863) Qlükozanın neçə faizli inyeksiya məhlulları hipertonik məhlul adlanır?
A) 10%, 25%, 40%
B) 5%, 30%, 50%
C) 3%, 8%, 45%
D) 4%, 12%, 60%
E) 1%, 3%, 6%
10-25-40%-li qlükoza məhlulu qan zərdabının osmotik təzyiqindən yüksək olduğu üçün hipertonik məhlul adlanır.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 230
864) İnyeksiya məhlullarında qlükozanın neçə faizli məhlulu izotonik məhlul adlanır?
A) 10%-li məhlulu
B) 0,5%-li məhlulu
C) 25%-li məhlulu
D) 5%-li məhlulu
E) 40%-li məhlulu
Qlükozanın 5%-li məhlulu qan zərdabının osmotik təzyiqinə bərabər olduğu üçün izotonik məhlul adlanır.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 237
Dostları ilə paylaş: |