BÖYÜK OĞLUM HÜMBƏTLƏ SÖHBƏTİM
Oğlum, imdadına daim haqq çatsın,
Səndəki saflığa vurulmuşam mən.
Atan daha coşqun təblə yaratsın,
Sanma ahıllaşıb, yorulmuşam mən.
Əyrini düz kəsmiş, kəsəcək ancaq,
Bu ömrü sanmayaq oyun-oyuncaq,
Gəl qatı zülmətdə qoşa nur saçaq,
Şir bürcündənik biz, şir olmuşam mən.
153
Nələr görməyibdir, gözlərim nələr...
Bunu bəndə deyil, bir Allah bilər,
Uydurmaram köpükləmiş kəlmələr-
Çalxanıb ümman tək durulmuşam mən.
Sən babam Hümbətin adaşı oldun,
Atam İsmayılın sirdaşı oldun,
Əslimin, nəslimin yaddaşı oldun,
Təməlindən möhkəm qurulmuşam mən.
Amansız həyatda ciddi ol hər an,
Təslim idrakına yer-göy, asiman,
Tarix bizdən sərt götürür imtahan,
Hər çətin sınaqda doğrulmuşam mən.
Allahlıdır könlümün eşq-həvəsi,
Allahlıdır dost-həmdəmi, hər kəsi...
Ovulmazdır mənliyimin nüvəsi,
Təpədən dırnağa nur olmuşam mən.
Birdir toxuma da, nüvə də, gen də,
Sənin tək çılğındım gənclikdə mən də.
Mən ata, sən oğul, sən məndən öndə,
Uğrundan şadlanıb var olmuşam mən.
Atan haqdan yanır, alışır, oğlum!
Onunla dağ-dəniz danışır, oğlum!
Bəşər hümmət olub barışır, oğlum!
Misri tək qınından sıyrılmışam mən.
154
Açıq söylə böyük qardaş sözünü,
Toğrulumun aç həyata gözünü,
Gülövşəmin qüssəsiz gör üzünü,
Ayağın altında yer olmuşam mən.
Atan könüllərə çoxdan köçübdü,
Ölçən ölçüb, biçən gözəl biçibdi.
Sizi mənə Allah övlad seçibdi,
Adəmdən-Xatəmə sirr olmuşam mən.
Söz sərrafı dönməz heç vaxt acizə,
Bağlanmışam qeybdən gələn haqq səsə,
Fəzail, son sözü, di söylə kəsə,
İsrafil çaldığı Sur olmuşam mən!
***
Adım rəhmətlə anılar,
Axır-güman, övladlarım.
Anım qərinə sanılar,
Uçur zaman, övladlarım.
Nə nisgil, nə hicran olun,
Üç ürəkdə bir can olun,
Vahid Azərbaycan olun!
Könlü ümman övladlarım!
155
Bir haqqı uca sayın siz,
Alnı açıq yaşayın siz,
Atanıza oxşayın siz,
Hər vaxt, hər an, övladlarım.
Elm, helm zənginlikdir,
Əbədi bir ənginlikdir,
Bu dünyası beş günlükdür –
Bilmir insan, övladlarım.
Haqq önündə üzü ağam,
Cövhəri sağ, sözü sağam,
Ölümdən də çox uzağam,
Mənəm Turan, övladlarım.
Bəlli deyil köçmək vədəm,
Əcəl camın içmək vədəm,
Fəzailəm fəzilətəm,
Fəzlim Quran, övladlarım.
Dostları ilə paylaş: |