222) Platifillin hansı tabletin tərkibinə daxildir?
A) De-nol
B) Vikalin
C) Aeron
D) Vikair
E) Plavefin
Platifillin dəniz, yaxud təyyarə xəstəliyinin müalicəsi və profilaktikası üçün istifadə olunan “Plavefin” tabletlərinin tərkibinə daxildir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 108
223) Adrenomimetik maddələrə aid olan preparat hansıdır?
A) Prazozin
B) Tetrazozin
C) Atenelol
D) Fenilefrin-hidroxlorid (Mezaton)
E) Propranolol-hidroxlorid (Anapril)
Fenilefrin-hidroxlorid (Mezaton) adrenoreseptorlara qıcıqlandırıcı təsir göstərir, qan damarlarını daraldır, arterial təzyiqi yüksəldir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 121
Dostları ilə paylaş: |