609) “Qlisiram” preparatı hansı bitkidən hazırlanır?
A) Oleandr yarpağından
B) Biyan kökündən
C) Qaraqınıq otundan
D) Kəklikotundan
E) Öküzotu çiçəklərindən
Biyan köklərində qlisirrizin toplanır ki, bu da qlisirizin turşusunun kaliumlu və kalsiumlu duzundan ibarətdir. Biyanın xammalından “Qlisiram” praparatı istehsal olunur. Bronxial astmada, allergik dermatitdə və ekzemada istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.316-319.
610) Tozağacının tumurcuq və yarpaqlarından təbabətdə nə məqsədlə istifadə olunur?
A) Yuxugətirici kimi
B) Qurdqovucu kimi
C) Bəlğəmgətirici kimi
D) Ağrıkəsici kimi
E) Ödqovucu kimi
Tozağacının tumurcuğunda efir yağı toplanır ki, onun da tərkibinə betulin, betulenol, betulen turşusu və kariofillen daxildir. Tozağacı tumurcuqlarının tinkturası ödqovucu vasitə kimi tətbiq edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.234-236.
Dostları ilə paylaş: |