617) Acıqovuğun kökü hansı məqsədlə istifadə olunur?
A) Sakitləşdirici kimi
B) Bəlğəmgətirici kimi
C) İştaha artırıcı kimi
D) Qurdqovucu kimi
E) Öskürəkkəsici
Acıqovuğun köklərində südə bənzər acı şirə vardır. Acı dadı tərkibindəki taraksasin və tarakserin maddələri ilə əlaqədardır. Acıqovuğun köklərindən qatı ekstrakt alınır ki, o da iştahaartırıcı, həzmi yaxşılaşdırıcı, ödqovucu, diuretik və işlədici vasitə kimi istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.335-336.
618) İsitməotunun otu təbabətdə nə məqsədlə istifadə edilir?
A) İştahaartırıcı kimi
B) Qurdqovucu kimi
C) Ödqovucu kimi
D) Sidikqovucu kimi
E) Yuxugətirici kimi
İsitməotunun otundan dəmləmə hazırlanır. Bundan başqa otu acı tinktura (Tinktura amarA) və yığıntıların tərkibinə daxildir. Bu dərman formalarının hamısı iştahaartırıcı və həzmi yaxşilaşdırıcı vasitə kimi tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.332-334.
Dostları ilə paylaş: |