906) Hüquqi şəxsin təkrar seçildiyi hallarda, adı dəyişdirildikdə, lisenziyası itdikdə ərizəçi neçə müddətdən sonra təkrar lisenziyanın tərtibatı barədə ərizə verə bilər?
A) 10 gündən sonra
B) 30 gündən sonra
C) 15 gündən sonra
D) 5 gündən sonra
E) 7 gündən sonra
Ədəbiyyat: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 98 saylı qərarı.
907) “Azərbaycan Respublikasında dərman vasitələrinin dövlət reyestri” dedikdə nə nəzərdə tutulur?
A) Tətbiqinə icazə verilən və qeydiyyata alınan dərman vasitələrinin siyahısı
B) Sertifikatlaşma və qeydə alınma məsələlərinin təşkili
C) Əczaçılıq fəaliyyətinə lisenziya vermək
D) Ekspertiza və standartlaşdırma
E) Tibbi texnikanın keyfiyyətinə nəzarət
Ədəbiyyat: “Dərman vasitələri haqqında” Azərbaycan Respubliksının Qanunu. 7 fevral 2007-ci il
908) Dərmanlar keyfiyyətinə görə hansı normativ-texniki sənədlərin tələblərinə cavab verməlidir?
A) Dərmanların sahəvi standartlarının, farmakopeya məqalələrinin
B) Farmakopeya məqalələri, müvəqqəti farmakopeya məqalələrinin, dərmanlarin sahəvi standartlarının
C) Yalnız farmakopeya məqalələrinin
D) Farmakopeya məqalələrinin, müvəqqətinin farmakopeya məqalələrinin
E) Yalnız dərmanların sahəvi standartlarının
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti”, I hissə. Bakı, 2002
Dostları ilə paylaş: |