558) Zəyərək toxumlarından tibbdə nə üçün istifadə olunur?
A) İltihab əleyhinə
B) Zəif işlədici kimi
C) Qurdqovucu kimi
D) Sidikqovucu kimi
E) Ödqovucu kimi
Zəyərək toxumları yağlı xammal bitkisi kimi becərilir. Yağın tərkibi olein, linol və linolen turşularının əmələ gətirdiyi iki və üç turşulu triqliseridlər qarışığından təşkil olunmuşdur. Zəyərək yağı – Oleum Lini daxilə spazmlı qəbizlikdə yumşaq təsirli işlədici vasitə kimi istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 132.
559) Hansı maddələr ballast maddələr adlanır?
A) İlk metabolitlər
B) Əsas farmakoloji fəal maddələr
C) Farmakoloji cəhətdən indifferent (neytral) maddələr
D) İkinci metabolitlər
E) Müşayiətedici maddələr
Bitkilərdə farmakoloji cəhətdən indifferent, yəni neytral maddələr də vardır ki, onlar heç bir müalicəvi təsir göstərmir və onlar ballast maddələr adlanırlar.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.19-20.
Dostları ilə paylaş: |