Əhalinin radiasiya təhlükəsizliyi haqqında


Madd ə 17. Tibbi rentgen-radioloji proseduralar keçirilən zaman əhalinin



Yüklə 398,74 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix16.05.2023
ölçüsü398,74 Kb.
#114734
1   ...   5   6   7   8   9   10   11   12   13
423 iq

Madd
ə 17. Tibbi rentgen-radioloji proseduralar keçirilən zaman əhalinin 
radiasiya t
əhlükəsizliyinin təmin edilməsi
Əhali (xəstələr) tibbi rentgen-radioloji müayinədən keçirilən zaman qoruyucu 
vasitələrdən istifadə olunmalıdır. 
Əhalinin tibbi rentgen-radioloji müayinəsindən keçirilməsi zamanı şüalanma dozaları 
radiasiya təhlükəsizliyi sahəsindəki qayda, norma və normativlərə uyğun olmalıdır. 
Tibbi rentgen-radioloji müayinəsi və müalicəsi zamanı xəstənin tələbi ilə ona göstərilən 
və ya aldığı şüalanma dozası və şüalanmanın mümkün nəticəsi barədə tam məlumat 
verilməlidir. 
Epidemioloji nöqteyi-nəzərdən təhlükəli xəstəliklərin aşkar edilməsi məqsədilə aparılan 
profilaktiki müayinələr, habelə rentgen müayinəsi yeganə diaqnostik vasitə olduğu hallar 
istisna olmaqla xəstə tibbi rentgen-radioloji müayinəsindən keçməkdən imtina edə bilər. 
Madd
ə 18. Fərdi şüalanma dozasının uçotu və ona nəzarət
Əhalinin ionlaşdırıcı şüa mənbələrindən istifadə, tibbi rentgen-radioloji müayinə zamanı 
aldığı, habelə təbii radiasiya fonu və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonu ilə 
yaranan fərdi şüalanma dozalarının uçotu və ona nəzarət 
müvafiq icra hakimiyyəti 
orqanının
 müəyyənləşdirdiyi qaydada aparılır.
V f
əsil. Radiasiya qəzası zamanı radiasiya 
t
əhlükəsizliyinin təmin edilməsi 
Madd
ə 19. Əhalinin və işçilərin (personalın) radiasiya qəzasından 
mühafizə tədbirləri


Radiasiya qəzası baş vermə ehtimalı olan müəssisə və təşkilatlar aşağıdakılara malik 
olmalıdırlar: 
 
potensial radiasiya qəzalarının siyahısına;
 
radiasiya qəzası baş verdikdə qəbul edilməsi zəruri olan qərarların meyarlarına;
 
işçilərin (personalın) və əhalinin radiasiya qəzasından və qəzanın nəticələrindən 
mühafizənin təmin edilməsi tədbirlərinin radiasiya təhlükəsizliyinin təmin 
edilməsi sahəsində dövlət nəzarətini həyata keçirən 
müvafiq icra hakimiyyəti 
orqanları
 ilə razılaşdırılmış tədbirlər planına;
 
radiasiya qəzası haqqında məlumat vermək və onun nəticələrini ləğv etmək üçün 
vasitələrə;
 
radiasiya qəzasına məruz qalan şəxslərin profilaktikası və radiasiya qəzasından 
zərər çəkənlərə pulsuz ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün vasitələrə;
 
işçilərdən (personaldan) təşkil olunmuş qəza-xilasetmə dəstələrinə. 

Yüklə 398,74 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin