99
FƏXRƏDDİN DAVUD
(1950)
Fəxrəddin Davud (Fəxrəd-
din Firudin oğlu Davudov, hə-
kim, şair) 12 avqust 1950-ci ildə
Göyçay şəhərində dünyaya gəlib.
Orta məktəbi bitirdikdən sonra
1968-ci ildə Azərbaycan Dövlət
Tibb İnstitutunun müalicə-profi-
laktika fakültəsinə daxil olub. 1974-cu ildə təhsilini
başa çatdıraraq həkim-psixiatr ixtisası almışdır.
Tələbəlik illərindən Davud Qərib imzası ilə
tanınmış, yüzlərlə şeirin və məqalənin müəllifidir.
2005-ci ildə ‘’Duyğu yükü’’ şeirlər toplusu işıq
üzü görmüşdür.
Ailəlidir, üç övladı var.
OLACAQ
Bu yol
sənin yolun deyil, –
Əsli yanıb kül olacaq.
Kərəm kimi bir bəy oğlu
Yad evində qul olacaq.
İnadından dön, ay bala,
Çox yanırsan, sön, ay bala.
Mən
kiməm ki, sən, ay bala...
Allah desə, ol, olacaq.