556) Gəvən bitkisindən hansı maddə alınır?
A) Nişasta
B) Kitrə
C) Pektin
D) Piyli yağ
E) Selik
Kitrənin tərkibində bassorin, arabin, nişasta, sellüloza, mineral maddələr vardır. Kitrəni gəvənin gövdəsinin aşağı hissəsini, torpağa yaxın yerdən çərtməklə əldə edirlər. Gəvən kitrəsi emulsiyaların və həblərin hazırlanmasında istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh-77.
557) Gəvən bitkisindən alınan yapışqan təbabətdə nə üçün istifadə olunur?
A) Linimetlərin hazırlanmasında
B) Poroşokların hazırlanmasında
C) Suspenziyaların hazırlanmasında
D) Emulsiya və tabletlərin hazırlanmasında
E) Məlhəmlərin hazırlanmasında
Gəvən bitkisindən alınan yapışqan təbabətdə emulsiya və tabletlərin hazırlanmasında istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 77.
Dostları ilə paylaş: |