520) Səthi kandidomikozlarda hansı preparatdan istifadə olunur?
A) Klotrimazol
B) Amfoterisin B
C) Mikoheptin
D) Ketokonazol
E) Nistatin
Selikli qişanın (ağızın,uşaqlıq yolunun və s.)dərinin və daxili üzvlərin (mədə-bağırsaq sisteminin,ağciyərlərin,böyrəklərin və s.)səthi kandidomikozlarında istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 518
521) Ancaq yerli təsirə malik olan göbələk əleyhinə preparat hansıdır?
A) Qrizeofulvin
B) Klotrimazol
C) Flukonazol
D) Amfoterisin B
E) Nistatin
Geniş təsir spektrinə malikdir.Preparat ancaq yerli olaraq istifadə edilir.Dərinin və selikli qişaların kandidozlarında (kandidoz vulvovaginitlərdə və maya göbələklərinin,dermatofitlərin törətdiyi digər vaginal infeksiyalardA) ,trixomonozda və s. Istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 521
Dostları ilə paylaş: |