611) Bataqlıq ladan kolu otunun dəmləməsi hansı xəstəliklərdə istifadə olunur?
A) Atereskleroz
B) Osteoxondroz
C) Nevroz
D) Mədəaltı vəzin iltihabı
E) Bronxit
Bitkinin xırdalanmış zoğları dəmləmə şəklində istifadə olunur. Xammaldan alınmış “Ledin” preparatı və dəmləmə öskürəkkəsici və bəlğəmgətirici vasitə kimi bronxitdə, ağciyər xəstəliklərində və göyöskürəkdə tətbiq edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.232-234.
612) Cirə meyvəsində hansı əsas təsiredici maddə var?
A) Vitaminlər
B) Aşı maddələri
C) Saponinlər
D) Ürək qlikozidləri
E) Efir yağı
Cirə meyvələrində 6% efir yağı toplanır ki, onun da tərkibinə 90%-ə qədər anetol, cirə aldehidi, cirə turşusu, cirə ketonu, limonen və s. daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.249-252.
Dostları ilə paylaş: |