1018) Streptosid , bor turşusu məlhəm əsası ilə hansı növ məlhəm
əmələ gətirir?
A) Qarışıq növ
B) Emulsion
C) Homogen
D) Ekstarksion
E) Suspenzion
Streptosid, bor turşusu suda həll olmur, məlhəm əsası ilə qarışaraq suspenzion məlhəm əmələ gətirir
F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 188
1019) Protarqol məlhəm əsası ilə hansı növ məlhəm əmələ gətirir?
A) Homogen
B) Suspenzion
C) Emulsion
D) Ərinti
E) Vazoliniment
Protarqol az miqdar suda həll edilib, susuz lanolinlə emulsiyalaşdırılır və üzərinə məlhəm əsası əlavə edilərək qarışdırılır, emulsion məlhəm əmələ gətirir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 162
1020) Aptekdə qatı ekstraktların durulaşdırılmış məhlulu hansı nisbətdə hazırlanır?
A) 3 : 3 : 4
B) 2 : 4 : 4
C) 1: 5 : 5
D) 1: 6 : 3
E) 5 : 2 : 3
X DF-na əsasən qatı ekstraktlar 1hissə spirt, 6 hissə su, 3 hissə qliserin qarışığında hazırlanır.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 104
Dostları ilə paylaş: |