607) Evkalipt yarpağının tərkibində hansı əsas təsiredici maddə var?
A) Vitaminlər
B) Efir yağı
C) Qlikozidlər
D) Saponinlər
E) Aşı maddələri
Evkalipt yarpaqlarında 3% efir yağı toplanır ki, onun da tərkibində sineol komponenti üstünlük təşkil edir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.206-208.
608) Öküzotu (arnikA) çiçəyi təbabətdə hansı məqsədlə istifadə edilmir?
A) Sakitləşdirici kimi
B) Qurdqovucu kimi
C) Yarasağaldıcı kimi
D) Qankəsici kimi
E) Ödqovucu kimi
Bitkinin çiçəklərindən hazırlanmış tinkturası qankəsici vasitə kimi ginekologiyada istifadə olunur. Dəmləməsi hemostetik, yarasağaldıcı və ödqovucu vasitə kimi təyin edilir. Öküzotu çiçəkləri həmçinin sedativ təsir göstərir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.230-232.
Dostları ilə paylaş: |