615) Qaraqınıq otundan nə məqsədlə istifadə olunmur?
A) Tərlədici kimi
B) Sakitləşdirici kimi
C) Bəlğəmgətirici kimi
D) Qıcolma əleyhinə
E) Qurdqovucu kimi
Qaraqınıq otunun briketi və dəmləməsi kəskin və xroniki bronxitdə bəlğəmgətirici vasitə kimi təyin edilir, həmçinin sedativ və qıcolmalar əleyhinə təsir göstərən vasitə kimi məsləhət görülür. Tərlədici xassəyə malikdir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.256.
616) Bitkilərdən hansı körpə uşaqlarda bağırsaq sıxılmaları zamanı istifadə olunur?
A) Qızılçətir
B) Razyana meyvəsi
C) Tozağacının tumurcuqları
D) Üskükotu yarpağı
E) Xoruzgülü otu
Razyana meyvəsindən dəmləmə şəklində uşaqlarda baş verən köp əleyhinə, mədə ağrıları və bağırsaq sıxılmaları zamanı istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.252.
Dostları ilə paylaş: |