602) “Xolosas” preparatı hansı dərman bitkisindən hazırlanır?
A) Keşniş meyvəsindən
B) Qara qarağat meyvəsindən
C) İtburnu meyvəsindən
D) Çaytikanı meyvəsindən
E) Quşarmudu meyvəsindən
İtburnu meyvələrindən şəkərli maye ekstraktdan ibarət olan “xolosas” preparatı hazırlanır ki, bu da xolesistit və hepatit xəstəliklərində tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.146-149.
603) Bu bitkilərdən hansı polivitaminli xammal kimi istifadə edilir?
A) Quşarmudu meyvəsi
B) Keşniş meyvəsi
C) Adaçayı yarpağı
D) Zirə meyvəsi
E) Nanə yarpağı
Quşarmudu meyvələrinin tərkibində karotin, C vitamini, P vitamini vardır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.155.
604) Quşəppəyi otunun dəmləməsi tibbidə hansı xəstəliklərdə istifadə edilir?
A) Sinir sisiteminin pozğunluqlarında
B) Yuxarı tənəffüs yollarının iltihabında
C) Ürək-damar sisteminin xəstəliklərində
D) Uşaqlıq qanaxmaları və uşaqlığın atoniyasında
E) Mədə xorasında
Quşəppəyinin otunda filloxinon və askorbin turşusu, fumar, alma, limon turşuları, rutin, flavanoidlər, asetilxolin vardır. Quşəppəyi otunun dəmləməsini və maye ekstraktını uşaqlıq qanaxmaları və uşaqlıq atoniyası əleyhinə istifadə edirlər.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.167.
Dostları ilə paylaş: |