, tibbi təyinatlı mallarla və tibbi avadanlıqla təmin edir
Aptek anbarları səhiyyənin sərbəst müəssisəsi olub, əsas vəzifəsi aptekləri, müalicə-profilaktika müəssələrini və digər müəssələri dərman vasitələri, tibbi təyinatlı mallar, aptek avadanlığı və inventarla təmin etməkdən ibarətdir. Anbar strukturları üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 oktyabr 2006 cı il tarixli 153 saylı əmri verilmişdir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 75
57) Aptek anbarında mal ehtiyatının ölçüsünün səviyyəsini bilmək üçün hansı əmsallardan istifadə olunur?
A) Bölgü əmsalından

B) Amortizasiya əmsalından

C) Qalıq əmsalından

D) İtki əmsalından

E) Təminatlı ehtiyat əmsalından
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Anbar strukturları üçün” 2 oktyabr 2006 cı ildə verilmiş əmrinə əsasən, aptek anbarlarında malın saxlanılmasına və uçotuna nəzarətdən əlavə, mal ehtiyatının ölçüsünün lazımi səviyyəsini əldə etmək üçün zəmanətli-təminatlı ehtiyat əmsalından istifadə olunur.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 79
58) Aptek anbarına daxil olan malların qəbulu üçün neçə gün təsdiqlənmişdir?
A) Adi mallar üçün 10 gün, tez xarab olan mallar üçün 1 gün, istehsalat-texniki təyinatlı məhsullar üçün 30 gün

B) Adi mallar üçün 5 gün, tez xarab olan mallar üçün 3 gün, istehsalat-texniki təyinatlı məhsullar üçün 60 gün

C) Adi mallar üçün 15 gün, tez xarab olan mallar üçün 5 gün, istehsalat-texniki təyinatlı məhsullar üçün 90 gün

D) Adi mallar üçün 1 ay, tez xarab olan mallar üçün 7 gün, istehsalat-texniki təyinatlı məhsullar üçün 45 gün

E) Adi mallar üçün 20gün, tez xarab olan mallar üçün 10 gün, istehsalat-texniki təyinatlı məhsullar üçün 60 gün
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Anbar strukturları üçün ” 2 oktyabr 2006- cı ildə verilmiş əmrinə əsasən, sifariş verilmiş malların qəbulu müddəti belədir: adi mallar üçün 10 gün, tez xarab olan mallar üçün 1 gün, istehsalat texniki mallar üçün 30 gün.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002.Səh 77
59) Aptek anbarının iş həcmi nəyə əsaslanır?
A) Ştatın tərkibinə

B) İstehsalat prosesinin mexanikləşdirilməsinə və avtomatlaşdırılmasına

C) Mal dövriyyəsinə

D) Nəqliyyat vasitəsinə

E) Avadanlıq və inventara
Aptek anbarının iş həcmi onun mal dövriyyəsinə əsaslanır. Mal dövriyyəsinə görə də onun təşkilati quruluşu və işçi ştatı müəyyənləşdirilir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 75
60) Aptek anbarında tərtib olunan “Qəbul aktı”nın nüsxələləri necə bölüşdürülür?
A) I nüsxə qəbul şöbəsində qalır, II-nüsxə saxlanma, III- ekspedisiya şöbəsinə göndərilir, IV- təchizat şöbəsində nəzarət üçün saxlanılır

B) I və II nüsxələr qəbul şöbəsində qalır, III və IV – təchizat şöbəsində nəzarət üçün saxlanılır

C) I və II nüsxələr saxlanma şöbəsində qalır, III- qəbul şöbəsinə göndərilir, IV- təchizat şöbəsində nəzarət üçün saxlanılır

D) I və II nüsxələr qəbul şöbəsində qalır, III- saxlanma şöbəsinə göndərilir, IV- təchizat şöbəsində nəzarət üçün saxlanılır

E) I və II nüsxələr qəbul şöbəsində qalır, III- ekspedisiya şöbəsinə göndərilir, IV- təchizat şöbəsində nəzarət üçün saxlanılır
Malın qəbulu zamanı aptek anbarında xüsusi komissiya təşkil edilir. Komissiya “Qəbul aktı” tərtib edir. Akt 4 nüsxədə olur. I və II nüsxələr qəbul şöbəsində qalır, III –sü saxlanma şöbəsinə göndərilir. IV təchizat şöbəsində nəzarət üçün saxlanılır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 77
61) Aptek anbarından malın buraxılması üçün yazılan sifariş-tələbnamə neçə nüsxədə olmalıdır?
A) 5

B) 6


C) 2

D) 3


E) 4
Aptek anbarından malın buraxılması üçün əsas sayılan tələbnamədir. Sifariş-tələbnamə iki nüsxədə yazılır – ikinci nüsxə aptekdə mədaxil olan mala nəzarət etmək üçün saxlanılır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 81
62) Malı qəbul edən sifarişçi təchizat şöbəsindən nə almalıdır?
A) Mal-nəqliyyat qaiməsinin surətini

B) Hesab-fakturanın surətini

C) Tədarük qaiməsinin surətini

D) Sifariş-tələbnaməni

E) Qablama vərəqini

Əczaçılıq bazarının topdan satış bölməsi olan aptek anbarından malı qəbul edərkən, təchizat şöbəsindən sifarişçiyə tədarük qaiməsinin surəti verilir ki, yığılan mala nəzarət daha asan olsun.


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 81
63) Aptek anbarında malın qəbulu üçün təşkil edilmiş qəbul komissiyasının vəzifəsinə nə daxil deyildir?
A) Malın yararlılıq müddətini yoxlamaq

B) Malın keyfiyyətini və miqdarını yoxlamaq

C) Malı uyğun sənədlərlə qanuniləşdirmək

D) Yararsız malların sonrakı istiqamətini həll etmək

E) Malı qəbul etmək üçün sifarişləri komplektləşdirmək.
Aptek anbarına malın qəbulu üçün qəbul şöbəsində xüsusi komissiya təşkil edilir. Onun vəzifələrinə daxildir: malın miqdarını, keyfiyyətini, yararlılıq müddətini yoxlamaq, uyğun sənədlərlə qanuniləşdirmək, malı lazım gəlsə, göndərən təşkilata qaytarmaq.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 77
64) Dəmiryol malın gəlməsi barədə məlumatı günün hansı vaxtına qədər bildirməlidir?
A) Fərqi yoxdur

B) Saat 18- ə qədər

C) Saat 15- ə qədər

D) Saat 12-yə qədər

E) Saat 21 -ə qədər
Təsdiq olunmuş qaydaya əsasən, dəmiryol malın gəlməsi barədə məlumatı sifarişçiyə saat 12-dən gec olmayarq bildirməlidir. Belə qayda təyinatlı stansiya müdiri tərəfindən müəyyənləşdirilməlidir.
Ədəbiyyat: С.З.Умаров, И.Ф.Наркевич, Н.Л.Костенко, Т.Н.Пучинин. «Медицинское и фармацевтическое товароведение». Москва 2004. Səh 132
65) Məhdud yararlılıq müddətinə malik dərmanlar aptek anbarına daxil olduqda, yararlılıq müddətinin neçə %-ni özündə saxlayır?
A) 50%

B) 70%


C) 60%

D) 80%


E) 40%
Aptek anbarına malın yaraRlılıq müddətləri haqqında normativ sənədlərə ciddi riayət olunmalıdır. Belə ki, məhdud yaralılıq müddətinə malik olan (2 ildən az olan) dərmanlar anbara daxil olduqda, yaralılıq müddətinin 80%-ni özündə saxlamalıdır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 76
66) Aptek anbarına təqdim olunan normativ sənədlərdən hansı əczaçılıq tələblərinə uyğun deyildir?
A) Bağlanan müqavilə

B) Dərman vasitələri və tibbi təyinatlı malların saxlanma şəraiti

C) Sahə ölçüləri

D) Malın hərəkət göstəricisi

E) Mala olan tələbat
Normativ sənəd kimi aptek anbarına təqdim olunan əczaçılıq tələbləri müəyyən olunmuşdur (Səhiyyə Nazirliyinin 02.10.2006- cı il tarixli əmri ilə) . Bunlar aşağıdakılardır: sahələrin ölçüləri, sahələrin müvafiq şəkildə planlaşdırılması, malın hərəkətinin təşkili, ona olan tələbat, müxtəlif növ dərman vasitələrinin və TTM-ın saxlanmasının təşkili.
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 oktyabr 2006- cı il tarixli 153 saylı əmri
67) Aptek anbarından buraxılan bakteriya preparatları yararlılıq müddətinin neçə %-ni özündə saxlamalıdır?
A) 80%

B) 60%


C) 70%

D) 50%


E) 40%
Aptek anbarından malın buraxılmasında yararlılıq müddətləri haqqında normativ sənədlərə ciddi riayət olunmalıdır. Bunlara uyğun olaraq, aptek anbarından mal buraxıldıqda, onların yararlılıq müddəti 60%-dən az olmamalı, bakteriya preparatları isə yararlılıq müddətinin ən azı 40%-ni özündə saxlamalıdır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 76
68) Bu göstəricilərdən hansı topdansatış təşkilatların funksiyasına aid deyildir?
A) Əhalinin sağlamlıq göstəricisini müəyyən etmək

B) Dərman vasitələrinin keyfiyyəti üzrə tələb olunan sənədləri əldə etmək

C) Qiymət qaydalarına riayət etmək

D) Əczaçılıq bazarında dərmanlara olan tələb və təklifləri öyrənmək

E) Nomenklatura üzrə müqavilələri tərtib etmək
Topdansatış təşkilatların funksiyasına daxildir: əczaçılıq bazarında dərmanlara olan tələb və təklifləri nomenklatura üzrə öyrənmək, qiyməti dəqiqləşdirmək, dərman vasitələrinin keyfiyyəti üzrə tələb olunan sənədləri almaq, müqavilələr bağlamaq.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 84
69) Aptek anbarına daxil olan tələbnamələr onun hansı şöbəsində qeydiyyatdan keçirilməlidir?
A) Ekspedisiya

B) Qəbul


C) Mühasibat

D) Təchizat

E) Ehtiyat
Aptek anbarına daxil olan bütün sifariş-tələbnamələr təchizat şöbəsində qeydiyyatdan keçirilir. Tələbnamələrdə dərman vasitələrinin tam göstərişləri yazılmayıbsa, təchizat şöbəsi vacib rekvizitləri doldurmur. Tələbnamə əsasında yazılan “mal nəqliyyat qaiməsi” ekspedisiya şöbəsinə göndərilir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 82
70) Sulfanilamid preparatları aptek anbarına yarım il ərzində 3 dəfə qəbul olunmuşdursa, onun daxilolma intervalı nə qədərdir?
A) 66 gün

B) 30 gün

C) 180 gün

D) 20 gün

E) 60 gün
Sulfanilamid preparatları aptek anbarına yarımillikdə 3 dəfə daxil olarsa, onun daxilolma intervalı 60 gün olacaqdır, yəni 180:3=60 gün
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 80
71) Aptek anbarına daxil olan bu dərmanlardan hansının keyfiyyət nəzarətindən keçirilməsi vacib sayılmır?
A) Göz təcrübəsində işlənən dərmanlar

B) 2 il müddətidə işlənən dərmanlar

C) İnyeksiya dərmanları

D) Rentgen üçün BaSO4

E) Azot oksidi və oksigen
Qüvvədə olan təlimata əsasən aşağıda göstərilən dərmanlar bütün seriyalar üzrə keyfiyyət nəzarətindən keçirilməlidir: inyeksiya dərmanları və göz təcrübəsində işlədilən dərmanlar, rentgen üçün barium sulfat, zəhərli və narkotik dərmanlar və tibbi təcrübədə yeni tətbiq olunan dərmanlar.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 78
72) Xəstəxana apteklərində inyeksiya dərman formalarının seriya ilə hazırlanması üçün orta həcm nə qədər olmalıdır?
A) 40 l-dən çox

B) 30 l-dən çox

C) 15 l-dən çox

D) 20 l-dən çox

E) 10 l-dən çox
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 58 saylı əmrinə əsasən xəstəxana apteklərində həcmi 40 l-dən çox olan inyeksiya dərman formalarının seriya ilə hazırlanması, qablaşdırılması və nəzarətdən keçirilməsi üçün iş zonası ayrılmalıdır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 70
73) Xəstəxana aptekləri haqqında irəli sürülən əsas tələblər Nazirlər Kabinetinin hansı qərarı ilə təsdiqlənmişdir?
A) 1 may 1996 –cı il 96 saylı qərarı ilə

B) 2 may 1998 –ci il 98 saylı qərarı ilə

C) 5 may 1996 –cı il 98 saylı qərarı ilə

D) 1 may 1998-ci il 98 saylı qərarı ilə

E) 2 may 1996 cı-il 98 saylı qərarı ilə
Xəstəxana aptekləri haqqında irəli sürülən əsas tələblər Azərbaycan Respublikasında əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması qaydaları haqqında əsasnamədə- Nazirlər Kabinetinin 1 may 1998-ci il 98 saylı qərarında təsdiqlənmişdir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 67
74) Xəstəxana apteklərində dərman formalarının hazırlanması üçün təşkil edilən assistent otağının minimal sahəsi nə qədər olmalıdır?
A) 12 m2-dən az olmamalıdır

B) 24 m2-dən az olmamalıdır

C) 6 m2-dən az olmamalıdır

D) 18 m2-dən az olmamalıdır

E) 9 m2-dən az olmamalıdır
Xəstəxana apteklərində dərmanalrın hazırlanması üçün tələb olunan yüksək şərait yaradılmalıdır. Orada təşkil edilən assistent otağının minimal sahəsi 24m2-dən az olmamalıdır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 70
75) Xəstəxana aptekində bu malların hansının uçotu aparılmır?
A) Dikainin

B) Bihuşedici təsirə malik dərmanların

C) Sarğı materiallarının

D) Klinikada tətbiq edilən dərmanların

E) Taranın
Xəstəxana aptekində malın və azqiymətli vəsaitin uçotu həm məbləğ, həm də natural ifadədə, yəni miqdar ifadəsində aparılır. Bunlara aiddir: zəhərli dərmanlar, narkotik maddələr, etil spirti, klinikada tətbiq edilən dərmanlar, bihuşedici təsirli dərmanlar, sarğı materialları və tara.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 70
76) Zəhərli dərmanlar üçün xəstəxana apteklərində mal ehtiyatı hansı tələbatı ödəməlidir?
A) 1 həftəlik tələbatı

B) 2 həftəlik tələbatı

C) 2 aylıq tələbatı

D) 1 aylıq tələbatı

E) 10 günlük tələbatı
Müalicə-profilaktika müəssələrini fasiləsiz olaraq dərmanlarla və tibbi təyinatlı mallarla təchiz etmək üçün xəstəxana aptekləri mütləq müəyyən ölçüdə mal ehtiyatına malik olmalıdır. Xəstəxana apteklərində mal ehtiyatı zəhərli dərmanlar üçün 2 həftəlik tələbatı ödəməlidir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 71
77) Narkotik dərmanlar üçün xəstəxana apteklərində mal ehtiyatı hansı tələbatı ödəməlidir?
A) 2 aylıq tələbatı

B) 1 aylıq tələbatı

C) 1 həftəlik tələbatı

D) 10 günlük tələbatı

E) 2 həftəlik tələbatı
Müalicə-profilaktika müəssələrini fasiləsiz olaraq dərmanlar və tibbi təyinatlı mallarla təchiz etmək üçün xəstəxana aptekləri mütləq müəyyən ölçüdə mal ehtiyatına malik olmalıdır. Xəstəxana apteklərində mal ehtiyatı narkotik dərmanlar üçün 2 həftəlik tələbatı ödəməlidir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 71
78) Xəstəxana aptekindən malın buraxılması üçün tərtib edilən qaimə - tələbnamə neçə nüsxədə tərtib olunur?
A) 3

B) 5


C) 1

D) 2


E) 4
Xəstəxana aptekindən malın buraxılması üçün qaimə-tələbnamə tərtib olunmalıdır. Qaimə-tələbnamə xəstəxana aptekinə 3 nüsxədə yazılmalıdır: I nüsxə-aptekdə qalmalı, 2 nüsxə MPM-ə verilməli və MPM-in rəhbəri tərəfindən təsdiqlənmişdir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti”, I hissə. Bakı, 2002
Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin