597) Dərman bitki xammalı kimi jenşen bitkisinin hansı hissəsi istifadə edilir?
A) Çiçəkləri
B) Yarpağı
C) Toxumu
D) Meyvəsi
E) Kökü
Jenşenin əsas bioloji fəal maddələri bitkinin köklərində toplanmışdır. Jenşen köklərində triterpen saponinlər, efir yağı, selik maddəsi, askorbin turşusu, B qrupu vitaminləri, 10- makro və mikroelement, ballast maddələr vardır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 320.
598) Hansı bitkinin tərkibində zəhərli, güclütəsiredici maddə var?
A) Xanımotu
B) Cökə
C) Pişikotu
D) Çobanyastığı
E) Adaçayı
Xanımotu bitkisi zəhərli bitki xammalıdır. Bitkinin bütün hissələrində alkaloidlər vardır. Bitkidə atropinə çevrilən hiossiamin alkaloidi, skopolamin alkaloidi vardır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.388-389.
599) Hansı bitki sedativ təsirə malikdir?
A) Cökə
B) Pişikotu
C) İnciçiçəyi
D) Bağayarpağı
E) Jenşen
Pişikotu köklərində efir yağı, izovalerian turşusu, borneol vardır.
Pişikotunun kökümsov və köklərinin dəmləməsi, tinkturası və qatı ekstraktı həblər formasında istifadə olunur, həm də bir sıra kombinəedilmiş preparatların , sakitləşdirici yığıntıların tərkibinə daxildir. Pişikotunun preparatlarını sinir oyanmaları, yuxusuzluq, isteriya, ürək-damar sisteminin nevrozları ilə müşayiət olunan xəstəliklərdə təyin edirlər.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.214-221.
Dostları ilə paylaş: |