225) Efedrin hansı tabletin tərkibinə daxildir?
A) Prenoksdiazin (Libeksin)
B) Falimint
C) Teofedrin
D) Qlausin-hidroxlorid
E) Tusupreks
Efedrin bronxial astma zamanı istifadə olunan “Teofedrin” preparatın tərkibinə daxildir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 127
226) Bunlardan hansı kardioselektiv preparatlara aiddir?
A) Atenolol
B) Nafazolin-nitrat (Naftizin)
C) Fenilefrin-hidroxlorid (Mezaton)
D) Sanorin
E) Efedrin-hidroxlorid
Atenolol ürəyə birbaşa seçici təsir göstərdiyinə görə kardioselektiv preparatlara aiddir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 134
Dostları ilə paylaş: |