180
ÖYÜD
Oğlum Əzizə
Sevmək-bulud kimi dolmaqdı,
yağış olub yağmaqdı.
can verib,
can almaqdı,
ruzi, bərəkətdi sevmək...
...bir bulud kölgəsində
təpədən dırnağadək islanmaqdı.
islana-islana yuyunmaqdı...
yuyuna-yuyuna anlamaqdı yağışı...
Sevmək nədi? – soruşursan...?!
Baxçamızda saralan o ağaca bir də bax!
qoru, o budaqdakı tənha quş yuvasını,
amma oynama, oğul,
yuvayla oynamazlar!
bahar – yenə gələcək,
bahar geri dönəcək,
quşlar da qayıdacaq
öz isti yuvasına...
sevmək nə olduğunu anlayacaqsan onda-
uyma dəli dünyaya;
bax Günəşə, bax Aya
küləyi dinlə.
dənizin səsinə qulaq as!
küləkdən, dənizdən güc al!
özünə güvən,
181
özün ucal!
od ol,
alov ol,
ocağın olsun.
ocaqla oynama,oğul!
“Ürəyin” olsun,
ürəyini açmağa
isti qucağın olsun
–qucaqla oynama, oğul!
Verdiyin söz,
kəsdiyin duz-çörək
düz olsun –
bıçaqla oynama, oğul!
Sevmək nədi?– soruşursan?
sevmək yoldu, yolçuluqdu
məmləkətə yağan
ilk qar kimi tərtəmizdi,
ağappaqdı, ləkəsizdi – sevmək!
bir də ki,...
bir də ki
sənin
hardan gəlib,
hara getdiyini göstərən – ləpirdi,
izdi
ruzi, bərəkətdi sevmək!...
Dostları ilə paylaş: |