588) Təbabətdə pişikotu bitkisinin hansı hissəsindən istifadə olunur?
A) Toxum və meyvədən
B) Yarpaq və meyvədən
C) Yarpaq və çiçəkdən
D) Gövdə və yarpaqdan
E) Kök və kökümsovundan
Pişikotu kök və kökümsovunda efir yağı, izovalerian turşusu, borneol vardır. Dərman bitki xammalı kimi kök və kökümsovlar götürülür.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.214.
589) Pişikotu bitkisindən alınan preparatlar hansı məqsədlə istifadə edilir?
A) Sakitləşdirici kimi
B) Ödqovucu kimi
C) Qızdırmasalıcı kimi
D) Sidikqovucu kimi
E) İltihab əleyhinə
Terapevtik təsiri kökümsov və köklərinin bütün maddələrinin kompleksi ilə əlaqədardır. Pişikotunun kökümsov və köklərinin dəmləməsi, tinkturası və qatı ekstraktı həblər formasında istifadə olunur, həm də bir sıra kombinəedilmiş preparatların , sakitləşdirici yığıntıların tərkibinə daxildir. Pişikotunun preparatlarını sinir oyanmaları, yuxusuzluq, isteriya, ürək-damar sisteminin nevrozları ilə müşayiət olunan xəstəliklərdə təyin edirlər.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.214.
Dostları ilə paylaş: |