220) Xolinesterazanın reaktivatorlarına hansı aiddir?
A) Heksametonium (Benzoheksonium)
B) Qalantamin-hidrobromid
C) Neostiqmin-metilsulfat
D) Trimedoksim-bromid (Dipiroksim)
E) Atropin-sulfat
Xolinesterazanın reaktivatorları fosfor üzvi birləşmələrin xolinesteraza ilə əmələ gətirdiyi birləşməni parçalayıb, xolinesterazanın sərbəst şəkildə ayrılmasını təmin etməklə onun katalitik aktivliyini bərpa edirlər. Bu maddələrə Trimedoksim-bromid (Dipiroksim) aiddir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 102
221) Mədənin şirə ifrazını zəiflətmək üçün atropin hansı maddələrlə birlikdə təyin edilir?
A) Antasid
B) Büzüşdürücü
C) Bürüyücü
D) Ödqovucu
E) Yerli keyləşdirici
Mədənin şirə ifrazını zəiflətmək üçün atropin-sulfat adətən antasid (anti-əeyhinə, acidum-turşu) maddələrlə (maqnezium-oksid, alüminium-hidroksid və s.) birlikdə təyin edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 106
Dostları ilə paylaş: |