524) Rifampisin vərəm əleyhinə hansı preparatla birgə işlənir?
A) Florimisin
B) Streptomisin
C) Natrium- paraaminosalisilat
D) Sikloserin
E) Bepask
Vərəmin müalicəsində rifampisin vərəm əleyhinə digər preparatlarla(Streptomisin,İzoniazid,Etanbutol)kombinəedilmiş şəkildə istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 508
525) Malyariyanın müalicəsində hansı preparatdan istifadə edilir ?
A) Metronidazol (Trixopol)
B) Meqlumin
C) Tinidazol
D) Emetin-hidroxlorid
E) Pirimetamin( Xloridin)
Malyariyanın müalicəsi və profilaktikası üçün istifadə olunur.Pirimetamindən həmçinin toksoplazmozda və leyşmaniozda istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 525
Dostları ilə paylaş: |