600) Hansı bitki narkotik təsirə malikdir?
A) Xoruzgülü
B) Jenşen
C) Üskükotu
D) Cökə
E) Xaşxaş
Xaş-xaş bitkisinin bütün orqanlarında alkaloidlər vardır. Morfin, kodein, tebain, papaverin, narkotin, narsein və s. alınmışdır. Xaşxaş bitkisinin preparatları narkotik olduğundan istifadə zamanı ondan asılılıq yarana bilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 410-413.
601) Balqabaq toxumları tibbidə hansı məqsədlə istifadə edilir?
A) Sidikqovucu kimi
B) Qurdqovucu kimi
C) İltihab əleyhinə
D) Ödqovucu kimi
E) Sedativ
Balqabaq toxumlarında piyli yağlar, fitosterin, kukurbin, üzvi turşular, C və E vitaminləri, karotinoidlər, tiamin vardır. Qabığından təmizlənmiş balqabaq toxumları qurdqovucu vasitə kimi lentşəkilli, girdə qurdlara qarşı istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.130-132.
Dostları ilə paylaş: |