79) Xəstəxana aptekindən miqdarı uçotu aparılan dərmanların buraxılması üçün tərtib edilən qaimə-tələbnamə neçə nüsxədə tərtib olunur?
A) 4
B) 2
C) 5
D) 3
E) 1
Xəstəxana aptekindən malın buraxılması üçün qaimə-tələbnamə tərtib olunmalıdır. Miqdarı uçotu aparılan dərmanların buraxılması üçün tərtib edilən qaimə-tələbnamə 4 nüsxədə yazılmalıdır: iki nüsxəsi aptekdə qalmalı, 2 nüsxəsi isə MPM-ə verilməlidir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 71
80) Tibbi əmtəəşünaslıq nəyi öyrənir?
A) Əczaçılıq mallarının istehlak xüsusiyyətlərini
B) Dərman vasitələrinin standartlaşmasını
C) Dərman vasitələrinə olan ehtiyacın səviyyəsini
D) Dərman vasitələrinin təsnifatını
E) Xəstəliklərin profilaktikasında istifadə olunan malları
Tibbi əmtəəşünaslıqda tibbi müalicə, profilaktika, diaqnostikada istifadə olunan malların xarakteristikası verilir. Əczaçılıq əmtəəşünaslığı isə əczaçılıq mallarının istehlak xüsusiyyətlərini, onlara olan ehtiyacın səviyyəsini, təsnifatını, xüsusiyyətlərini, standartlaşmasını, qablanmasını və s. öyrənir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 5
81) Bunlardan hansı dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinə daxil deyildir?
A) Əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması
B) Dərman vasitələrinin sertifikatlaşdırılması
C) Dərman vasitələrinin səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi
D) Azərbaycan Respublikasında dərman vasitələrinin reklamı
E) Dərman vasitələrinin dövlət qeydiyyatı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Dərman vasitələri haqqında” Qanunun II fəslində “Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi” haqqında göstəriş verilmişdir. IV maddəyə görə dərman vasitələrinin reklamı dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinə daxil deyildir.
Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Qanunu
82) Bu dərman vasitələrindən hansı dövlət qeydiyyatına alınmır?
A) Dərman vasitələrinin istehsalında istifadə edilən farmakoloji substansiyalar
B) Generiklər
C) Orijinal dərman vasitələri
D) Epidemiya zamanı istifadə üçün nəzərdə tutulan dərman vasitələri
E) Dövlət qeydiyyatı müddəti bitmiş dərman vasitələri
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Dərman vasitələri haqqında” Qanununun II fəslinin VI maddəsində “Dərman vasitələrinin dövlət qeydiyyatı” haqqında göstəriş verilmişdir. Göstərişə görə, orijinal dərman vasitələri, dərman vasitələrinin analoqları (generiklər) dövlət qeydiyyatı bitmiş dərman vasitələri, dərman vasitələrinin istehsalında təsiredici maddə kimi istifadə olunan dərman maddələri (farmakoloji substansiyalar) dövlət qeydiyyatına alınır.
Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Qanunu
83) “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi” neçənci ildən fəaliyyətə başlamışdır?
A) 1 yanvar 2007-ci ildən
B) 27 yanvar 2006-cı ildən
C) 7 fevral 2007-ci ildən
D) 2 oktyabr 2006-cı ildən
E) 27 yanvar 2007-ci ildən
Hal-hazırda Azərbaycan Respublikasında əczaçılıq xidməti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnnovasiya və Təchizat Mərkəzi” tərəfindən idarə olunur. 27 yanvar 2006- cı ildən etibarən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnnovasiya və Təchizat Mərkəzi” fəaliyyətə başlamışdır.
Ədəbiyyat: Ş.A.Cabbarova, “Əczaçılıq fəaliyyətinin idarə olunması” I hissə. Bakı 2007. Səh 1
84) Əhaliyə dərman xidməti göstərən apteklərlə bağlı irəli sürülən əsas tələblər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hansı əmri ilə təsdiqlənmişdir?
A) 1 dekabr 2005-ci il 141 saylı əmri ilə
B) 2 oktyabr 2006-cı il 153 saylı əmri ilə
C) 3 may 2007-ci il 46 saylı əmri ilə
D) 5 sentyabr 2003-cü il 120 saylı əmri ilə
E) 18 sentyabr 2008-ci il 130 saylı əmri ilə
Aptek təşkilatlarının yaradılması və fəaliyyəti üzrə irəli sürülən tələblər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 oktyabr 2006-cı il tarixli 153 saylı əmri ilə təsdiq edilmişdir. Burada aptekə olan əsas tələblər, kiçik pərakəndə satış müəssisələrinə olan tələblər, aptek təşkilatının heyətinə olan tələblər verilmiş, bu tələblərin pozulmasına görə məsuliyyət öz əksini tapmışdır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 153 saylı qərarı
85) Hansı işçi aptekin inzibati-təsərrüfat heyətinə daxil deyildir?
A) Müdir
B) Müdir müavini
C) Mühasib
D) Kassir
E) Sürücü
Aptekin ştatı 2 qrupa bölünür: 1) inzibati-təsərrüfat heyəti, 2) əczaçı və köməkçi heyət. Aptekin inzibati –təsərrüfat heyətinə müdir, müdir-müavini, mühasib, kassir daxildir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 19
86) Hansı işçi aptekin əczaçı-köməkçi heyətinə daxil deyildir?
A) Sürücü
B) Kassir
C) Sanitar-yuyucu
D) Qablayıcı
E) Köşk satıcısı
Aptekin ştatı 2 qrupa bölünür: 1) inzibati-təsərrüfat heyəti, 2) əczaçı və köməkçi heyət. Əczaçı- köməkçi heyətə əczaçı, köşk satıcısı, sanitar- yuyucu, sürücü aiddir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 19
87) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 153 saylı əmrinə əsasən aptekin inzibati-məişət otaqlarının sahəsi nə qədər olmalıdır?
A) 35 m2-dən az olmamalıdır
B) 50 m2-dən az olmamalıdır
C) 40 m2- dən az olmamalıdır
D) 30 m2-dən az olmamalıdır
E) 25 m2-dən az olmamalıdır
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 oktyabr 2006-cı il 153 saylı əmrində apteklərə olan əsas tələblər irəli sürülmüşdür. Əmrə görə aptekin inzibati- məişət otaqlarının sahəsi 50 m2-dən az olmamalıdır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2. X.2006-cı il 153 saylı əmri
88) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 153 saylı əmrinə əsasən aptek köşkünün ümumi sahəsi nə qədər olmalıdır?
A) 40 m2-dən az olmamalıdır
B) 25 m2-dən az olmamalıdır
C) 35 m2-dən az olmamalıdır
D) 20 m2-dən az olmamalıdır
E) 50 m2-dən az olmamalıdır
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 oktyabr 2006-cı il 153 saylı əmrində apteklərə olan əsas tələblər irəli sürülmüşdür. Əmrə əsasən aptek məntəqəsinin ümumi sahəsi 35 m2-dən az olmamalıdır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. X. 2006-cı il 153 saylı əmri
89) Feldşer bu dərmanlardan hansına resept yazmaq hüququna malik deyil?
A) Gümüş- nitratın 2 %-dən çox olmayan məhlulu
B) Narkoz üçün efir
C) Koffein təmiz halda
D) Xanımotu preparatları
E) Koffein preparatları
Feldşerlər öz vəzifələrini və imzalarını göstərməklə təcili yardım məqsədilə koffein və onun preparatları, xanımotu və onun preparatları, gümüş-nitratın 2%-dən yuxarı olmayan məhluluna birdəfəlik yüksək dozadan artıq olmamaq şərti ilə resept yaza bilərlər.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28 yanvar 1999-cu il 5 saylı əmri
90) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Zəhərli dərman preparatlarının alınması, daşınması, saxlanılması, yazılması və qəbulu qaydaları haqqında” 5 saylı əmri neçənci ildən qüvvədədir?
A) 5 sentyabr 2003-cü ildən
B) 1 dekabr 2005-ci ildən
C) 3 may 2007-ci ildən
D) 28 yanvar 1999-cu ildən
E) 1 may 2001-ci ildən
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28 yanvar 1999-cu il 5 saylı əmri imzalanmışdır.
Ədəbiyyat: “ Zəhərli dərman preparatlarının alınması, daşınması, saxlanılması, yazılması və qəbulu qaydaları haqqında” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28.I. 1999-cu il 5 saylı əmri
91) Civənin hansı preparatı reseptsiz buraxıla bilər?
A) Civə dixlorid
B) Civə sianid
C) Civə oksisianid
D) 10%-li civə amidoxlorid
E) Civə diyodid
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28.I.1999-cu il 5 saylı əmrinə görə civənin aşağıdakı preparatları resept əsasında buraxılmışdır: iki yodlu civə, civə dixlorid (sülemA) , civə oksisianid və civə sianid.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28 yanvar 1999-cu il 5 saylı əmri
92) Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən 28 fevral 2007-ci ildə təsdiqlənmiş “İmtiyazlı qruplara daxil olan xəstələr üçün dərman preparatları”nın siyahısına görə, kimlərə 50% güzəştli şərtlə dərman preparatları buraxıla bilər?
A) Şəkər xəstələrinə
B) Bronxial astmalı xəstələrə
C) Hematoloji xəstələrə
D) Ruhi xəstələrə
E) Əmək fəaliyyəti ilə məşğul olan II qrup əlillərə
Uyğun qanunverici sənədlərə əsasən apteklərdən bəzi ambulator xəstələrə dərmanlar pulsuz və güzəştli şərtlərlə buraxılır. Belə xəstəliklərin siyahısı təsdiqlənmişdir. 50% güzəştlə dərman buraxılan müxtəlif kateqoriyalı xəstələrin siyahısına əmək fəaliyyəti ilə məşğul olan II qrup əlillər, Çernobl AES-in qəzasında iştirak edənlər və repressiyaya məruz qalmışlar.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 48
93) Aşağıdakı hansı qrup əhaliyə dərman vasitələri pulsuz verilir?
A) Fərdi təqaüdçülərə
B) Pnevmoniyalı xəstələrə
C) Neft daşlarında işləyənlərə
D) Qarabağ əlillərinə
E) Böyrəklərində daş əmələ gəlmiş xəstələrə
Uyğun qanunverici sənədlərə əsasən apteklərdən bəzi ambulator xəstələrə dərmanlar pulsuz və güzəştli şərtlərlə buraxılır. Belə xəstələrin siyahısı təsdiqlənmişdir. Qarabağ əlillərinə dərman vasitələri pulsuz şərtlərlə buraxılmalıdır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 47
94) Aptekdə 200 qram hiqroskopik pambıq üçün təbii itki norması necə hesablanır?
A) 0,45%
B) 1,9%
C) 0,35%
D) 0,65%
E) 0,85%
Malın və maddi dəyərin saxlanmasında cavabdehliyi möhkəmlətmək və qeyri-istehsal itkilərin səviyyəsini azaltmaq məqsədilə apteklər üçün təbii itki normaları təsdiqlənmişdir. (TİN)- dərmanlar, pambıq, tibbi zəlilər və şüşə qablar üçün qəbul edilmişdir. Hiqroskopik pambıq üçün təbii itki 200 qr bağlamaya 0,45% hesablanmışdır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti”I hissə. Bakı 2002. Səh 58
95) Tərkibində zəhərli maddələr olan dərmanlara yazılan reseptin etibarlılıq müddəti nə qədərdir?
A) 7 gün
B) 1 ay
C) 10 gün
D) 2 ay
E) 5 gün
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28.I. 1999-cu il tarixli 5 saylı əmrinə görə tərkibində zəhərli maddələr olan dərmanlara yazılan reseptlərin yaralılıq müddəti 7 gündür. Əczaçı aptekə daxil olan bütün reseptlərin yararlılıq müddətini bilməlidir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti”I hissə. Bakı 2002. Səh 28
96) Tərkibində efedrin hidroxlorid yazılan reseptin etibarlılıq müddəti nə qədərdir?
A) 7 gün
B) 5 gün
C) 1 ay
D) 10 gün
E) 2 ay
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 may 2007-ci il tarixli 39 saylı əmrinə görə, tərkibində psixotrop dərman maddələri (efedrin hidroxloriD) yazılmış reseptlər 7 gün müddətində etibarlı sayılır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 may 2001- ci il tarixində verilmiş “Psixotrop dərman preparatlarının alınması, buraxılması və hesabat qaydaları”haqqında 39 saylı əmri.
97) Xroniki xəstələr üçün tərkibində psixotrop maddə yazılmış reseptin yararlılıq müddəti nə qədərdir ?
A) 5 gün
B) 2 ay
C) 10 gün
D) 1 ay
E) 7 gün
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 may 2001-ci il tarixində verilmiş 39 saylı əmrinə görə xroniki xəstələrə psixotrop dərman preparatları yazılmış reseptin yararlılıq müddəti 1 aydır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 may 2001-ci ildə verilmiş “Psixotrop dərman preparatlarının alınması, buraxılması və hesabat qaydaları haqqında” 39 saylı əmri
98) Pulsuz buraxılan dərmanlara yazılan reseptlərin yararlılıq müddəti nə qədərdir?
A) 14 gün
B) 10 gün
C) 2 ay
D) 7 gün
E) 1 ay
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 46 saylı əmrinə görə, pulsuz buraxılan dərmanlara yazılan reseptlər 14 gün müddətinə etibarlı sayılır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 may 2007 ci il tarixində “Reseptlərin yazılması və dərman vasitələrinin aptek müəssisələrində buraxılması qaydaları haqqında” 46 saylı əmri
99) Reseptlərin əczaçılıq ekspertizasının vəzifəsinə bunlardan hansı daxildir?
A) Apteklərə malın alınmasını təmin etmək
B) Statistik uçotu aparmaq
C) Resept yazmaq hüququna malik şəxsi aşkar etmək
D) Mühasibat uçotunu aparmaq
E) Operativ uçotu aparmaq
Reseptlərin əczaçılıq akspertizasının vəzifəsinə aiddir: reseptin uyğun resept blankında yazılmasını təmin etmək, resept yazmaq hüququna malik şəxsi aşkar etmək, reseptin etibarlılıq müddətini təyin etmək, dərmanların buraxılma qaydasını təyin etmək. Beləliklə, RƏE 4 mərhələdən ibarət sayılır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002.Səh 25
100) Apteklərdə hazırlanan vitaminli göz damcıları hansı rəngli etiketlə tərtib olunmalıdır?
A) Yaşıl
B) Çəhrayı
C) Göy
D) Ağ
E) Narıncı
Aptekdə hazırlanan və tərtibata salınan dərmanlar üçün xüsusi qayda təsdiqlənmişdir: “Apteklərdə hazırlanan dərmanların vahid rəsmiləşdirmə qaydası”. Qaydaya görə aptekdə hazırlanan dərmanlar müxtəlif rəngli etiketlərlə təchiz edilməlidir. Etiketlər dərmanın qəbulundan və növündən asılıdır: göz məlhəmləri və damcıları üçün çəhrayi rəngli etiket təsdiqlənmişdir. Yazılar çəhrayı fonda qara hərflərlə yazılmalıdır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 57
101) Hazırlanmasına 50 qram etil spirti sərf olunan reseptdə təbii itki nə qədər ola bilər?
A) 1,9 q
B) 1 q
C) 0,6 q
D) 0,95 q
E) 0,8 q
Malın və maddi dəyərin saxlanılmasında cavabdehliyi möhkəmləndirmək məqsədilə apteklər üçün təbii itki normaları hesablanmışdır. Etil spirti üçün TİN belədir: fərdi hazırlanan dərmanlara sərf olunan miqdarın 1,9% -i ((100 q-A) . Deməli, 50 q etil spirtinə 0,95 q itki yol verilir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 59
102) Göstərilən dərman preparatlarından hansı reseptlə buraxılmalıdır?
A) Diklofenak
B) Pankreatin
C) Siklodol
D) Abomin
E) İbuprofen
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18 sentyabr 2008-ci il 130 saylı əmrində reseptsiz buraxılan dərmanların siyahısı verilmişdir. Abomin, diklofenak, ibuprofen və pankreatin preparatları reseptsiz buraxılan dərmanlar sırasındadır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18 sentyabr 2008-ci ildə verilmiş “Reseptsiz buraxılan dərmanların siyahısı” 130 saylı əmri
103) Tərkibində Klonazepam tableti yazılmış resept neçə gün müddətinə etibarlıdır?
A) 5 gün
B) 2 ay
C) 7 gün
D) 10 gün
E) 1 ay
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 46 saylı əmrinə görə, tərkibində psixotrop maddə olan (Klonazepam) dərmanlara yazılan reseptlər 7 gün müddətinə etibarlı sayılır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 may 2007 ci-il 46 saylı əmri
104) Əlavə rekvizitlər tələb olunmayan reseptlər hansı müddətə yararlıdır?
A) 7 gün
B) 1 ay
C) 5 gün
D) 2 ay
E) 3 ay
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 may 2007-ci il 46 saylı əmrinə əsasən əlavə rekvizitlər tələb olunmayan reseptlər üçün yararlılıq müddəti 2 ay təsdiq olunmuşdur.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 may 2007-ci il tarixli “Reseptlərin yazılması və aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 saylı əmri
105) Üzərində “xroniki xəstələr üçün” göstərişi ilə ümumi siyahıya aid olan dərmanlar yazılmış resept hansı müddətə yararlıdır?
A) 7 gün
B) 2 ay
C) 1 il
D) 6 ay
E) 1 ay
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 may 2007-ci il tarixli 46 saylı əmrində göstərilmişdir ki, üzərində “xroniki xəstələr üçün” göstərişi yazılmış həkimin imzası və möhürü ilə təsdiqlənmiş, ümumi siyahıda olan dərmanlar yazılmış reseptlər 1 il müddətinə yararlıdır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 46 saylı əmri
106) Aptekdə hazırlanan Leyner məlhəmi hansı rəngli etiketlə tərtib olunur ?
A) Çəhrayı
B) Narıncı
C) Yaşıl
D) Göy
E) Ağ
“Apteklərdə hazırlanan dərmanların vahid rəsmiləşdirmə qaydasına” istinad edərək, aptekdə hazırlanan dərmanlar etiketlə təchiz edilməlidir. Dərmanın qəbulundan və formasından asılı olaraq, xaricə işlənən dərmanlar üçün narıncı rəngli etiket təsdiq edilmişdir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 57
107) Aşağıdakı dərman preparatlarından hansının miqdarı uçotu aparılır?
A) Analgin
B) Sidnofen
C) Fenamin
D) Trisedil
E) Sonapaks
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 may 2003-cü il tarixli “Narkotik preparatların alınması, daşınması, saxlanması, uçotu və məhvi qaydaları haqqında” 120 saylı əmrinə əsasən, fenamin respublikada qeydiyyatdan keçmiş və miqdarı uçotu aparılan narkotik preparat sayılır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 120 saylı əmri
108) Aşağıdakı dərman preparatlarından hansının miqdarı uçotu aparılmır?
A) Efedrin dimedrolla
B) Mebikar
C) Efedrin
D) Barbital-natrium
E) Barbital
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 may 2001-ci il “Psixotrop dərman preparatlarının alınması, buraxılması və hesabat qaydaları haqqında” 39 saylı əmrinə əsasən efedrin, efedrin dimedrolla, barbital, barbital-natrium miqdarı uçotu aparılan psixotrop dərman preparatları sayılır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 39 saylı əmri.
109) Bu dərman preparatlarından hansı narkotik təsirlidir?
A) Sombrevin
B) Semap
C) Fenobarbital
D) Neuleptil
E) Ksanaks
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 may 2003-cü il tarixli 120 saylı əmrinə görə, sombrevin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və tibbi praktikada istifadəsinə icazə verilmiş narkotik dərman preparatıdır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 120 saylı əmri
110) “Narkotik preparatların alınması, daşınması, saxlanılması, uçotu, istifadəsi və məhvi normativləri haqqında” Azərbaycan Rspublikası Səhiyyə Nazirliyinin 120 saylı əmri nə vaxt təsdiqlənmişdir?
A) 3 may 2007-ci ildə
B) 1 dekabr 2005-ci ildə
C) 18 sentyabr 2008-ci ildə
D) 1 may 2001-ci ildə
E) 5 may 2003-cü ildə
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 120 saylı əmri 5 may 2003-cü ildə təsdiqlənmişdir. 1311 saylı əmrlə təsdiq olunmuş normativ hüquqi aktların Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə uzlaşmadığını nəzərə alaraq, 120 saylı əmrin verilməsi məcburiyyəti ortaya çıxmışdır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 120 saylı əmri
111) “Estosin hidroxlorid” in min nəfər əhali üçün illik təsdiq olunmuş norması nə qədərdir?
A) 0,7 q
B) 0,4 q
C) 0,6 q
D) 0,2 q
E) 0,3 q
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 120 saylı əmrinə əlavə olaraq, narkotik preparatların işlədilmə normaları (hər min nəfər əhaliyə il ərzində qramlarlA) təsdiq olunmuşdur. Estosin hidroxloridin belə norması 0,3 qramdır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 may 2003-cü il tarixli 120 saylı əmri
112) Narkotik dərmanlara yazılmış reseptlər aptekdə nə qədər müddətə saxlanılmalıdır?
A) 1 il
B) 3 il
C) 1 ay
D) 6 ay
E) 5 il
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 may 2003-cü il 120 saylı əmrinə görə, istifadə edilmiş narkotik preparatlara aid resept nüsxələri aylar və illər üzrə tikilir, nömrələnir, möhürlənir və 5 il müddətində maddi - məsul şəxsin seyfində saxlanılır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 120 saylı əmri
113) MPM-ə buraxılan, tərkibində narkotik maddə olan dərmanların siqnaturasında hansı göstərici olmamalıdır?
A) Dərmanların qəbul qaydası
B) Dərmanı hazırlayanın imzası
C) Dərmanın hazırlanma tarixi
D) Dərmanın tərkibi
E) Dərmanın yararlılıq müddəti
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 may 2003-cü il 120 saylı əmrinə əsasən, MPM-in aptekdən aldığı, tərkibində narkotik maddə olan dərmanların siqnaturasında və etiketində dərmanı hazırlayanın imzası, dərmanın tərkibi, hazırlanma tarixi, analiz nömrəsi, dərmanın yararlılıq müddəti göstərilməlidir.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 120 saylı əmri
114) MPM-də xüsusi resept nüsxələrinin ehtiyatı nə qədər olmalıdır?
A) 2 həftəlik tələbatdan çox olmamalıdır
B) 1 həftəlik tələbatdan çox olmamalıdır
C) 3 aylıq tələbatdan çox olmamalıdır
D) 6 aylıq tələbatdan çox olmamalıdır
E) 1 aylıq tələbatdan çox olmamalıdır
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 may 2003-cü il 120 saylı əmrində MPM-də və onların aptek şöbələrində resept nüsxələrinin saxlanma və uçotu qaydaları verilmişdir. Qaydalara görə MPM-də xüsusi resept nüsxələrinin ehtiyatı aylıq təlabatdan çox olmamalıdır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 120 saylı əmri
115) Yararsız hala düşmüş arsen anhidridi hansı üsulla məhv edilir ?
A) 1:10 nisbətində spirtdə həll edilir, torpağa basdırılır
B) 1:1000 nisbətində qaynar suda həll edilir, torpağa səpilir
C) Əhəngin 1:12 nisbətində suspenziyası ilə zərərsizləşdirilir, kanalizasiyaya tökülür
D) 10%-li qələvidə həll edilir, qazılmış quyuya tökülür
E) Yandırılır
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28 yanvar 1999-cu il tarixli 05 saylı əmrinə 9 saylı əlavə verilmişdir. Zəhərli maddələrin istifadəsi mümkün olmadıqda məhv edilir. Arsen anhidridi yaşayış yerindən 1 km uzaqlıqda, 1 m dərinlikdə 10%-li qələvidə həll edilib, qazılmış quyuya tökülür və üstü torpaqla örtülür.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 saylı əmri
116) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 130 saylı əmri neçənci ildən qüvvədədir?
A) 3 may 2007-ci ildən
B) 18 sentyabr 2008-ci ildən
C) 1 dekabr 2005-ci ildən
D) 1 may 2001-ci ildən
E) 5 sentyabr 2003-cü ildən
18 sentyabr 2008-ci ildə Azərbaycan Respublikasının 130 saylı əmri imzalanmışdır. Əmrdə reseptsiz buraxılan dərmanlar haqqında , onların siyahısı verilmişdir.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 130 saylı əmri
117) Azərbaycan Respublikası ərazisində bu narkotik vasitələrdən hansının dövriyyəsi qadağan edilmişdir?
A) Noksiron
B) Dipidolor
C) Tebain
D) Fenamin
E) Fepranon
Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahıları 2001-ci il 20 fevral tarixli 85-II Q Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Tebain preparatının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuşdur.
Ədəbiyyat: “Narkoik vasitələr, psixotrop maddələr və prekursorlara nəzarət haqqında ” Azərbaycan Respublikasının Qanunu
Dostları ilə paylaş: |