554) Nişasta daxilə hansı vasitə kimi tətbiq edilir?
A) Bürüyücü
B) Qurdqovucu
C) Sidikqovucu
D) Antiseptik
E) Ödqovucu
Nişasta daxilə bürüyücü vasitə kimi mədə-bağırsaq xəatəliklərində tətbiq edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 72-74.
555) Dərman bitkilərindən alınan yapışqan və selik maddələri hansı xəstəliklərdə istifadə olunur ?
A) Öd kisəsinin iltihabı zamanı
B) Mədə xəstəliklərində
C) Qaraciyər xəstəliklərındə
D) Mədəaltı vəzin iltihabında
E) Bağırsaq pozğunluqlarında
Yapışqan və selik maddələri mədə-bağırsaq traktının selikli qişasında olan sinir uclarını digər maddələrin qıcıqlandırıcı təsirindən mühafizə edir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 76.
Dostları ilə paylaş: |