605) Başinağacı qabığından hazırlanmış ekstrakt necə təsir göstərir ?
A) Sakitləşdirici
B) Öd qovucu
C) Ağrıkəsici
D) Yuxugətirici
E) Sidikqovucu
Başınağacı qabığında olan viburnin maddəsi uşaqlığın tonusunu gücləndirir, ağrıkəsici, antiseptik və hemostatik təsirlər göstərir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.167-171.
606) Adaçayı yarpağının dəmləməsi hansı xətəliklərdə istifadə edilmir?
A) Yuxarı tənəffüs yolunun iltihabında
B) Diş xəstəliklərində
C) Ağız boşluqlarının xəstəliklərində
D) Ürək-damar sisteminin xəstəliklərində
E) Boğaz ağrılarında
Adaçayının dəmləməsi qarqara, inhalyasiya, islatma dərmanı şəklində tənəffüs yolları, diş, ağız, burun, udlaq, qırtlaq, boğaz, dəri xəstəliklərinin, irinli yaraların müalicəsində tətbiq edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.203-205.
Dostları ilə paylaş: |