593) Hansı bitki ürək-damar sisteminə təsir edən dərman bitki xammalıdır ?
A) Üçbarmaq otu
B) Üskükotu
C) Batbat
D) Xanımotu
E) Dəlibəng
Üskükotu yarpaqlarında 30-dan artıq kardenolidlər vardır. Üskükotunun qlikozidləri müxtəlif etiologiyalı xroniki ürək çatışmazlığında tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 268-275.
594) Bitkilərdən hansının tərkibində ürək qlikozidi var?
A) Nanə yarpağında
B) Jenşen kökündə
C) Cökə çiçəyində
D) İnciçəyi otunda
E) Şirquyruğu otunda
İnciçiçəyində kardenolid təbiətli 22-yə qədər maddə aşkar edilmişdir. Əsas qlikozidlər bunlardır: Konvallotoksin, konvallozid, konvallotoksol, qlikokonvallozid, lokundozid.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.282.
Dostları ilə paylaş: |