Əbu Osman əs-Sabuni
- rahmətullahi aleyhi -
247
İmam Təhavi “Əqidətul Təhaviyyə”.
165
Subki “Tabaqatuş Şəfii” adlı əsəində İsmail İbn AbdurRahman
İbn İsmail Əbu Osman əs-Sabunini – rahmətullahi aleyhi –
vəsiyyətini söyləyir: Bir və tək olan Allahdan başqa ibadətə layiq
heç bir haqq İlah olmadığına, şərikinin omadığına, bir, tək və
Saməd olduğuna, nə doğmuş, nə də doğulmamış olduğuna,
hökmünə kimsəni şərik etmədiyinə, Əvvəl, Axır, Zahir, Batin,
Həyy, Qayum, məxluqaının yox olmasından sonra Bəqi,
qullarından xəbərdar, qeybləri bilən, qəlblərin gizlətdiklərini bilən,
məğfirəti sonsuz, (mömin qullarını) sevən, Uca Ərşin sahibi olan
dilədiyini edən: “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir,
Görəndir”. (əş-Şura 11) şəhadət edirəm. O, bizim mövlamız, o nə
gözəl dost və gözəl yardımçıdır. Bütün bunlara şahidlik edənlərlə
birlikdə şəhadət edər. Doğru bir etiqad və sağlam bir yəqin ilə
şəhadəti iqrar və etiraf edirik. “O gün ki, nə mal-dövlət, nə də
övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-
şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın
hüzuruna gələn kimsədən (möminlərdən) başqa!". (əş-Şuəra 88-89).
“O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də
edilməz! (Heç kəs heç kəsdən Allahın əzabını dəf edə bilməz!)
Allahın rəhm etdiyi kimsədən başqa! Şübhəsiz ki, O, yenilməz
qüvvət, mərhəmət sahibidir!”. (əd-Duxan 41-42). Muhəmməd -
sallallahu aleyhi və səlləm – Allahın qulu və Rəsulu olduğuna, onu
hidayət ilə və müşriklər xoş görməsə belə bütün dinlərin üstünə
çıxarmaq üçün haqq din ilə göndərdiyinə şəhadət edərik.
Cənnətin haqq olduğuna, Uca Allahın orada həqiqi dostları
üçün hazırladığı hər bir şeyin haqq olduğuna şahidlik edərik.
Cəhənnəmin və Allahın orada düşmənləri üçün hazırladığına da
inanırıq. Mövlam olan Allahdan Cəhənnəmdən məni qorumasını,
oradan uzaqlaşdırmasını və qurtuluşa çatanlardan etməsini
diləyirəm. Allah buyurdu: “Kim Oddan uzaqlaşdırılıb, Cənnətə
daxil edilərsə, o uğur qazanmış olar...”. (Ali İmran 185).
Namzımın, ibadtlərimin, həyatımın, ölümüm, şəriki olmayan
aələmlərin Rəbbi olan Allaha aid olduğuna şahidlik edirəm. Mən
166
bununla əmr olundum və mən müsəlmanlardanam. Həmd
aləmlərin Rəbbi olan Allaha məxsusdur. Rəbb olaraq Allahdan, din
olaraq İslamdan, Peyğəmbər olaraq Muhəmmədən, öndər olaraq
Qurani Kərimdən razıyam. Bununla yaşayar, bunla ölərəm.
Mələklərin haqq, Peyğəmbərlərin haqq, Qiyamətin heç şübhəsiz
gələcək olduğuna və Allahın qəbirdəkiləri dirildəcəyinə şahidlik
edirəm. Şahidlik edirəm ki, Uca Allah xeyri təqdir buyurmuş və
xeyri əmr etmişdir. Ondan razı olmuş və xoş olmuşdur. Xeyir
edənin o, işi etməsini iradə etmiş və xeyir etməyə qarşılıq gözəl
mükafat var etmişşdir. Şəri də təqdir etmiş, lakin ondan uzaq
olmağı əmr etmişdir. Ondan razı olmaz, onu sevməz. Şər işləyəndə
şərin vücuda gəlməsini murad etmiş, lakin o şəri sevməz. Uca
Allah zalımların söylədiklərindən uca və böyükdür. Bir günahı
əmr etməkdən, onu sevməkdən və ya o günahdan razı olmaqdan
ucadır. Allah təqdi etmədiyi bir işə qulun güc etirməsi, Onun iradə
etmədiyi və diləmədiyi bir şeyi qulun etməsi mümkün deyildir.
Şəhadət edirəm ki, Quran Allahın kitabı, onun kəlamı, vəhyi və
nazil etdiyidir. Məxluq deyildir. Mushaflarda yazılı olan, dillərdə
oxunan, qəlblərdə əzbələnən, qəlblərdə əzbərlənmiş, qulaqların
eşitdiyidir. Uca Allah buyuru: “Əgər (basqına uğrayan)
müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah
kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə)
onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar
(haqqı) bilməyən bir tayfadır!”. (ət-Tövbə 6). “Xeyr, bu (Quran)
elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir.
(Və ya: sənin yazıb oxumaqla məşğul olmadığını kitab əhlindən
olan elm sahibləri öz ürəklərində açıq-aşkar bilirlər). Bizin
ayələrimizi yalnız zalımlar (kafirlər) inkar edərlər”. (əl-Ənkəbut
49). “Allahın Kitabını oxuyanlar...”. (Fatir 29). “Biz ona
(Muhəmməd əleyhissəlama) şer öyrətmədik və bu ona heç
yaraşmaz da (lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-
nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qurandır ki,”.
(Yəsin 69).
167
Şəhadət edirəm ki, İman Allahın təsdiq edilməsini əmr etdiyi
şeylərin qəlb ilə təsdiqi, Allahın inkar edilməsini əmr etdiyi
şeylərin dil ilə iqrar edilməsi, Allahın edilməsini emr etdiyi
şeylərin əzalar ilə edilməsi, onun qəlbin təsdiqi, dilin sözü, əzaların
etməsidir.
Şəhadət edirəm ki, uca Allah Ərşinin üzərinə İstiva etmişdir.
“Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra
da Ərşə ucalan Allahdır...”. (əl-Əraf 54). “O, göyləri, yeri və
onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı...”.
(əl-Furqan 59). Allahın Ərşinin üzəinə İstivanın necəliyi bilinməz.
Zamanında müsəlmanların imamı İmam Məlik – rahmətullahi aleyhi
– İstivanın keyfiyyəti barəsində sual verən kimsəyə verdiyi
cavabında demişdir: “İstiva bilinən bir şeydir, keyfiyyəti isə
məchuldur. Ona iman etmək fərz, bu barədə sual vermək isə
bidətdir. Səni isə bir bidətçi olaraq görürəm – dedi və məclisdən
çıxarılmasını əmr etdi”.
Şəhadət edirəm ki, Uca Allah kitabında özünü Peyğəmbərinin -
sallallahu aleyhi və səlləm – dili ilə vəsf etdiyi üstün sifətlərə sahibdir
və bunu tam bir təslimiyyətlə qəbul edirəm. Bu sifətlərin heç birini
rədd etmirəm. Heç birinin də yaratdıqlarının sifətlərinə
bənzəmədiklərinə inanırıq. Bunu söylüyürük: Onun sifətləri heç bir
zaman qulların sifətlərinə bənzəməz, Onun zatının yaradılmışlara
bənzəmədiyi kimi. Muattıla və Müşəbbihənin dedilərində O
ucadır.
Uca Allahın sifətləri ilə bağlı varid olan ayələr bu xüsusda
Rəsulullahdan - sallallahu aleyhi və səlləm – səhih olaraq nəql edilmiş
xəbərlər – Qiyamət günü Rəbbimizin gəlməsini, Adəmi əli ilə
yaratmasını, Ərşin üzərinə istiva etdiyini açıqlayan ayələri, hər
gecə dünya səmasına enməsini, gülməsini və s. Xəbərlər imi – Uca
yaradıcının sifətlərinin varid olduğu ayələr və xəbərlər haqqında
Sələfi Salihin və din imamlarının izlədiyi yolu izləyirik.
Kəlama baş vurmağı, kəlam elmində dərinləşməyi, Sələfin uzaq
olduğu, qadağan etdiyi şeyləri də qəbul etmirik. Kəlam
168
məsələlərində mübahisələr, dərinliyə varmaq qəlbi pozar. Qəlbdə
Uca Allahın heybətini qalrırar, qəlbə böyük şübhələr salar. Dininə
və Peyğəmbərinin - sallallahu aleyhi və səlləm – sünnətinə bizləri
yönəltdiyi üçün həmd Allahadır. Allahın salat və salamı Onun
Peyğəmbərinə - sallallahu aleyhi və səlləm – olsun, Ona həmd edərik.
Şəhadət edirəm ki, Qiyamət haqdır, Qiyamətin əlamətləri,
dəhşətli halları, Hovuza, Mizana, Sırata, əməl dəftərlərinin
oxunması, hesaba çəkilmək, əməllərin ərz edilməsi, Allahın
hüzurunda durmaq, Məşhərdə Cənnətə və ya Cəhənnəmə girmək,
Tövhid əhlinə vəd olunmuş şəfaət və daha başqa şeylər hansıki
Kitabda və hədislərdə açıqlanmışdır haqq olduğuna şəhadət
edərik. Uca Allahdan da şahidlik etdiyim bütün bunların üzərində
sabit olmaq üçün Allahdan yardım diləyirəm. Şəhadət edirəm ki,
Allah dostları parlaq üzlərlə Rəbblərinə baxmağı Allah lütf və
ehsan edəcəkdir. Onlar əbədiyyat yurdunda açıq gözləriylə Onu
görəcəklər. Onu görmək üçün hər hansı bir sıxıntı və çətinlik ilə
qaşılaşmayacaqlar. Uca Allahdan üzümüzü Ona bu şəkildə baxan
üzlərdən etməsini, hər cür bəladan, xoşa getməyən hər bir şeydən
qorumasını diləyirəm.
Şəhadət edirəm ki, Peyğəmbərdən - sallallahu aleyhi və səlləm –
sonra insanların ən xeyirlisi Əbu Bəkr əs-Sıddıq, sonra Ömər, sonra
Osman, sonra da Əlidir – Allah onlardan razı olsun -. Bütün
səhabələrə rəhmət oxuyur, onları vəli və dost edərik. Onlara
məğfirət diləyərik. Eyni şəkildə onun nəslindən gələnləri,
möminlərin anaları olan zövcələrini ilə birlikdə həşr etməsini
dilərik. Çünki Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu:
“Kişi sevidkləri ilə bərabərdir”.
Müsəlmanlar aralarını düzəltmələrini, qohumluq bağlarını
düzəltməyi, qonşularına, yaxınlarına, böyüklərin haqqını verməyi,
kiçiklərə də rəhm etməyi tövsiyə edirəm. Bir-birilərinə nifrət
etməməyi, arxa çevirməməyi, həsəd aparmamağı tövsiyə edirəm.
Xeyirdə bir-birinə yardımçı olmalarını, cəmaat şəkilində Allahın
ipinə sarılmağı, kitaba, sünnətə, ümmətin alimlərinin və İmam
169
Məlik, Şəfii, Sovri. Sufyan İbn Uyeynə, İmam Əhməd, İshaq İbn
İbrahim, Yahyə İbn Yəhyə – Allah onlardan razı olsun - və buna
bənzər İslam alimlərinin izlədikləri yolu izləməyi diləyirəm.
İbn Əbul İzz Əl-Hənəfi
- rahmətullahi aleyhi -
Sədrəddin Əbu Həsən Əli İbn Alaiddin Əli İbn Şəmsəddin Əbu
Abdullah Muhəmməd İbn Şərəfiddin Əbul Bərəkət Muhəmməd
İbn İzziddin Əbul İzz Saleh İbn Əbul İzz İbn Vuheyb İbn Ata İbn
Cubeyr İbn Cabir İbn Vəhb. Hənəfi məzhəbinin dahilərindəndir.
Dəməşqlidir. H. 731-ci il 22 Zul Hiccədə dünyaya gəlmişdir. H.
792-ci ildə Zul Qədə ayında dünyasını dəyişmişdir.
İmam Cəfər Sadiq
- rahmətullahi aleyhi -
İmamiyyə məzhəbinin qəbul etdiyi on iki imamın altıncısı.
Kunyəsi Cəfər əs-Sadiq Muhəmməd Bakir İbn Əli İbn Hüseyn İbn
Əli İbn Əbu Talibdir. H. 83/700-ci ildə dünyaya gəlmişdir.
Tələbələrindən Cabir İbn Həyyan ondan bir çox elmləri
mənimsəmişdir. Əbu Hənifə, İmam Məlik, Sufyan əs-Souri kimi
böyük elm xadimləri ondan elm öyrənmişlər. Əbu Hənifə –
rahmətullahi aleyhi – Hicazda Cəfər Sadiqin yanında iki il qalmış və
demişdir: «Əgər bu iki il olmasaydı Nüman məhv olurdu»
248
. Bəzi
məzhəblər tərəfindən həddən artıq şişirdilərək onların məsum
olduqları söylənilmiş, qeybdən xəbərləri olduqları, hətta bəzi
Peyğəmbərlərdən üstün olduqları da söylənilmişdir. Lakin bu
xətadır. Çünki ismət (məsumluq) sifəti yalnız Peyğəmbərlərə
xasdır. Peyğəmbərlərdən sonra olan bütün bəşər övladları məsum
deyil xəta edəndirlər. İmam Məlik – rahmətullahi aleyhi – onun
248
Muhamməd Əbu Zəhra “İmamus Sadiq” 37-39.
170
haqqında deyir ki: «Onu üç halda daima görərdik. Ya namaz qılar,
ya oruc tutar, ya da Quran oxuyardı»
249
. H. 148/769-ci ildə
dünyasını dəyişmişdir.
İmam Əbu Yusuf
- rahmətullahi aleyhi -
Yaqub İbn İbrahim əl-Ənsaridir. İraq bölgəsinin fəqihi sayılan
Yaqub 113/731-ci ildə Kufədə dünyaya gəlmişdir. Hənəfi
məzhəbinin İmamı Əbu Hənifədən – rahmətullahi aleyhi – sonra
gələn böyük hənəfi uləması. Yusuf adlı bir oğlu olduğu üçün ona
nisbət edilərək Əbu Yusuf (Yusufun oğlu) ləqəbiylə məşhur idi.
Ailəsi fəqir idi. Əbu Hənifənin – rahmətullahi aleyhi – köməyi ilə
elmə başlayır. Ata İbn əs-Səid, Muhəmməd İbn İshaq İbn Yəsar və
Leys İbn Sad kimi böyük hədisçilərdən hədis oxudu. Əbu İshaq əş-
Şeybani, Suleyman ət-Təmimi, Yəhya İbn Səid Əməşdən dərs aldı.
Ən çox dərs aldığı müəllimi isə Əbu Hənifə – rahmətullahi aleyhi –
idi. 16 il onun yanında dər almış Müctəhid mutlaq dərəcəsinə kimi
gəlib çatmışdır. Əbu Hənifənin – rahmətullahi aleyhi – rahmətullahi
aleyhi – vəfatından sonra Bağdada gələrək xəlifə Mehdi tərəfindən
qazı təyin edilir. Harun əl-Rəşidin dövründə isə Qazılar qazısı
adını almışdır. 16 il qazılıq etdikdən sonra dünyasını dəyişir.
Yerinə isə oğlu Yusuf keçir. H. 183/798-ci ildə dünyasını dəyişir.
Əsərləri “İxtilaful Əmsar”, “Ədəbul Qadi alə Məzhəbi Əbu
Hənifə”, “Emali fil Fiqh”, “Kitabul Buyu”, “Kitabul Cevami”,
“Kitabul Hüdud”, “Kitabul Harac”, “Kitabus Salat”, “Kitabus
Siyam”, “Kitabul Vəsaya” və s. Əbu Yusufun – rahmətullahi aleyhi –
yazdığı “Məbsut” Hənəfi fiqhinin əsas qaynaqlarındandır.
Müəllimləri arasında Əbu Leyla, Əbu Hənifə, İmam Məlik, Sufyan
İbn Uyeynə, İsmail İbn Uleyyə, İbn Cureyc, Həsən İbn Dinar,
Hənzələ İbn Əbu Sufyan – Allah onlardan razı olsun - və s.
249
Muhamməd Əbu Zəhra “İmamus Sadiq” 77.
171
Müslim İbn Həccac
- rahmətullahi aleyhi -
Müslim İbn əl-Həccac əl-Kuşeyri ən-Nisapuri. Hədis elmində
İmam Buxaridən sonra ikinci böyük şəxsiyyət sayılır. H. 204-cü ildə
Məşədin yaxınlığında yerləşən Nisapur şəhərində dünyaya
gəlmişdir. Kuşeyr adlı böyük və məşhur bir qəbiləyə məxsusdur.
Bu qəbilənin adı isə Kuşeyr İbn Kəbdən gəlir. Çox kiçik
yaşlarından hədis elmini öyrənməyə başlamış və bu səbəbdən də
elm almaq üçün dünyanın bir çox ölkələrini İraq, Hicaz, Şam və
Misri dolaşmışdır. Böyük hədis alimləri olan İmam Buxari, Əhməd
İbn Hənbəl, Yəhyə İbn Məin, Əbu Heysəmə, İbn Əbu Şeybə – Allah
onlardan razı olsun - və s. dərs almışdır. Öz növbəsində də Tirmizi,
İbn Əbu Xatim, İbrahim İbn Muhəmməd İbn Sufyan – Allah
onlardan razı olsun - kimi muhəddislərə dərs vermişdir. Alimlər
İmam Müslim haqda yüksək tərifəlayiq sözlər demişlər. Əbu Zura
və Əbu Hətim – rahmətullahi aleyhi – Muslimi onun zamanında
yaşayan digər alimlərdən üstün tutmuşlar. Şeyx Məhəmməd İbn
Əbdülvahhab əl-Fərra – rahmətullahi aleyhi – deyir: “Müslim
insanların ən savadlısı və elm dəryası idi. Onun haqqında xeyirdən
başqa heç nə bilmirəm”. Məsləmə İbn Qasim – rahmətullahi aleyhi –
deyir: “Onun alimlər arasında qədir-qiyməti yüksəkdir”. İmam
Nəvəvi – rahmətullahi aleyhi – isə demişdir: “Onun (bu elmdə)
imam, alim olmasına, yüksək məqamına, elmdə dəqiqliyinə və
öncüllüyünə hamı ittifaq etmişdir”. Ən məşhur əsəri əl-Cəmi əs-
Səhihdir ki, bu əsərdə 7275, təkrarsız 4000 hədis toplanmışdır. Bu
kitab İmam Buxarinin – rahmətullahi aleyhi – səhihindən sonra ikinci
səhih əsər sayılır. H. 261-ci il Rəcəb ayında Nisapur şəhərində
dünyasını dəyişmişdir.
Əbu Davud Süleyman İbn Əl-Əşas
- rahmətullahi aleyhi -
172
Əbu Davud Süleyman İbn əl-Əşas İbn İshaq əl-Əzdi əs-Sicistani.
Məşhur muhəddislərdəndir. H. 202-ci ildə dünyaya gəlmişdir.
Əhməd İbn Hənbəlin tələbəsi olmuş, sonradan isə Tirmizi, Nəsai
kimi alimlərin müəllimi olmuşdur. Öz sözlərinə görə 500000 min
hədis toplayıb. Bir çox əsərlərin müəlifidir. Ən məşhuru isə əs-
Sünən əsəridir ki, burada 4800 hədis toplanmışdır. Muhəmməd İbn
Ishaq əs-Sağani və İbrahim əl-Hərbi – rahmətullahi aleyhi –
demişdir: “Hədislər Əbu Davuda asanlaşdırılmışdı. Necə ki,
Davud - əleyhissəlama - dəmir yumuşaldılmışdı”. Hafizlik rütbəsinə
ucalmış Musa İbn Harun – rahmətullahi aleyhi – demişdir: “Əbu
Davud dünyada hədis üçün, axirətdə isə Cənnət üçün yaradılıb.
Mən (bu sahədə) ondan üstün insan görmədim”. Hakim rütbəsi ilə
tanınan Əbu Abdulla – rahmətullahi aleyhi – demişdir: “Şübhə
yoxdur ki, Əbu Davud öz əsrində hədis əhlinin imamı idi”. H. 275-
ci il Şəvval ayında Bəsrə şəhərində dünyasını dəyişmişdir.
Muhəmməd İbn İsa Ət-Tirmizi
- rahmətullahi aleyhi -
Əbu İsa Muhəmməd İbn İsa İbn Sura ət-Tirmizi. H. 209-cu il
Amudərya çayının yaxınlığında yerləşən Tirmiz şəhərində
dünyaya gəlmişdir. İmam Buxari kimi alimdən dərs almış və əl-
Cəmi əsərini yazmışdır. Sonralar isə bu əsərin adını dəyişərək
Sünən ət-Tirmizi adlandırılmışdır. Əsər özündə 4000 hədis
toplamışdır. İmam – rahmətullahi aleyhi – deyir ki: “Kimin evində
bu kitab olarsa elə bil ki, o evdə danışan Peyğəmbər vardır”. Allahı
çox yad etdiyinə görə çox da ağlayardı. Buna görə də ömrünün
sonlarına yaxın gözləri tutulur. Imam Şövkəni – rahmətullahi aleyhi
– deyir: “Tirmizinin bu əsəri kitablar içərisində ən yaxşısı, ən çox
faydalısı, tərtib baxımından ən gözəli və təkrara ən az yer
verilənidir. Həmçinin bu kitabda başqalarında qeyd olunmayan
məzhəb nəzər nöqtələri, hədislərdən nəticə çıxarma metodikaları,
fəslə münasib digər hədislərin də olduğuna işarə etmə, hədislərin
173
səhih, həsən, ğərib və ya zəif kimi növlərinin bəyanı və “tənqid və
tərif” (cərh və tədil) elminə aid müzakirələr vardır”. Ibn Salah –
rahmətullahi aleyhi – deyir: “Əbu Isa Tirmizinin kitabı həsən
hədislərin əsas mənbəyidir. Ilk olaraq bu termini o işlətmiş və əl-
Cəmi əsərində ondan cox istifadə etmişdir”. H. 279-cu il Rəcəb
ayının 13 dünyasını dəyişir.
Əhməd İbn Əli Ən-Nəsəi
- rahmətullahi aleyhi -
Əhməd İbn Şuayb İbn Əli İbn Bəhr İbn Sinan İbn Dinardır.
Ləqəbi Əbu AbdurRahmandır. Nəsa adlanan yerdəndir. Hədisdə
hafizlik dərəcəsinə çatmışdır. H. 214 və ya 215-ci ildəndir.
Xorasanda Nəsa adlanan bir qəsəbədə doğulmuşdur. Nəsa –
Sərahsə iki günlük, Mərvə beş günlük, Əlyurda bir günlük,
Nişapura altı və ya yeddi günlük bir məsafədədir. Bu qəsəbədən
çox məşhur alimlər yetişmişdir. Bu qəsəbəyə Nəsa deyilməsinin
səbəbi bu cür açıqlanır. İslam orduları Xorasana daxil olduqları
zaman bu qəsəbəyə doğru irəliyər. Xəbərdar olan xalq qəsəbəni
tərk edərdilər. Qəsəbədə qadınlardan başqa heç kimsə qalmazdı.
İslam orduları qəsəbəyə daxil olduqları zaman orada bir dənə də
belə kişi görməzdilər. Bunlar qadındırlar, qadınlarla da
döyüşülməz! Deyərək oranı tərk edərdilər. Buna görə də Nəsa –
unudulan və içində sadəcə qadınların olduğu şəhər adlanır. Buna
nisbət edilərək də Nəsa adlandırılmışdır. Nəsəi – rahmətullahi aleyhi
– Şəfii məzhəbindəndir. Müəllimləri: İshaq İbn Rahaveyh, İshaq
İbn Həbib İbn Şəhid, Süleyman İbn Əşas, İsalə İbn Şahin, əl-Xaris
İbn Miskin, İsahq İbn Mənsur əl-Kevsec, Mahmud İbn Ğaylan,
Quteybə İbn Səid, İshaq İbn Musa əl-Ənsari, İbrahim İbn Səid əl-
Cevheri, İbrahim İbn Yaqub əl-Cuzcani, Muhəmməd İbn Bəşir, Əli
İbn Həcər, Əbu Davud əs-Sicistani, Əli İbn Həşrəm, Mücahid İbn
Musa, Əhməd İbn Bəkkar İbn Əbu Meymunə, əl-Həsən İbn
Muhəmməd İbn əz-Zəfərani və Əhməd İbn Abde – Allah onların
174
razı olsun - dən hədis öyrənmişdir. Şama gəlmiş Hişam İbn Ammar
və Duhaym – Allah onlardan razı olsun – hədis öyrənmişdir.
Həmçinin Xorasan, Hicaz, İraq, Cəzirə, Şam və Misir
mühəddislərindən də dərs almışdır. Bir çox kimsə İmam Nəsəidən
hədis öyrənmiş və rəvayət etmişdir. İmam Əbul Qasım ət-
Təbərani, Əbu Əli əl-Hüseyn İbn Əli əl-Hafiz ən-Neyamuzi ət-
Təbərani, Əhməd İbn Umeyr İbn Cevsə, Muhəmməd İbn Cəfər İbn
Kilas, Əbul Qasım İbn Əbul Ukb, Əbul Meymun İbn Rəşid, Əbul
Həsən İbn Həzləm, Əbu Səid əl-Arabi, İmam Cəfər ət-Tahavi,
Muhəmməd İbn Harun İbn Şuayb, İbrahim İbn Muhəmməd İbn
Saleh İbn Sinan, Əbu Bəkr Əhməd İbn İshaq əs-Sünni əl-Hafiz
hədis öyrənib və rəvayət etmişlər. Ət-Tacus Subki müəllimi Hafiz
Zəhəbidən və atası Şeyx İmam Subkidən – rahmətullahi aleyhi –
rəvayət edir ki: «İmam AbdurRahman Nəsəi Səhihin müəllifi olan
İmam Müslimdən daha çox hədis əzbərdən bilirdi. Nəsəinin
Sünnəni Buxari və Müslimin səhihindən sonra ən az zəif hədis olan
hədis kitabıdır». Müctəba – İbnul Əsir – rahmətullahi aleyhi – deyir
ki: Bir hökmüdar İmam Nəsəiyə: «Kitabdakı hədislərin hamısı
səhihdir?». O: Xeyr» deyə cavab verdi. Hökmüdar Nəsəidən
kitabdakı hədislərin səhih olanlarını ayırmasını istədi. O, da
Sünnənul Kubradakı hədisləri əl-Muctəba adını verdiyi bir kitabda
topladı. Bu kitab altı böyük hədis kitabından biridir.
Muhəddislərin Kutubu Xamsə – beş kitab, Usulul Xamsə - Beş ana
kitab dedikləri hədis kitabları Buxari, Müslim, Əbu Davud,
Tirmizi, Muctəba Nəsaidir. İmam Nəsəi H. 303-cü ilində Şaban
ayında 88-89 yaşında ikən dünyasını dəyişmişdir. Harada öldüyü
ixtilaflıdır. Fələstinin Rəmlə şəhərində vəfat etdiyi söylənilir.
Bəziləri isə Məkkədə vəfat etdiyini və Səfa və Mərva arasında dəfn
edildiyini də söyləyirlər. İmam Nəsəi H. 302-ci ildə Misirdən Şama
gəlmişdir. Şamdakı Muaviyə tərəfdarları Muaviyənin, Əlidən
üstün olub-olmadığını soruşurlar. Bundan sonra Muaviyə
tərəfdarları tərəfində döyülmüş və Rəmləyə gətrilərək orada da
dünyasını dəyişmişdir. Əbul Həsən Daraqutni deyir ki: «İmam
175
Nəsəi Şamda Muaviyə tərəfdarları tərəfindən döyülmüşdür.
Bundan sonra Məkkəyə gətrilməsini istəmiş və orada da dünyasını
dəyişmişdir».
Dostları ilə paylaş: |