181) Hansı qrup maddələr m-xolinoreseptorlara qıcıqlandırıcı tısir göstərir?
A) N-xolinomimetiklər
B) N-xolinoblokatorlar
C) M-xolinoblokatorlar
D) Alfa-adrenomimetiklər
E) M-xolinomimetiklər
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
182) Xolinergik sinapsların mediatoru aşağıdakılardan hansıdır ?
A) Asetilxolin
B) Efedrin
C) Serotonin
D) Adrenalin
E) Noradrenalin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
183) Adrenergik sinapsların mediatoru aşağıdakı maddələrdən hansıdır?
A) Serotonin
B) Noradrenalin
C) Adrenalin
D) Asetilxolin
E) Dofamin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
184) M-xolinoreseptorların blokadası nəyə səbəb olur ?
A) Göz bəbəyi genişlənir, gözdaxili təzyiq yüksəlir, saya əzələlərin tonusu aşağı düşür, ağızda quruluq əmələ gəlir
B) Bradikardiya baş verir
C) Daxili üzvlərin saya əzələlərinin spazmı baş verir
D) Göz bəbəyi daralır, gözdaxili təzyiq aşağı düşür, ağızsuyu ifrazı artır
E) Saya əzələlərin tonusu yüksəlir, tər ifrazı artır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
185) Preparatın daxilə qəbulu zamanı doza həddinin aşılması nəticəsində ağızda quruluq, taxikardiya, göz bəbəklərinin genişlənməsi, sidik ifrazının azalması, fotofobiya, qəbizlik, görmənin pisləşməsi ilə müşayiət olunan zəhərlənmə baş vermişdir. Bu simptomlar hansı preparatdan şübhələnməyə əsas verir?
A) Sizapriddən
B) Aseklidindən
C) Neostiqmin-metilsulfatdan (prozerin)
D) Pilokarpin-hidroxloriddən
E) Atropin-sulfatdan
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
186) Atropinlə zəhərlənmə zamanı onun hansı funksional antaqonistləri təyin edilir?
A) Antasid maddələr
B) M-xolinoblokatorlar
C) M-xolinomimetik maddələr
D) Antixolinesteraz maddələr
E) Antiseptiklər
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
Dostları ilə paylaş: |