Əfrahim hüseynli


BƏS İDİ QƏLBİMƏ BİR ŞİRİN SÖZÜN



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə56/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   52   53   54   55   56   57   58   59   ...   111
BƏS İDİ QƏLBİMƏ BİR ŞİRİN SÖZÜN... 
   
Bəs idi qəlbimə bir şirin sözün, 
Bəs idi saçıma əlinin nuru. 
Yatıb uşaq kimi xumarlanardım, 
Yuxular görərdim aydın dupduru. 
   
Nə sözün könlümü oxşadı mənim, 
Nə əlin saçımda alışıb yandı. 
Bir xəyal içimdə yaşadı mənim, 
Bütün xəyallara qovuşub yandı. 
   
Kim bildi nə imiş ürəyimdəki? – 
Bir qan laxtasıymış tac damarımda. 
Yüz dəfə, min dəfə şəklini çəkin, 
Daha nə görünür qırc damarımda? 
   
Daha istəmirəm validolu mən, 
Bir damcı qayğıya ehtiyacım var. 
Oturub düşündüm səni bayaqdan, 
Sənə də dərmanmış demə, qayğılar. 
   
Demə umursanmış sən də nə isə,- 
Keçirmis könlündən nəvaziş, qayğı. 
Neyləyək mən kükrək bir dənizəmsə, 
Sən də ümmanlara üzən qağayı. 
   
   


103 
 
*** 
Sənin əlin nə istidi, sonası?- 
Ürəyimin yarasına çək onu. 
Əllərində çiçək bitər, gül bitər, – 
Yaralarim arasına çək onu. 
   
Sənin əlin nə istidi, sonası? – 
Gözlərimin yuxusudu əllərin. 
Bir tale ki, məndən qaçaq düşübdü, 
Taleyimin yaxasıdı əllərin. 
   
Sənin əlin nə istidi, sonası? – 
Ağ saçımı qar yerinə əridər. 
Sənin əlin bir layladı sübhəcən, – 
Ağrıyanda ürəyimi kiridər. 
   
Bütün qışı əllərinin odunda   
Qızınmışam, qızınmışam, sonası. 
Ürəyini ürəyimdə tapmışam,   
Əllərini qazanmışam, sonası. 
   
   

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin