789) Kalsium-qlükonatın alınmasında hansı maddədən istifadə olunur?
A) Qliserindən
B) Qlükozadan
C) Nişastadan
D) Limon turşusundan
E) Süd turşusundan
Kalsium qlükonatın alınmasında qlükoza istifadə edilir.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979 səh 130
790) Bor turşusu hansı nisbətdə qaynar suda həll olur?
A) 1:10
B) 1:4
C) 1:1
D) 1:2
E) 1:100
Bor turşusu 1:4 nisbətdə qaynar suda həll olur.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979 səh 71
791) Natrium-sitratın alınmasında hansı turşudan istifadə edilir?
A) Qarışqa turşusundan
B) Limon turşusundan
C) Kəhrəba turşusundan
D) Süd turşusundan
E) Sirkə turşusundan
Natrium - sitratın alınmasında limon turşusu istifadə edilir.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979 səh 129
Dostları ilə paylaş: |