47
HEYDƏRBABAYA SALAM
(Poemadan parça)
Heydərbaba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətizə, elizə,
Mənim də bir adım gəlsin dilizə.
Heydərbaba,
kəkliklərin uçanda,
Göl dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda,
Bizdən
də bir mümkün olsa, yad elə,
Açılmayan ürəkləri şad elə.
Bayram yeli çardaqları yıxanda,
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin dağ olsun.
Heydər Baba, gün dalını dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqlarun bir dəstə gül bağlasın,
Yel
gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.
48
Heydər Baba, sənin yüzün ağ olsun,
Dörd bir yanın
bulaq olsun, bağ olsun,
Bizdən sonra sənin başın sağ olsun,
Dünya
qəzov-qədər, ölüm-itimdir,
Dünya
boyu oğulsuzdur, yetimdir.
Heydər Baba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim,
gec oldu,
Heç bilmədim gözəllərin necoldu,
Bilmez idim döngələr var, dönüm var,
İtginlik var, ayrılıq var, ölüm var.
Dostları ilə paylaş: