245) Mezokarb (sidnokarb) hansı qrup dərman maddələrinə aiddir?
A) Sedativ maddələr
B) Neyroleptiklər
C) Antidepressantlar
D) Trankvilizatorlar
E) Psixostimulyatorlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
246) Aşağıdakılardan hansılar sintetik narkotik analgetikdir?
A) Fentanil, metadon, morfin-hidroxlorid
B) Morfin-hidroxlorid, kodein, omnopon
C) Metadon, kodein, trimeperidin
D) Omnopon, kodein, fentanil
E) Trimeperidin (promedol), fentanil, metadon
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
247) Təkrar yeridilmə zamanı narkotik analgetiklərə qarşı vərdişolmanın yaranması nə ilə xarakterizə olunur?
A) Narkotik analgetikin analgeziyaedici və eyforiyatörədici təsirlərinin zəifləməsi ilə
B) Narkotik analgetikdə yerli əlavə təsirlərin meydana çıxması ilə
C) Narkotik analgetikə qarşı allergiyanın yaranması ilə
D) Narkotik analgetikin eyforiyatörədici təsirinin güclənməsi ilə
E) Narkotik analgetikin analgeziyaedici təsirinin güclənməsi ilə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
Dostları ilə paylaş: |