563) Zəyərək toxumu latınca necə adlanır?
A) Fructus Rosae
B) Folium Theae
C) Semen Lini
D) Oleum Ricini
E) Semen Psilli
Zəyərək toxumu latınca Semen Lini adlanır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.132
564) Zəyərək bitkisinin hansı hissələrindən təbabətdə istifadə olunur?
A) Meyvələrindən
B) Toxumlarından
C) Kökündən
D) Yarpaqlarından
E) Çiçəklərindən
Farmakoloji aktiv maddələr zəyərək bitkisinin toxumlarında toplanmışdır. Zəyərək toxumunun tərkibində yağ, selik maddələri, polisaxaridlər, zülali maddələr vardır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.132-134.
Dostları ilə paylaş: |