1025) Göstərilən resept hansı məlhəmlərə aiddir?
Rp: Mentholi 0,1
Vaselini 10,0
M. f. ung.
Da. S. məlhəm
A) Suspension məlhəm
B) Məhlul məlhəm
C) Emulsion məlhəm
D) Kombinə olunmuş məlhəm
E) Ərinti məlhəm
Mentol əridilmiş vazelində yaxşı həll olduğu üçün məhlul məlhəm əmələ gətirir.
F. Ə. Təhməzov, K, Y. Əliyeva. Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı, 2005 səh 188
1026) İri həblər necə adlanır?
A) Drajelər
B) Boluslar
C) Kapsullar
D) Qranullar
E) Ekstraktlar
0,5 çəkidən çox olan həblər boluslar adlanır.
F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 230
1027) Emulsion məlhəmlərin hazırlanmasında hansı emulqatordan istifadə edilir ?
A) Kakao yağı
B) Spermaset
C) Vazelin yağı
D) Susuz lanolin
E) Duru parafin
Emulsion məlhəmləri tərkibində suda həll olan dərman maddəsini emulsiyalaşdırmaq üçün susuz lanolindən istifadə edilir. Bərk dərman maddəsi əvvəlcə az miqdar suda həll edilərək susuz lanolinlə emulsiyalaşdırılır sonra məlhəm əsası ilə qarışdırılır.
F. Ə. Təhməzov, K, Y. Əliyeva. Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı, 2005 səh 189
1028) Quru ekstraktlarla həblərin hazırlanmasında hansı köməkçi maddələrdən istifadə edilir?
A) Bitki yağı
B) Vazelin yağı
C) Spirt
D) Susuz lanolin
E) Efir yağı
Reseptin tərkibinə quru ekstrakt daxil olduqda köməkçi maddə kimi 40 %-li spirtdən istifadə edilir.
F. Ə. Təhməzov, Ə. İ. İsmayılov, S.Ə.Tağıyev. “Dərman forçalarının texnologiyası”. Bakı 1989 səh 490
1029) Butiroldan hansı dərman formasının hazırlanmasında əsas kimi istifadə olunur?
A) Linimentlərin
B) Məlhəmlərin
C) Pastaların
D) Tibbi şamların
E) Həblərin
Butirol bədən temperaturunda əriyən maddə olduğu üçün tibbi şamların hazırlanmasında istifadə olunur .
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 171
1030) Həb kütləsinin tərkibində yod olarsa hansı köməkçi maddədən istifadə olunur?
A) Natrium -bromid
B) Kalium -bromid
C) Kalium -yodid
D) Alüminium- hidroksid
E) Qliserin
Yod kristallik maddədir, suda çətin həll olur. Kalium yodidin doymuş məhlulunda asan həll olduğu üçün kalium yodiddən istifadə olunur.
F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 233
1031) Qəlibləmə (tökmə) üsulundan hansı dərman formasının hazırlanmasında istifadə olunur?
A) Suppozitoriya
B) Məlhəm
C) Liniment
D) Poroşok
E) Həb
Zavod şəraitində rektal suppozitoriyalar qəlibləmə (tökmə) üsulu ilə hazırlanır
F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 211
Dostları ilə paylaş: |