577) Çaytikanı bitkisinin hansı hissəsi tibbidə istifadə edilir?
A) Gövdəsi
B) Kökü
C) Yarpağı
D) Meyvəsi
E) Çiçəyi
Çaytikanı meyvəsinin tərkibində karotin, E vitamini, askorbin turşusu, fol turşusu, tiamin, P vitamini vardır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.158.
578) Hansı xəstəliklərdə gülümbahar çiçəklərindən istifadə edilmir?
A) Mədə-bağırsaq xəstəliklərində
B) Stomatitdə
C) Ginekoloji xəstəliklərdə
D) Öd kisəsinin iltihabında
E) Yuxu pozğunluqlarında
Gülümbaharın tinkturasını mamalıq təcrübəsində tətbiq edirlər. Tinkturası və dəmləməsi anginada, stomatitdə qarqara etmək üçün istifadə olunur. Daxilə mədə xorasında və ödqovucu vasitə kimi təyin edilir. Gülümbaharın tətbiqi, əsasən, antiseptik, iltihabəleyhinə və yarasağaldıcı təsirlərlə əlaqədardır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.152.
Dostları ilə paylaş: |