581) Quşəppəyi otunun preparatları hansı hallarda istifadə olunur.?
A) İshal zamahı
B) Yuxu pozğunluğunda
C) Aterosklerozda
D) Uşaqlıq qanaxmalarında
E) Şəkərli diabetdə
Quşəppəyi otunda filloxinon və askorbin turşusu, alma və limon turşuları, xolin, asetilxolin, histamin aminləri vardır. Quşəppəyi otunun dəmləməsini və maye ekstraktını uşaqlıq qanaxmaları və uşaqlığın atoniyası əleyhinə istifadə edirlər.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.167.
582) Evkalipt yarpaqlarının preparatları hansı xüsusiyyətə malikdir?
A) Ödqovucu
B) Antiseptik
C) Spazmolitik
D) Hipotenziv
E) Diuretik
Evkaliptin qurudulmuş yarpaqlarından bişirmə hazırlayır və daxilə antiseptik, iltihab əleyhinə təsir göstərən vasitə kimi tətbiq edirlər. Onu həmçinin inhalyasiya şəklində ağız boşluğu və boğazı qarqara etmək, kəsiklərin, irinli dəri yaralarının yuyulması üçün istifadə edirlər. Evkaliptin 70%-li spirtdəki tinkturası da həmin məqsədlər üçün yararlıdır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 206-208.
Dostları ilə paylaş: |