865) Qlükozanın inyeksiya məhlulunu stabilləşdirmək üçün işlənən Veybel məhlulunun tərkibini göstərin?
A) 5,0 natrium -xlorid, 3ml 0,1 N xlorid turşusunun məhlulu, 1 litr su
B) 0,26 Natrium- xlorid, 5ml 0,1 N xlorid turşusunun məhlulu, 1 litrə qədər su
C) 3,0 natrium -xlorid, 15ml 0,1 N xlorid turşusunun məhlulu, 1 litr su
D) 6,0 natrium- xlorid, 10ml 0,1N xlorid turşusunun məhlulu, 1 litr su
E) 8,0 natrium -xlorid, 8ml 0,1 N xlorid turşusunun məhlulun, 1 litr su
X DF göstərişinə əsasən Veybel məhlulunun tərkibi -0,26 natrium xlorid , 5 ml 0,1 N hidrogen xlorid turşusunun məhlulu və 1 litrə qədər sudan ibarətdir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 231
866) Fizioloji və qan əvəzedici məhlulların tərkibinə göstərilən maddələrdən hansı dərman maddəsi əlavə olunur?
A) Kalsium-xlorid
B) Novokain
C) Qlükoza
D) Vitamin C
E) Vitamin B12
Fizioloji və qan əvəzedici məhlulların tərkibinə qan plazmasında olduğu kimi qlikoza əlavə edilir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 241
867) Aptekdə hazırlanan şok əleyhinə məhlullara spirt hansı şəraitdə əlavə olunur?
A) Sterilizə olunmuş məhlul üzərinə aseptik şəraitdə əlavə edilir
B) Hazırlanmış məhlula əlavə edilir
C) Məhlula spirt əlavə edilir, sterilizə edilmir
D) Spirt əlavə edilmir
E) Spirt və məhlul qarışdırılır, sterilizə edilir
Şok əleyhinə məhlullar aseptik şəraitdə hazırlanır. Spirt sterilizə olunmuş məhlulun üzərinə əlavə edilir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 242
Dostları ilə paylaş: |