Əhalinin radiasiya təhlükəsizliyi haqqında


Madd ə 20. İonlaşdırıcı şüa mənbələrində istifadə ilə əlaqədar fəaliyyət



Yüklə 398,74 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix16.05.2023
ölçüsü398,74 Kb.
#114734
1   ...   5   6   7   8   9   10   11   12   13
423 iq

Madd
ə 20. İonlaşdırıcı şüa mənbələrində istifadə ilə əlaqədar fəaliyyət 
göstərən müəssisə və təşkilatların radiasiya qəzasından əhalinin 
t
əhlükəsizliyinin təmin olunması sahəsində vəzifələri
İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və 
təşkilatların radiasiya qəzası zamanı vəzifələri: 
 
radiasiya qəzası və onun nəticələrindən işçiləri (personalı) və əhalini mühafizə 
sahəsində tədbirlərin yerinə yetirilməsini təmin etmək;
 
radiasiya qəzası baş verdikdə radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində 
dövlət nəzarətini həyata keçirən 
müvafiq icra hakimiyyəti orqanlarına
, yüksək 
şüalanma gözlənilən ərazinin yerli özünüidarə orqanlarına və əhaliyə məlumat 
vermək;
 
radiasiya qəzasından zərər çəkənlərə ilkin tibbi yardım göstərilməsini həyata 
keçirmək;
 
radioaktiv çirklənmə mənbələrini təcrid etmək və radioaktiv maddələrin ətraf 
mühitə yayılmasının qarşısını almaq;
 
radiasiya qəzası zamanı radiasiya şəraitinin dəyişməsi və radiasiya qəzasının 
genişlənməsinin operativ təhlilini aparmaq;
 
radiasiya qəzası ləğv edildikdən sonra ionlaşdırıcı şüa mənbələri ilə əlaqədar 
fəaliyyət göstərən müəssisə və təşkilatların ərazisində radiasiya şəraitinin 
normalaşdırılması sahəsində əməli tədbirlər görməkdir. 
Madd
ə 21. Radiasiya qəzasının nəticələrini ləğv etmək üçün cəlb 
olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək dozada 
şüalanmasına tələblər
Radiasiya qəzasının nəticələrinin ləğv olunması, qəza-xilasetmə və dezaktivasiya işləri 
ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək dozalı 
şüalanmaya məruz qalmasına səbəb yalnız insanları xilas etmək və ya onların daha 
yüksək şüalanma dozasına məruz qalmasının qarşısını almaq məqsədi ola bilər. Radiasiya 
qəzası nəticələrini ləğv etmək üçün cəlb olunmuş şəxslərin şüalanma dozası bu Qanunun 
9-cu maddəsində işçilər (personal) üçün nəzərdə tutulmuş orta illik normativ şüalanma 
dozasından 10 dəfədən artıq ola bilməz. 


Radiasiya qəzası nəticələrinin ləğvi ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən 
nəzərdə tutulmuş yüksək şüalanmaya məruz qalması həmin şəxslərin bütün həyatı 
dövründə ala biləcəyi şüalanmaya qədər dozanı bir dəfə almaq və sağlamlığı üçün risk 
haqqında əvvəlcədən məlumat vermək şərti ilə və könüllülük əsasında yol verilə bilər. 
Radiasiya qəzasının nəticələrinin ləğvi üçün cəlb olunmuş şəxsə yüksək şüalanma dozası 
alması nəticəsində sağlamlığına dəyən zərərə görə «Çernobıl qəzasının ləğvində iştirak 
etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi 
haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə 
tutulmuş şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər 
verilir.

Yüklə 398,74 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin