258) Nootrop maddələrin əsas xarakterik cəhəti nədir?
A) Zehni zəiflədir
B) Yaddaşı zəiflədir
C) Təsiri tez meydana çıxır
D) Beynin pozulmuş funksiyalarını bərpa edir
E) Hipoksiya törədir
Nootrop maddələrin təsiri onların beyində baş verən metabolik prosesləri dəyişdirmələri ilə bağlıdır. Onlar metabolik prosesləri normalaşdırmaqla beyinin pozulmuş funksiyalarını (yaddaş, nitq, əqli nəticə çıxarmaq qabiliyyəti) bərpa edirlər. Nootrop maddələrin təsirindən beyin hüceyrələrinin oksigen aclığına qarşı davamlılığı yüksəlir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 197
Dostları ilə paylaş: |