Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi


Muhəmməd İbn Yəhyə Əz-Zuhli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/19
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15073
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

Muhəmməd İbn Yəhyə Əz-Zuhli 
rahmətullahi aleyhi -  
 
Əbu  Bəkr  Abdullah  Muhəmməd  İbn  Yəhyə  İbn  Abdullah  İbn 
Xalid  İbn  Haris  Əbu  Abdullah  əz-Zuhli.  Bəni  Zuhl  nəslindəndir. 
Hədis  elmində  əmir,  Nisapurun  Şeyxulİslamı,  hafizidir.  H.  170-ci 
ildə  dünyaya  gəlmişdir.  Məkkədə,  Mədinədə,  Şam,  İraq,  Misir, 
Xorasan,  Yəmən  və Cəzirədə  hədis  elmini öyrənmişdir.  Xorasanın 
tanınmış  alimlərindəndir.  Əbu  Bəkr  İbn  Əbu  Davud  dedi  ki:  “O, 
hədisdə  əmirul  Muminindir”.  H.  258-ci  ildə  Rəbiul  Əvvəl  ayında 
dünyasını dəyişmişdir. “Şəzərətuz Zəhəbi” 2/138.  
 
Əbu  Amr  Əhməd  İbn  Muhəmməd  İbn  Həfs  əl-Hərbi  dedi  ki: 
Muhəmməd İbn Yəhyə əz-Zuhri – rahmətullahi aleyhi – bizə bunları 
yazdırdı: Bizə görə sünnət budur: İman  – söz və əməldir, artar və 
əskilər. Biz elm  əhlini bu etiqadda gördük. Qədər – xeyri və şərilə 
Allahdandır.  Qiyamətə  qədər  olacaq  şeyləri  yazdıqdan  sonra 
qələmin  mürəkkəbi  qurumuşdur.  Uca  Allah  qullarının  nə 
edəcəyini  və  haraya  doğru  gedəcəklərini  bilir.  Onlara  əmrlər 
vermiş,  qadağalar  qoymuşdur.  Uca  Allahın  əmrinə  bağlanıb,  ona 
itaət  edib,  onu  üstün  tutan  Allahın  istəyi  (köməyi)  ilə  bunu  edər. 
Uca Allahın əmrini tərk edib, onun qadağalrını edən bir kimsəni də 
Allah  köməksiz  buraxar.  İstitaa  -  əməli  etmək  -  əzalarıyla 
etməmişdən  öncə  özünə  aid  olduğunu,  dilərsə  o  əməli  edəcəyini, 
diləməzsə etməyəcəyini iddia edən bir kimsə qədəri yalan saymış, 
Allahın  kitabının  dəlilini  rədd  etmiş,  Uca  Allahın  diləmədiklərini 
edə  biləcəyini  iddia  etişdir.  Bizlər  isə  belə  bir  görüşdən  uzaq 
olduğumuzu bildiririk. Lakin deyirik ki: İstitaa  - əməli etmək gücü – 

 
138 
qulada əməl ilə birlikdə olur. Hansısa pis və ya yaxşı əməli etmək 
üçün  gücü  çata  biləcəyini  biz  bilirik.  Lakin  işi  etməmişdən  öncə 
bizlər  bilmərik  əməli  etdiyi  zaman  onun  istəyi  ilə  işin  arasına  bir 
maneə qoyular. Uca Allah da qulların əməllərini yaratmağı murad 
edər.  
Qurani  Kərim  Uca  Allahın  kəlamıdır.  O,  yaradılmamışdır.  Hər 
tərəfdən  Onun  kəlamıdır.  Onun  yaradılmış  heç  bir  qismi  yoxdur. 
Allahın  kəlamının yaradılmış olduğunu iddia  edən  bir  kimsə  Uca 
Allahın  zatında  yaradılmış  bir  şeylər  olduğunu  iddia  etmiş  olar, 
Uca Allah isə bundan munəzzəhdir. Uca Allah buyurur: “Əslində, 
yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah 
nə  qədər  xeyirxahdır”.  (əl-Əraf  54).  Bununla  Allah  yaratmanın 
əmirdən  ayrı  olduğunu  bildirir.  O,  verdiyi  əmr  ilə  məxluqatı 
yaratmış,  əşyanı  var  etmişdir.  Uca  Allah  buyurur:  “Biz  hər  hansı 
bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: “Ol!” deməkdir.  O da 
dərhal  olar”.  (ən-Nəhl  40).  Məxluqatını  “Ol”  buyuruğu  ilə 
yaradılmış  olduğunu  söyləyən  kimsə  kafir  olar.  Bir  şey  deməyib: 
Mən nə yaradılmışdır, nə də yaradılmamışdır deyirəm” deyən bir 
kimsənin halı da Qurana məxluq deyənin halı kimidir. Çünki belə 
bir  kimsə  daha  əvvəl  Sələfdən  heç  kəsin  söyləmədiyi  bir  iddianı 
irəli sürüb uydurmuşdur.  Bunu  bir  nəfər  hədis oğrusu  əl-Kərabisi 
adı  ilə  bilinən  biridir.  İmam  Əhməd  –  rahmətullahi  aleyhi  –  onun 
bidətçi  olduğunu,  ondan  uzaq  olmağı,  onunla  oturub-durmağı 
qadağan  etmişdir.  Bu  kimsə  sonda  özünü  həlaka  sürükləmiş, 
xüsrana uğrayıb, Allahın yardımından məhrum qalaraq ölmüşdür. 
Allahdan  bizləri  doğu  yola  yönəltməsini  diləyirik.  Şübhəsiz  o, 
dilədiyini Sıratal Mustəqimə yönəldir. Peyğəmbər - sallallahu aleyhi 
və  səlləm  –  buyurdu:  “Quran  barəsində  şübhəli  mübahisələrə 
girişmə.  Quran  barəsində  şübhəli  mübahisələrə girişməyin. Çünki 
onun  haqqında  mübahisə  etmək  küfrdür”
227
.  Səhabələr  qədər 
barəsinə mübahisə edərkən Peyğəmbər - sallallahu aleyhi və səlləm – 
onların  yanına  gəldi  və  onların  nə  barədə  mübahisə  etdiklərini 
                                                
227
 Əhməd 4/170.  

 
139 
eşitdi.  Qəzəbdən  üzü  qızardı  və  buyurdu:  “Sizlər  buna  görəmi 
yaradıldınız (və ya əmr edildiniz). Sizdən əvvəlkilər də bu səbəblə 
həlak  oldular.  Onlar  kitabın  bir  qismini  digəri  ilə  vuruşdurdular. 
Sizlər  onun  bir  qismini  digər  bir  qismi  ilə  yalanlamayın. 
Bildiklərinizi  deyin,  bilmədiklərinizi  isə  bilənlərə  həvalə  edin”
228

Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi 
və səlləm – Uca Allahın: “Kitabı sənə nazil edən Odur. O Kitabın bir 
qismi  mənası  aydın  ayələrdir  ki,  bunlar  da  Kitabın  anasıdır. 
Digərləri  isə  mənası  aydın  olmayan  ayələrdir.  Qəlblərində  əyrilik 
olanlar fitnə-fəsad  törətmək və istədikləri  kimi  yozmaq  məqsədilə 
mənası  aydın  olmayanın  ardınca  düşərlər.  Onun  yozumunu  isə 
Allahdan  başqa  heç  kəs  bilməz.  Elmdə  qüvvətli  olanlar  isə 
deyərlər: "Elmdə  qüvvətli  olanlar  isə:  “ Biz onlara  iman  gətirdik, 
onların  hamısı  Rəbbimizin  dərgahındandır”,  -  deyərlər.  Bunları 
ancaq  ağıllı  adamlar  dərk  edərlər”.  (Ali  İmran  7)  buyurduğunu 
oxuyaraq:  “Bunlar  Allahın qəsd  etdiyi  kimsələrdir.  Onardan uzaq 
olun”
229
.  İbn  Abbas  - radıyallahu  anhu  -  dedi  ki:  “Onun  yozumunu 
isə  Allahdan  başqa  heç  kəs  bilməz...”.  (Ali  İmran  7)  Quranın  bir 
qismini  digər  qismi  ilə  vuruşdurmayın.  Çünki  belə  bir  şey 
qəlblərinizə şübhənin yerləşməsinə səbəb olur”. Əbu Musa dedi ki: 
“Kim dinə dair bir elmi varsa onu insanlara öyrətsin. Bilmədiyi bir 
şeyi söyləməkdən  də çəkinsin.  Əgər  belə  etsə özünü  çətinə salmış 
və  dində  çətinliklə  qarşılaşır.  Allah  bizləri  də  sizləri  də  azdırıcı 
fitnələrdən qorusun.  
İdarə  edən  imamlara  itaət  edər,  onları  dinləyərik.  Bununla 
birlikdə  Peyğəmbərin  -  sallallahu  aleyhi  və  səlləm  –  səhabələrinin 
hamısını  sevərik.  Gizlidə  və  açıqda  da  cəmaata  öyüd  verər  və 
itaətdən kənara çıxmarıq. Peyğəmbərin - sallallahu aleyhi və səlləm – 
səhabələrindən önə keçənlər: Əbu Bəkr, Ömər, Osman və sonra da 
Əlidir - Allah onlardan razı olsun.  
                                                
228
 Əhməd 2/195, 196, İbn Məcə 85, əl-Albani “Həsən Səhih”.  
229
 Buxari 4547, Müslim 2665, Əhməd 6/48.  

 
140 
Hər  hansı  bir  günah  səbəbilə  qiblə  əhlini  təkfir  etmərik.  Onlar 
haqqında  müşrikdirlər  deyə  şahidlik  etmərik.  Yalnız  Cəhmin  və 
onun tərəfdarlarının söylədikləri bundan müstəsnadır.  
Bizim  üçün  qeyb  olan  xüsusları  Allaha  həvalə  edərik. 
Muhəmmədin - sallallahu aleyhi və səlləm – ümmtindən olub yaxşılıq 
edənlər  üçün  ümüd  edər,  pislik  edənlər  üçün  də  qorxarıq. 
Günahlarına  görə  bağışlanma  diləyərik.  Zahirdə  olan  hallarını 
qəbul edər, batində olanları isə Allaha həvalə edərik. Yaxşı əməlləri 
səbəbilə 
Cənnətə 
girəcəkdir 
və 
ya 
günahlarına 
görə 
Cəhənnəmlikdir  demərik.  Bu  barədə  Uca  Allah  Qiyamət  günü 
aralarında hökm edəcəkdir. O, hökm verənlərin ən yaxşısıdır.  
Cihad  Allahın  Peyğəmbərini  -  sallallahu  aleyhi  və  səlləm  – 
göndərdiyi gündən  etibarən  davam  edəcəkdir.  Zalımın  zülmünün 
ona zərəri olmadığı kimi, ədalət sahibinin ədalətinin də ona faydası 
olmaz. Qiyamətə qədər bu belədir.  
Xeyrilə  şərilə  qullarrın  bütün  əməlləri  yaradılmışdır.  Levhi 
Məhfuzda  sətir  sətir  yazılmışdır.  Bunların  yazılmadıqlarını  iddia 
edən kafir olar. Çünki Allahın kitabında olan ayəni rədd etmişdir. 
Allah  buyurdu:  “Elə  bir  məmləkət  yoxdur  ki,  qiyamət  günündən 
əvvəl  Biz  onun  əhalisini  məhv  etməyək  və  ya  onu  şiddətli  əzaba 
düçar  etməyək.  Bu,  kitabda  (lövhi-məhfuzda)  yazılmışdır!”.  (əl-
İsra  58).  Allah:  “Bəli,  bu  şanlı  Qurandır.  O,  mühafizə  edilən 
lövhədədir”.  (əl-Buruc  21-22).  “Hər  bir  kiçik  və  böyük  əməl 
yazılmışdır”.  (əl-Qəmər  53).  Yenə  Allah:  “Dostlarınıza  yaxşılıq 
etmək isə istisnadır. Bunlar Kitabda yazılmışdır...”. (əl-Əhzab 6).  
Namazın tərki küfrdü. Çünki bu barədə Peyğəmbərin - sallallahu 
aleyhi  və  səlləm  –  hədisləri  vardır.  Kişi  ilə  küfr  arasında  sadəcə 
namazı tərk etmək vardır.  
On  Cənnətlə  müjdələnən  kimsə  -  Allah  onlardan  razı  olsun  – 
Cənnətlikdir.  Biz  onların  Cənnətdə  olduqlarına  şahidlik  edərik. 
Çünki  bu  barədə  Peyğəmbərdən  - sallallahu aleyhi və səlləm –  hədis 
vardır.  Zina  edən  kimsələrin  rəcm  edilməsi  bir  haqdır,  çünki  bu 

 
141 
hədd  həm  Peyğəmbərdən  -  sallallahu  aleyhi  və  səlləm  –,  həm  də 
sonra gələn Xəlifələrdən səhih olara nəql edilmişdir.  
Cənnət  və  Cəhənnəm  yaradılmışdır.  Peyğəmbər  -  sallallahu 
aleyhi  və  səlləm  –  buyurdu:  “Mən  Cənnətdə  ikən  orada  bir  köşk 
göstərildi.  Bu  köşk  kimindir  deyə  soruşdum?  Ömərindir 
dedilər”
230
.  Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «….Allah Cənnətə 
sən  mənim  rəhmətimsən,  mən  səninlə  qullarımdan  istədiyimə 
rəhmət  edirəm».  Cəhənnəmə  də:  «Sən  mənim  əzabımsan.  Mən 
səninlə  qullarımdan  istədiyimə  əzab  edirəm.  Hər  birinizə  dolusu 
qədər  var.  Amma  Cəhənnəm  dolmaq  bilməz.  Nəhayət  Allah 
ayağını  onun  üzərinə  qoyar,  o  da:  Bəsdi,  Bəsdi!  deyib  Cəhənnəm 
dolar.  (Cəhənnəmi  doldurmaqla)  Allah  heç  bir  kəsə  zülm  etməz. 
Cənnətə gəlincə Allah onun boşluqlarını doldurmaq üçün bir neçə 
varlılıqlar yaradır»
231
. Kim hər ikisinin də yaradılmamış olduğunu 
və  ya  yaradılmış  olduğunu  lakin  digər  məxluqlar  kimi  yox 
olacaqlarını  iddia  edən  bir  kimsə  yalan  danışmış  və  dini  inkar 
etmişdir.  
Uca  Allah  Axirətdə  gözlərlə  görüləcəkdir.  Cənnət  əhli  Onu 
görəcəkdir.  Onlardan  başqa  digər  Adəm  oğulları  görməyəcəkdir. 
Peyğəmbərdən  -  sallallahu  aleyhi  və  səlləm  –  bu  barədə  bir  çox 
hədislər vardır. Əbu Səid əl-Xudri  - radıyallahu anhu – rəvayət edir 
ki,  Rəsulullahın  -  sallallahu  aleyhi  və  səlləm  –  zamanında  bir  qurup 
insanlar:  «Ya  Rəsululah!  Qiyamət  günü  Rəbbimizi  görəcəyikmi?» 
Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Yanında  bulud 
olmayan  açıq  bir  havada  günəşi  görməyə  çətinlik  çəkirsinizmi? 
Bədirlənmiş  ayı  14-cü  günündə  yanında  bulud  olmayan  açıq 
havada  görməyə  çətinlik  çəkirsinizmi?»  Xeyr,  Ya  Rəsulullah!  O, 
buyurdu:  «Günəşi  və  ayı  görməkdə  əziyyət  çəkmədiyiniz  kimi 
Allahı  görməkdə  də  əziyyət  çəkməyəcəksiniz»
232
.  Peyğəmbərin 
                                                
230
 Əhməd 2/159, 188.  
231
 Buxari, Müslim 5084.  
232
 Buxari 4581, Müslim 183, Darimi “Sünən” 6/81, H.2804.  

 
142 
səhabələrindən və onlardan sonra gələn Tabiindən Uca Allahın: «O 
gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!». (əl-
Qiyamət  22-23).  Buyurduğunda  məqsəd  Allahın  vəchinə 
baxmaqdır  –  deyə  açıqlamışlar.  Rəsulullah  -  sallallahu  aleyhi  və 
səlləm –  buyurur: «Qiyamət günü Allah ilə qulun  arasında  heç  bir 
tərcüməçi  (vasitə)  olmadan  Allahın  danışmadığı  heç  bir  qul 
yoxdur»
233
.  Tövhid  əhli  cəzalansa  belə  cəzadan  sonra  Cənnətə 
girəcəkdir.  Uca  Allah  Əff  edəndir.  Dilədiyi  kimsələri  Əff  edər, 
dilədiyini  də  əzab  edər.  Əbu  Hureyrə  - radıyallahu anhu  – rəvayət 
edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Allahın 
doxsan  doqquz  –  yüzdən  bir  əskik  İsmi  vardır.  Kim  bu  İsimləri 
sayarsa Cənnətə daxil olar”
234
. Uca Allah Kitabında buyurdu:  “Ən 
gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua 
edin.  Onun  adları  barəsində  küfr  edənləri  (əziz  sözündən  Uzza, 
Allah  sözündən  əl-Lat,  mənnan  sözündən  Mənat  kimi  adlar 
düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin 
cəzasını alacaqlar!”. (əl-Əraf 180).  
Kim bunlara iman edər və bunları təsdiq edərsə qurtular və Uca 
Allahın əmrinə bağlanmış olar. Hər kim də hər hansı bir təvil və ya 
bunları  yalan  sayarsa  sapmış,  haqdan  uzaqlaşmış,  dünya  və 
axirətdə həlak olmuş olar. Səmimi bir tövbə etməsi müstəsnadır.  
Peyğəmbərin  -  sallallahu  aleyhi  və  səlləm  –  Rəbbimizi  Qiyamət 
günü  görməyimiz  barəsində  rəvayət  etdiyi  hədislərə  iman  edirik. 
Qədərə,  şəfaətə,  qəbr  əzabına,  Hovuza,  Mizana,  rəcmin  haqq 
olduğuna,  Allahın  dünya  səmasına  enməsinə,  hesaba,  Cənnətə  və 
Cəhənnəmə  və  s.  Buna  bənzər  hədislərə  inanır  və  bunları  təsdiq 
edirik.  
Cəfər İbn Muhəmməd, atasından, o da babasından o, da Əli İbn 
Əbu  Talibdən  - radıyallahu anhu – rəvayət  edir  ki,  sabaha çıxdıqda 
dedi:  “Gecənin  ardıyca  gündüzü  gətirən  Allaha  həmd  olsun.  Bu 
günün  başında  Allahın  adıyla  hansıki  Ondan  başqa  ibadətə  layiq 
                                                
233
 Buxari, Müslim.  
234
 Buxari 6410, Müslim 2677.  

 
143 
haqq ilah olmayan Allahı şahid tuturam. Zatən Allah şahid olaraq 
kifayətdir.  Sizi  də  bu  anımda,  bu  sözlərimə  şahid  tuturam  ki: 
Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  olmadığına,  bir  və  tək 
olduğuna,  doğmamış,  doğulmamış  olduğuna,  oxşarı,  bənzəri, 
şəriki  olmadığına  şəhadət  edirəm.  Yenə  şəhadət  edirəm  ki, 
Muhəmməd  - sallallahu aleyhi və səlləm –  Onun  qulu  və Rəsuludur, 
Allahın əmini, əmirlərini qüsursuz erinə ytirən Rəsuludur. Allahın 
yaratdıqları 
arasında 
seçdiyidir. 
Şəhadət 
edirəm 
ki, 

Peyğəmbərlərin  sonuncusudur.  Ondan  başqa  heç  bir  Peyğəmbər 
gəlməyəcəkdir.  
Şəhadət edirəm ki, Qiyamət gələcəkdir və bunda şübhə yoxdur. 
Şübhəsiz  Allah  qəbirdəkiləri  öldükdən  sonra  dirildəcəkdir.  Uca 
Allah hər bir şeyə gücü çatan və hər bir şeyi elmi ilə əhatə etmişdir. 
Hər  bir  şeyin  sayını  bilir  və  bunu  söyləyir  və  qəbul  edirəm. 
Rəbbimin  mənə  nemət  etdiyi  hər  bir  neməti,  ayətləri  və  isimləri 
sayı qədər Allaha həmd olsun. Yerdə və göydə olanların say qədər 
Allaha həmd olsun. Mələkləri və yaratdıqlarının sayı qədər Allaha 
həmd olsun. Dünya və Axirətdə olanların sayı qədər Allaha həmd 
olsun.  O,  ölümdən  sonra  dirildəndir,  o  bütün  varlıqların 
mirasçısıdır.  Ölüləri  dirildir,  diri  olanları  öldürür.  Çürümüş 
sümüklərə həyat verir. Allahı təsbih və təmhid edirəm. Allah mənə 
kifayətdir.  O,  məni öz  ixtiyarıma  buraxmayandir, gecə  və  gündüz 
məni  qoruyandır.  Anamın  bətnində  ikən  məni  bəsləyən,  güclü  və 
qüvvətli ana çatana qədər məni qoruyandır. Mən ölüydüm, O məni 
diriltdi.  Həyatımdan  sonra  da  məni  öldürəcəkdir.  Rəbbim  olan 
Allah  mənə  kifayətdir.  Mən  Ona  heç  bir  şeyi  şərik  qoşmaram. 
Ondan  başqa  heç  bir  haqq  ilah  yoxdur.  Bir  və  tək  olan,  şəriki 
olmayandır.  O,  mənimdən  Rəbbimdir,  məndən  əvvəlkilərin  də 
Rəbbidir. Ey Uca olmaqla bərabər yaxın olan, yaxınlığı ilə Uca olan, 
Ey  səmaları və  yerləri  düşməsin  deyə  tutub saxlayan Allahım,  Ey 
Rəbbim!  Ey  Rəbbim!  Ey  Rəbbim!  Sənin  şərikin  yoxdur,  həmd, 
təsbih, təkbir, təhlil, nemətlər, qüdrət, böyüklük, əzəmət, Sənindir. 
Əgər bir pislik və ya özümə zülm etmişəmsə Sən əff edənsən, Məni 

 
144 
əff  et!  Sən  məğfirət  edənsən,  məni  bağışla.  Sən  təvbələri  qəbul 
edənsən,  təvbəmi  qəbul  et!  Səndən  başqa  ibadətə  layiq  haqq  ilah 
yoxdur.  Ey  aləmlərin  Rəbbi  həmd  Sənədir.  Qürur  və  Əzəmət  də 
Sənindir.  Ey  Allahım!  Ey  Allahım!  Ey  Allahım!  Ey  Ramən!  Ey 
Rahim!  Ey  Muheymin!  Səndən  başqa  ibadətə  layiq  haqq  ilah 
yoxdur.  Sənin  yaratdığın  hər  bir  şeyi  Qiyamət  gününə  qədər  də 
yaratdıqlarını  bu  anda  söylədiyim  sözlərimə  şahid  tuturam. 
Şübhəsiz  Sən  Allahsan,  Mənim  Haqq  və  açıq  olan  Rəbbimsən. 
Səndən başqa ibadətə layiq haqq ilah yoxdur. Sən Allah, Rahmən, 
Rahimsən. Muhəmməd - sallallahu aleyhi və səlləm – Sənin qulun və 
Rəsulundur.  Rəhmət  Peyğəmbərindir.  İslam  mənim  dinimdir. 
Qiyamət  gələcəkdir.  Onda  heç  bir  şübhə  yoxdur  və  Sən 
qəbirdəkiləri dirildəcəksən. Sən hər bir şeyə gücü çatan və hər bir 
şeyi  elminlə  əhatə  etmisən.  Hər  bir şeyin  sayını da  bilirsən.  Sənin 
dediyin hər bir şey olur. Allaha həmd olsun ki, Onun köməkliyi ilə 
səhərə  ölü,  xəstə,  haqsızlığa  görə  cəzalanan,  ən  pis  şəkildə 
tutularaq  əli  kəsilmiş,  dinindən  dönmüş,  Rəbbini  inkar  etmiş,  ağlı 
başından  alınmış,  keçmiş  ümmətlərdən  hər  hansı  birinin  əzabıyla 
əzaba  uğramış  olaraq  səhərə  çıxmadıq.  Eyni  şəkildə  başqasının 
köləsi və nəfsinə zülm etmiş olaraq səhərə çıxmadıq.  
Sənin  mənə  qarşı  dəlilin  vardır,  lakin  mənim  leyhimə  dəlilim 
yoxdur.  Sənin  verdiyindən  başqa  alacaq  bir  gücüm  yoxdur.  Məni 
qoruduqlarından  başqa  özümü  bir  şeydən  qoruya  bilmərəm. 
Allahım! Məndən razı olmağına səbəb olacaq şeyləri etməyə məni 
müvəffəq  et!  Sən  lütf  edənlərin  ən  böyüyüsən.  Biz  nəyə  sahib 
olduqsa  Səninlə  sahibik.  İşlərimizi  düzüb  qoşub  səhmana  sal!  Ey 
mənim  üzərimdə  olan  gözəllikləri  ortaya  çıxaran,  çirkin  olanları 
gizlədən,  qüsurlarım  səbəbilə  məni  məsul  tutmayan,  gizli 
(günahlarımı)  aşkara  çıxartmayan,  Ey  əff  etməsi  böyük  olan, 
məğfirəti çox olan, rəhməti sonsuz olan, hər bir gizli danışığa şahid 
olan,  qeybləri  və  qəlibin  gizli  olanlarını  bilən,  Ey  kölələri  azad 
edən,  əzabdan  uzaqlaşdıran,  nemətlərilə  hidayətə  yönəldən 
Allahım.  

 
145 
Əbu Xatim Ər-Razi Və Əbu Zura Ər-Razi 
rahmətullahi aleyhi -  
 
Muhəmməd  İbn  İdris  İbn  əl-Munzir  əl-Hənzəli  ər-Razi.  Hədis 
elmində  hafizdir.  Ravilərin  səhih  və  zəif  olması  barəsində  bir  çox 
elmi  əsərləri  vardır.  H.  195-ci  ildə  dünyaya  gəlmiş  və  H.  277-ci  il 
Şaban ayında dünyasını dəyişmişdir
235
.  
Ubeydullah İbn AbdulKərim İbn Yəzid İbn Faruh Əbu Zura ər-
Razi  əl-Qureyşi.  Qureyş  nəslindəndir.  Hədis  elmində  hafizdir. 
Hədis 
elmində 
ravilərin 
öyrənilməsi 
sahəsində 
məşhur 
alimlərdəndir.  Tələbələrindən  məşhur  Müslim,  Tirmizi,  Nəsai  və 
İbn  Məcə  olmuşlar.  H.  264-cü  ildə  64  yaşında  dünyasını 
dəyişmişdir
236
.  
 
Lələkai  –  rahmətullahi  aleyhi  –  dedi  ki:  Bizə  Muhəmməd  İbn  əl-
Muzəffər əl-Mukri xəbər verdi ki: Bizə əl-Huseyn İbn Muhəmməd 
İbn Həbəş əl-Mukri dedi ki: Bizə Əbu Muhəmməd AbdurRahman 
İbn Əbi Xatim dedi ki, Atama və Əbu Zuraya – rahmətullahi aleyhi – 
dinin əsasları ilə bağlı Əhli Sünnətin əqidəsi barəsində sual verdim. 
Hər  ikisi  də  mənə  bu  cavabı  verdilər:  Bizlər  Hicaz,  İraq,  Şam  və 
Yəmən kimi ölkələrdə elm adamları ilə qarşılaşdıq. Onların etiqadı: 
İman söz və əməldir, artar və əskilər. Quran Allahın kəlamıdır, heç 
bir  tərəfi  yaradılmamışdır.  Xeyri  və  şərilə  qədər  Allahdandır.  Bu 
ümmətin  ən  xeyirliləri  Peyğəmbərlərindən  -  sallallahu  aleyhi  və 
səlləm – sonra: Əbu Bəkr, sonra Ömər, sonra Osman, sonra Əlidir – 
Allah onlardan razı olsun -. Bunlar eyni zamanda Rəşidi xəlifələridir. 
Peyğəmbərin  -  sallallahu  aleyhi  və  səlləm  –  isimlərini  sayaraq 
Cənnətlik olduqlarına şəhadət edən on kimsə haqqında Peyğəmbər 
-  sallallahu  aleyhi  və  səlləm  –  kimi  şahidlik  edərik  və  onun  sözü 
haqdır.  Muhəmmədin  -  sallallahu  aleyhi  və  səlləm  –  bütün 
                                                
235
 “Şəzəratuz Zəhəbi” 2/171.  
236
 “Şəzəratuz Zəhəbi” 2/148.  

 
146 
səhabələrinə 
rəhmət 
oxunur 
və 
aralarında 
baş 
verən 
anlaşılmazlıqlar hqqında da susmaq lazımdır.  
Əziz  və  Cəlil  olan  Allah  Ərşi  üzərində  olub,  məxluqatından 
ayrıdır. Özü özünün və Peyğəmbərinin - sallallahu aleyhi və səlləm – 
Onu  vəsf  etdiyi  kimidir.  Hər  hansı  bir  şəkildə  Onu 
keyfiyətləndirməyimiz doğru deyildir. O, elmilə hər bir şeyi ehtiva 
etmişdir.  “Onun  heç  bir  bənzəri  yoxdur.  O,  Eşidəndir,  Görəndir”. 
(əş-Şura  11).  Uca  Allah  axirətdə  görüləcəkdir.  Cənnət  əhli  onu 
gözləriylə  görəcəkdir,  onun  sözünü  –  O  dilədiyi  şəkildə,  dilədiyi 
kimi  –  eşidəcəkdir.  Cənnət  haqqdır,  Cəhənnəm  haqqdır.  Hər  ikisi 
də  yaradılmışdır.  Əbədiyyən  yox  olmayacaqlar.  Cənnət  Allahın 
dostlarının  mükafat  görəcəkləri,  Cəhənnəm  isə  Ona  üsyan 
edənlərin  cəzalanacaqları  yerləridir.  Allahın  rəhm  etdiyi  kimsələr 
müstəsna.  Sırat  haqdır,  Mizan  haqdır,  qulların  yaxşı  və  pis 
əməllərinin  çəkiləcəyi  və  iki  dənə  çəkiləcək  gözü  olacağı  Mizan 
haqdır.  Peyğəmbərə  -  sallallahu  aleyhi  və  səlləm  –  ikram  olaraq 
verilən  Hovuz  haqdır,  Şəfaət  haqdır,  ölümdən  sonra  dirilmək 
haqdır. Böyük günah edənlər Allahın istəyi altındadırlar.  
Günahları  səbəbilə  qiblə  əhlini  təkfir  etməz,  batində  olan  gizli 
hallarını  Allaha  həvalə  edərlər.  Cihad  fərzini  və  Həcci  hər  zaman 
və hər vaxtda müsəlmanların rəhbərlərilə birlikdə yerinə yetirərik. 
Əmirlərə  qarşı  çıxmağı  görmədiyimiz  kimi,  fitnə  zamanı 
döyüşməyi də doğru görmürük. Uca Allahın üzərimizə təyin etdiyi 
kimsələrin  əmirlərini  dinləyib,  onlara  itaət  edər,  itaətdən  də  əl 
çəkmərik. Sünnətə və Cəmaata tabeyik. Şaz görüşlərdən, ixtilafdan 
və ayrılmaqdan uzağıq.  
Allah  Peyğəmbərini  göndərdikdən  sonra  Qiyamət  gününə 
qədər  müsəlmanların  əmirlərindən  olan  əmr  sahiblərilə  cihad 
davam  edəcəkdir.  Heç  bir  şey  onu  ləğv  edə  bilməz.  Həcc  də  eyni 
şəkildədir.  Heyvanlardan  alınan  zəkatlar  da  müsəlman  əmr 
sahiblərinə  -  paylanmaq  –  üçün  verilir.  Özünün  həqiqi  mömin 
olduğunu söyləyən bir kimsə bidətçidir. Özünün Allah dərgahında 

 
147 
bir  mömin  olduğunu  söyləyən  də  yalançıdır.  Özünün  həqiqi 
Allaha iman edən bir kimsə olduğunu söyləyən də isabət etmişdir.  
Murciə 
sapıqdırlar, 
bidətçidirlər. 
Qədərilər 
sapıqdırlar, 
bidətçidirlər.  Hər  hansı  bir  kimsə  Uca  Allahın  daha  əvvəl  və  baş 
verməyən  bir  şeyin  bilmədiyini  söyləyərsə  kafir  olar.  Cəhmilərin 
başçıları  kafirdirlər,  Bidət  əhli  İslamı  rədd  etmişlər.  Xaricilər  isə 
itaətdən kənara çıxmışlar.  
Quranın  məxluq  olduğunu  iddia  edən  bir  kimsə  böyük  olan 
Allaha iftira etmişdir. Beləliklə kişi dindən çıxaraq kafir olur. Bunu 
bilən  kimsələr  arasında  onun  küfrünə  şübhə  edən  bir  kimsə  də 
kafirdir.  Bilmirəm  yaradılmışdır,  yoxsa  yaradılmamışdır?  Deyən 
kimsə  də  Cəhmidir.  Cahilliyindən  Quran  haqqında  bir  şeylər 
söyləməyən  kimsəyə  elm  öyrədilir,  bidətçi  olduğu  deyilir,  lakin 
tkfir  edilməz.  Mənim  Quranı  tələffüzüm  məxluqdur  deyən  bir 
kimsə  Cəhmidir  və  Quran  mən  onu  tələffüz  etdikdə  məxluq  olur 
deyən də Cəhmidir.  
Əbu Muhəmməd dedi ki: Atamın belə dediyini dinlədim: Bidət 
əhlinin  əlaməti  hədis  əhlinə  dil  uzatmaqlarrıdır.  Zındıqların 
əlaməti  Əhli  Sünnətə  Haşaviyyə  adını  vermələridir.  Bununla 
sünnət  və  hədisləri ləğv  etmək istərlər.  Cəhmilərin  əlaməti  –  Əhli 
Sünnətə  Müşəbbihə,  Qədərilərin  əlaməti  –  Əsər  əhlinə  Cəbəri 
demələri,  Murciənin  əlaməti  –  Əhli  Sünnətə  müxalif  olanlar  və 
nöqsanlılar  demələridir.  Bidət  əhlinin  əlaməti  –  Əhli  Sünnətə 
Nasibi  demələridir.  Əhli  Sünnə  haqqında  yalnız  bir  isim  hallanır: 
(Əhli  Sünnə  vəl  Cəmaat  Sələfi  Saleh).  Atamın  və  Əbu  Zuranın 
sapıq  və  bidət  sahiblərini  tərk  etdiklərini  və  bu  barədə  ağır sözlər 
işlətdiklərini dinlədim. Kəlam ilə məşğul olmamağı, kəlam əhlinin 
kitablarını  oxumağı  qadağan  edir  və  kəlam  ilə  məşğul  olan  bir 
kimsə əbədiyyən qurtulmaz.  
Bizim  yolumuz  və  seçdiyimiz,  Peyğəmbərə  - sallallahu aleyhi və 
səlləm  –,  onun  səhabələrinə,  tabiin  və  onlardan  sonra  gələnlərin 
yoluna  sarılmaqdır.  Bidətlərdən  uzaq  olmaq  və  əsər  əhlinin 
görüşlərinə sarılmaqdır. Məs: Əbu Abdullah İbn Hənbəl, İshaq İbn 

 
148 
İbrahim,  Əbu  Ubeyd  əl-Qasım İbn  Səlləm  və  Şəfii – Allah onlardan 
razı  olsun  -  kimi.  Bundan  başqa  Kitab  və  Sünnət  sarılan  Sələfin 
yolunu  təqib  edən  imamları  qoruyub,  Əhli  Sünnətin  tərcih 
etdiklərini tərcih etməkdir.  
Mədinədə Məlik İbn Əsən, Şamda Əvzai, Misirdə Leys İbn Sad, 
İraqda Sufyan İbn Sevri ilə Həmməd İbn Ziyad – Allah onlardan razı 
olsun - bunlara misaldır.  
Quran  Allahın  kəlamı,  məxluq  deyildir.  Onun  məxluq  və 
yaradılmış  olduğunu  iddia  edən  bir  kimsə  dindən  çıxaran  Allahı 
inkar edən kafirdir. Məsələni bilən və cahillərdən olmayan birinin 
kafir olduğunda şübhə edən kimsə də kafirdir. Quran məxluqdur, 
məxluq  deyil  bilmirəm  deyən  də  Cəhmidir.  Bunların  Cəhmi 
olduqlarını Əbu Abdullah Əhməd İbn Hənbəl demişdir.  
Rəsulullahdan  -  sallallahu  aleyhi  və  səlləm  –,  səhabələrindən  və 
onlardan  sonra  gələnlərin  rəvayətlərinə  tabe  oluruq.  Kəlamçıların 
kəlamını  tərk  edərik,  onlarla  oturub  durmaz  və  onlardan 
uzaqlaşarıq.  İman  söz  və  əməldir,  dil  ilə  iqrar,  qəlb  ilə  təsdiq  və 
rükunları  etməkdir.  Namaz,  malı  olan  kimsələrin  zəkat,  yol  tapa 
bilənlərin Həcc, Ramazan ayında oruc tutmaq və Allahın qullarına 
fərz  etdiyi  bütün  fərzlərə  əməl  etmək  imandandır.  İman  artar  və 
əskilər.  
Qəbr  əzabına  iman  edərik,  Peyğəmbərə  -  sallallahu  aleyhi  və 
səlləm – ikram olunan Hovuza da iman edərik. Qəbirdə olan sorğu-
suala iman edər, Kiramən Kətibin və Peyğəmbərə - sallallahu aleyhi 
və  səlləm  –  xas  olan  şəfaətə  iman  edərik.  Peyğəmbəin  -  sallallahu 
aleyhi  və  səlləm  –  səhabələrini  rəhmətlə  yad  edər,  Onlardan  hər 
hansı birinə söymərik. Çünki Allah buyurdu: “Səhabələrdən sonra 
gələnlər deyirlər: "Onlardan (mühacirlərdən və ənsarlardan) sonra 
gələnlər  belə  deyirlər:  “Ey  Rəbbimiz!  Bizi  və  bizdən  əvvəlki  iman 
gətirmiş  (din)  qardaşlarımızı  bağışla.  Bizim  qəlblərimizdə  iman 
gətirənlərə  qarşı  kinə  (həsədə)  yer  vermə.  Ey  Rəbbimiz!  Sən, 
həqiqətən, şəfqətlisən, mərhəmətlisən!". (əl-Həşr 10).  

 
149 
Biz iman  edirik  ki,  Allah Ərşi  üzərində  məxluqatından  ayrıdır. 
“Onun  heç  bir  bənzəri  yoxdur.  O,  Eşidəndir,  Görəndir”.  (əş-Şura 
11). Əmr sahiblərinə qarşı çıxmağı doğru görmürük.  Fitnə zamanı 
qarışmarıq.  Uca  Allahın  üzərimizə  təyin  etdiyi  kimsələri  dinləyər 
və onlara itaət edərik. Əmr sahiblərilə namaz qılar, həcc edib, cihad 
edərik. Kiçik böyük baş heyvanlarının zəkatını da onlara verərik.  
Səhih  hədislərə  əsasən  Muvahhid  olan  bir  toplumun  şəfaət  ilə 
Cəhənnəmdən  çıxacağına  iman  edərik.  Bizlər  Əziz  və  Cəlil  olan 
Allaha  iman  edərik.  Sufyan  əs-Sovri  –  rahmətullahi  aleyhi  –  bir 
kimsənin:  “Mən  Allah  dərgahında  həqiqi  və imanı  əksik  olmayan 
bir  möminəm”  deməsini  yaxşı  görməzdi.  Əvzaidə  –  rahmətullahi 
aleyhi – bu görüşdədir.  
Bidət  əhlinin  əlaməti  Əhli  Sünnətə  Müşəbbihə  adını 
vermələridir.  Qədərilərin  əlaməti  Əhli  Sünnətə  Cəbəri  adını 
vemələri,  Zındıqların  əlaməti  hədis  əhlinə  Haşaviyə  vermələridir. 
Onlar  bu  sözləriylə  Peyğəmbərdən  -  sallallahu  aleyhi  və  səlləm  – 
gələn  rəvayətləri  zəif  görmək  istərlər.  Allahın  Muhəmmədə  
sallallahu aleyhi və səlləm –, onun ailəsinə salam və salavatı olsun!
237
  
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin