Qədər Barəsində Etiqadı
İbnul Cevzi “Mənakib” əsərində İmam Əhmədin, Musəddədə
yazdığı məktubu zikr edərək bu ifadələri qeyd edir: “Xeyriylə
190
“əl-Aqli vən-Nəqli” 2/30.
191
“Təbəqatul Hənəbilə” 1/59, 145.
192
“Təbəqatul Hənəbilə” 1/185.
193
“Şərhu Usuli Etiqadi” 1/157.
123
şəriylə, acısı və şiriniylə qədərin Allahdan olduğuna iman
edərik”
194
.
Xəlləl, Əbu Bəkr əl-Mərvəzidən belə ediyini rəvayət edir: Əbu
Abdullaha soruşulan bir suala: Xeyir və şər qullar haqqında təqdir
edilmişdir – dedi. Ona: “Allah xeyir və şəri yaratmışdırmı?”
dedilər. İmam: “Bəli, həm də onu Allah təqdir etmişdir” deyə
cavab verdi
195
.
İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Xeyri və şəriylə,
acısı və şirini ilə, azı və çoxu ilə, gizli və aşkar olanı ilə, sevimli və
sevimli olmayan, pisi və yaxşısı ilə, birinci və axırıncı (əvvəli və
axırı) ilə Allahın qədərilədir. O, qulları haqqında belə hökm vermiş
və belə təqdir etmişdir. Onlardan heç kimə Allahın diləməsindən
kənara çıxa bilməz. Heç bir kimsə Onun Qəza və hökmünü aşıb
qaça da bilməz”
196
.
Xəllal, Muhəmməd İbn Əbi Harundan, o da Əbul Hərisdən belə
dediyini rəvayət edir: Əbu Abdullahın belə dediyini dinlədim:
Əziz və Cəlil olan Allah itaəti və üsyanları təqdir etdiyi kimi xeyri
və şəridə təqdir etmişdir. Xoşbəxt olaraq yazılmış bir kimsə
xoşbəxtdir, bədbəxt olaraq yazılmış bir kimsə də bədbəxtdir”
197
.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - dedi ki, Əli İbn
Cəhmin ona: Qədəriyyə görüşünü qəbul edən kimsə kafir olurmu?
Deyə soruşduğu suala atamın belə cavab verdiyini gördüm: “Əgər
Allahın elmini inkar edərək “Allah Alim deyildir”, o vaxta qədər
ki, Elmi yaratdı və bununla bilmiş oldu” deyib Allahın əzəli elmini
inkar edərsə kafir olar”
198
.
194
“Mənakibu İmam Əhməd” s. 169-172.
195
Xəllal “Sunnə” vr. 85.
196
“Sunnə” s. 68.
197
Xəllal “Sunnə” vr. 85.
198
“Sunnə” s. 119.
124
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Atamdan
Qədəriyyəyə mənsub bir kimsnin arxasında namaz qılmağa nə
deyirsən?” deyə soruşulduqda atam: “Əgər bu mövzuda mübahisə
edən və buna dəvət edən biridirsə arxasında namaz qılma”
199
.
İman Barəsində Etiqadı
İbn Əbu Yəla, İmam Əhmədin – rahmətullahi aleyhi - belə
dediyini rəvayət edir: “İmanın ən fəzilətli xüsusiyyətlərindən Allah
üçün sevmək və Allah üçün nifrət etmkdir”
200
.
İbnul Cevzi, İmam Əhmədin – rahmətullahi aleyhi - belə dediyini
rəvayət edir: “İman bu hədisdə deyildiyi kimi artar və əskilər.
“İman baxımından möminlərin ən kamil olanı əxlaqı ən gözəl
olandır”
201
.
202
.
əl-Xəlləl, Suleyman İbn Əşasdan
203
rəvayət edir ki, Əbu
Abdullah dedi ki: “Namaz, zəkat. Həcc və yaxşı əməllər
imandandır. Günahlar da imanı azaldır”
204
.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - deyir ki, atamdan:
“İman – söz və əməldir, artar və əskiər deyib istisna (İnşəallah mən
möminəm) deməyən kimsə Murciyədirmi?” deyə soruşdum.
İmam: “Ümid edirəm ki, Murciyə deyildir”. Mən atamın belə
dediyini də dinlədim: “İstisna etməyən kimsələrə dəlil
199
“Sunnə” 1/384.
200
“Təbəqatul Hənəbilə” 2/275.
201
Əhməd “Musnəd” 2/250, Əbu Davud 5/60/H. 4682, Tirmizi 3/466/H. 1162, əl-Albani
“Həsən Səhih”.
202
“Mənakibu İmam Əhməd” s. 173, s. 153, 168.
203
Suleyman İbn Əşas İbn İshaq əs-Sicistani. “Sünən” əsərinin müəllifidir. Zəhəbi deyir ki:
“İmam, olduqca sağlam və hafizəli bir kimsədir”. H. 275-ci ildə vəfat etmişdir. “Təzkiratul
Huffaz” 2/591, “Tarixu Bağdadi” 9/55.
204
əl-Xəlləl “Sunnə” vr. 96.
125
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – qəbirdəkilərə: “İnşəallah!
Biz də sizə qovuşacağıq” deyə buyurmasıdır
205
.
206
.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - dedi ki, atamdan
Murciyə barəsində sual soruşulduqda dedi: “Biz deyirik ki: İman –
söz və əməldir, artar və əskilər. Bir kimsə zina edər, içki içərsə
imanı əskilər”
207
.
Səhabələr Barəsində Etiqadı
İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Sünnətin
əsaslarından biri də Peyğəmbərin – sallallahu aleyhi və səlləm –
bütün səhabələrinin gözəlliklərini dilə gətirmək (bu barədə
danışmaq), onların qüsurlarını danışmaqdan və aralarında baş
verən
anlaşılmazlıqları
dilə
gətirməkdən
çəkinməkdir.
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabələrindən hər hansı
birini söyən bir kimsə bidətçi, pis və kobud bir Bidətçidir,
mədəniyyətsizin biridir. Allah ondan nə bir nafilə, nə də fərz qəbul
etməz. Əksinə onları sevmək sünnət, onlara dua etmək Allaha
yaxınlaşdırıcı bir əməl, onlara tabe olmaq (Allahın razılığnı)
qazandıran bir yol, onların izlərini təqib etmək (yəni onlardan
gələn əsərləri qəbul etmək) fəzilətdir”. Daha sonra: “Dörd
xəlifədən sonra yerdə qalan bütün səhabələr insanların ən
xeyirliləridir. Hər hansı bir kimsənin onların pisliklərini söz etməsi,
hər hansı bir qüsur və naqislik səbəbilə onlardan birinə dil
uzatması qadağandır. Kim belə bir şey edərsə əmirin onu
cəzalandırması vacibdir və belə bir kimsəni bağışlaması da caiz
deyildir və ya haqqı yoxdur”
208
.
205
Müslim 974.
206
Abdullah “Sunnə” 1/307-308.
207
Abdullah “Sunnə” 1/307.
208
İmam Əhməd “Sunnə” s. 77-78.
126
İbnul Cevzi, Əhmədin – rahmətullahi aleyhi - Musəddədə yazdığı
məktubunda bu ifadələr olduğunu qeyd edir: “Əbu Bəkr, Ömər,
Osman, Əli, Təlhə, Zubeyr, Sad, Səid, AbdurRahman İbn Auf, Əbu
Ubeydə İbn Cərrahdan – Allah onlardan razı olsun - ibarət olan on
nəfərin Cənnətlik olduğuna şahidlik et! Peyğəmbərin – sallallahu
aleyhi və səlləm – Cənnətlik olduğu kimsələrin Cənnətlik
olduqlarına biz də şahidlik edirik”
209
.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - dedi ki, atamdan
imamlar barəsində sual soruşdum o dedi: “Öncə Əbu Bəkr, sonra
Ömər, sonra Osman, sonra Əlidir – Allah onlardan razı olsun - ”
210
.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - dedi ki, atamdan:
“Əli – radıyallahu anhu - Xəlifə deyildir” deyən kimsə barəsində
soruşdum o: “Bu yaramaz və rədd edilən bir sözdür” dedi
211
.
İbnul Cevzi, İmam Əhməddən – rahmətullahi aleyhi - rəvayət edir
ki: “Hər kim Əlinin – radıyallahu anhu - xəlifəliyini qəbul etməzsə
(təsdiq etməzsə) öz eşşəyidən də azğın bir kimsədir”
212
.
İbn Əbu Yəla, İmam Əhmədin – rahmətullahi aleyhi - belə
dediyini rəvayət edir: “Əlinin – radıyallahu anhu - dördüncü xəlifə
olduğunu qəbul etməyən bir kimsə ilə danışmayın və ona qız da
verməyin”
213
.
Kəlam Barəsində Sözləri
209
İbnul Cevzi “Mənakibu İmam Əhməd” s. 175.
210
“Sunnə” s. 235.
211
“Sunnə” s. 235.
212
“Mənakibu İmam Əhməd” s. 163.
213
“Təbəqatul Hənəbilə” 1/45.
127
İbn Batta, Əbu Bəkr əl-Mərvəzidən rəvayət edir ki, Əbu
Abdullahın belə dediyini dinlədim: “Kim kəlamla məşğul olarsa
müvəffəq olmaz və kəlamla məşğul olanın Cəhmi olması uzaq
deyildir”
214
.
İbn Abdul Bərr, İmam Əhmədin belə dediyini rəvayət edir:
“Kəlamla məşğul olan kimsə müvəffəq olmaz və kəlamla məşğul
olub qəlbində rahatlıq tapan kimsəni heç görməzsən”
215
.
əl-Hərəvi, Abdullah İbn Əhməddən – rahmətullahi aleyhi -
rəvayət edir ki, atam Ubeydullah İbn Yəhyə İbn Hakana
216
bunları
yazdı: “Mən kəlamla məşğul olan bir kimsə (kəlam əhli) deyiləm
və mən Allahın kitabında və Peyğəmbərin – sallallahu aleyhi və
səlləm – hədislərində olanlardan başqasını da məqsədəuyğun
(faydalı) görmürəm. Bunlardan qeyri şeylər barəsində söz
söyləmək isə təriflənən bir şey deyildir”
217
.
İbnul Cevzi, Musa İbn Abdullah ət-Tarsusidən rəvayət edir ki,
İmam Əhmədin – rahmətullahi aleyhi - belə dediyini dinlədim:
“Kəlam əhli sünnəti müdafiə etsələr belə onlarla oturmayn”
218
.
İbn Batta, Əbul Harik əs-Sayığdan rəvayət edir ki: “Hər kim
kəlamı sevərsə qəlbindən çıxmaz. Sən kəlamla məşğul olan bir
kimsəni heç vaxt müvəffəq olduğunu görməzsən”
219
.
214
“əl-İbanə” 2/538.
215
“Camiul Bəyanil Elm” 2/95.
216
Əbul Həsən Ubeydullah İbn Yəhyə İbn Hakan ət-Turki əl-Bağdadi. Zəhəbi – rahmətullahi
aleyhi - deyir ki: “Mutəvəkkil və Mutəamidə yanında vəzirlik etmişdir. Böyük bir vəzirdir.
Olduqca comərd və alicənab bir kimsə idi”. H. 263-cü ildə vəfat etmişdir. Zəhəbi “Siyer”
13/9, “Təbəqatul Hənəbilə” 1/204.
217
“Zəmmul Kəlam” vr. 219.
218
“Mənakibu İmam Əhməd” s. 205.
219
əl-İbanə 2/539.
128
İbn Batta, Ubeydullah İbn Hənbəldən rəvayət edir ki, atam
mənə dedi ki: “Əbu Abdullahın belə dediyini dinlədim: “Sünnətə
və hədislərə sarılın, Allah da sizə xeyir verər. (dini) mövzulada
münaqişələrə vararaq dərinliyə dalma, kəlamı sevən heç vaxt
müvəffəq olmaz. Kim kəlam ilə məşğul olarsa sonda bidətlərə
düşər. Çünki kəlam xeyirə çağırmaz. Mən kəlamı və mübahisni
sevmirəm”. Sizlərə sünnətə, əsərlərə və fayda aldığınız fiqhə
sarılmağı tövsiyə edirəm. Mübahisələri və şübhəli olan kimsələrin
sözlərini tərk edin. Bizim bildiyimiz kimsələr bu cür şeyləri bilməz
və kəlamdan da uzaq idilər. Kəlamın aqibəti (sonu) xeyir deyildir.
Allah bizi də sizi də fitnədən qorusun. Biziləri də sizləri də həlaka
aparan hər bir yoldan qorusun”
220
.
İbn Batta, İmam Əhmədin – rahmətullahi aleyhi - belə dediyini
rəvayət edir: “Bir adamın kəlamı sevdiyini görsən ondan uzaq
ol!”
221
.
İmam Əhmədin – rahmətullahi aleyhi - Musəddəd İbn Musərhədə
göndərdiyi məktubda deyilir: Allah bizi və sizi razı olduğu şeylər
üzərində sabit etsin və qəzəb etdiyi hər şeydən qorusun. Bizi və
sizi Onu bilənlərin və Ondan qorxanların əməlləri kimi əməl
etməyə müvəffəq etsin! Sizə və öz nəfsimə Uca Allahı təqvasını,
Sünnət və Cəmaata sarılmağı tövsiyə edirəm. Buna müxalif
olanların başına nə gəldiyini bilirsiniz. Sizə heç bir şeyi Allahın
kəlamı olan Quranın qarşısına keçirməməyi əmr edirəm. Allahın
kəlamı məxluq deyildir. Keçmiş zamana dair verilən xəbərlər
məxluq deyildir. Lövhi Məhfuzda olan şeylər məxluq deyildir.
Məxluqdur deyən Allaha küfr etmişdir. Bunlara təkfir etməyənlər
kafirdir. Qurandan sonra Peyğəmbərin – sallallahu aleyhi və səlləm –
sünnəti, səhabələrinin və onlardan sonra da Tabiinin rəvayət
etdikləri gəlir. Peyğəmbərlərin gətirdiklərini təsdiq etməklə
220
əl-İbanə 2/539.
221
əl-İbanə 2/539.
129
məhsuluq. Sünnətə tabe olmaq qurtuluşdur. İman - söz və əməldir,
artar və əskilər. Yaxşlıq etdiyin zaman artar, pislik etdiyin zaman
da azalır. Kişi İslamdan imana çıxar və tövbə etdiyi zaman təkrar
imana qayıdar. Laqeyidlik və təmbəllik səbəbilə fərzləri tərk
edənlərin işləri Allaha qalmışdır. Dilərsə əff edər, dilərsə əzab
edər. Xeyir və Şərilə bərabər qəza və qədərə iman edərik. Şirini və
acısı da Allahdandır. Cənnətin nemətləri daimidir, Cənnətin daimi
olmadığını söyləyən kafirdir. Allah Cəhənnəm və Cənnətin əhlini
də yaratdı. Cəhənnəmin əzabı da daimidir. Allah bir topluluğu
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – şəfaəti ilə Cəhənnəmdən
çıxaracaqdır. Cənnət xalqı Rəblərini gözləriylə görəcəklər. Allah
Musa - əleyhissəlam - ilə danışdı. İbrahimi Özünə dost etdi. Mizan
haqdır, Sırat haqdır, Peyğəmbərlər haqdır, Məryəmin oğlu İsa
Allahın qulu və Rəsuludur, Hovuz və Şəfaətə iman edərik. Ərş və
Kursiyə iman edərik. Sura üfürülməsinə iman edərik. Sur İsraflin
üfürdüyü buynuzdur. Mədinədə olan və yanında Əbu Bəkr və
Ömərin bilinən qəbri Peyğəmbərin – sallallahu aleyhi və səlləm –
qəbridir. Qulların qəlbləri Allahın barmaqlarından iki barmağı
arasındadır. Dəccəl bu ümmətin vaxtında çıxacaqdır. İsa -
əleyhissəlam - onu Lud qapısı yaxınlığında öldürəcəkdir. Əhli
Sünnət əhlinin rədd etdiyi şeylər pisdir. Bütün bidətlərdən çəkinin.
Peyğəmbərdən - əleyhissəlam - sonra gözlər Əbu Bəkrdən xeyirlisini
görmdi. Ondan sonra gözlər Öməri. Ondan sonra Osmandan
xeyirlisini görmədi. Bunlar Rəşidi Xəlifələrdir. Peyğəmbərin -
əleyhissəlam - Cənnətlə müjdələdiyi on kişi bunlardır: Əbu Bəkr,
Ömər, Osman, Əli, Təlhə, Zubeyr, Sad, Səid, AbdurRahman İbn
Auf, Əbu Ubeydə İbn Cərrah – Allah onlardan razı olsun -. Namazda
əlləri qaldırmaq və imamın “VələdDalin” deməsindən sonra səsli
olaraq Amin demək gözəldir. Müsəlmanların imamları üçün dua
edilir və onlara qarşı çıxılmaz. Fitnə zamanı döyüşdə iştirak
edilməz. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Cənnətlə
müjdələdiyi on kişidən başqa bir kimsə üçün Cənnətlikdir və ya
Cəhənnəmikdir deyilməz. Allah Özünü necə vəsf edirsə siz də Onu
130
elə vəsf edin. Allahın Özündən nəhy etdiyini siz də Ondan nəhy
edin. Həva əhli ilə mübahisə etməkdən və Peyğəmbərin – sallallahu
aleyhi və səlləm – səhabələri haqqında pis zənn etməkdən çəkin.
Onların aralarında baş verən pis hallardan deyil fəzilətlərindən
danış. Din barəsində bidət əhli ilə danışmayın və onlarla Səfər
etməyin. Vəlisinin izni olmadan və iki şahid olmadan nigah
etməyin. Muta nigahı Qiyamətə qədər haramdır. Muttəqi və Facir
imamın arxasında beş namaz, cümə və bayram namazlarını qılın.
Əhli qiblədən vəfat edən hər kəsin namazını qılın. Onların hesbları
isə Allaha qalmışdır. Cihad və ya Həcc edən imamla birlikdə çıxın.
Cənazə təkbiri dorddür. Əgər imam Əli İbn Əbu Talib – radıyallahu
anhu - kimi beş təkbir gətirsə siz də onunla bərabər gətirin. Müsafir
üçün məsh üç gün üç gecədir. Muqim olan kimsə üçün bir gün bir
gecə. Bayram namazından əvvəl nafilə qılınmaz. Məscidə girdikdə
iki rükət Təhiyyət qılmadan oturma. Vitr bir rükət, iqamə də
təkdir. Əhli Sünnəti sev! Allah bizi və sizi də İslam və Sünnət üzərə
öldürsün. Bizi və sizi də elmlə ruziləndirsin, sevdiyi və razı olduğu
əməllər etməyə müvəffəq etsin”
222
.
Təqlid Barəsində Sözləri
İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Məni təqlid etmə.
Məliki, Şəfiini, Əvzaini, Söurini təqlid etmə. Sən da onların elm
aldığı qaynaqlardan elm al»
223
.
İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Dini məsələlərdə
alimlərdən hər hansı birini təqlid etmə. Peyğəmbər - sallallahu
aleyhi və səlləm – və Onun Səhabələrindən nə gəlmişsə onu al.
Səhabələrdən sonra Tabiin nəsli gəlir ki, bir alim bunların
görüşünü alıb, almamaqda sərbəsdir»
224
.
222
İbn Batta “İbanə”, İbnul Cevzi “Mənakibu İmam Əhməd” s. 216.
223
Fullani 113, İbn Qeyyim «İlam» 2/302.
224
Əbu Davud «Məsailul İmam Əhməd» s. 276-277.
131
İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Kim Peyğəmbər -
sallallahu aleyhi və səlləm – in hədisini rədd edərsə o, həlak
yolundadır»
225
.
Muhəmməd İbn İsmail Əl-Buxari
- rahmətullahi aleyhi -
Əbu Abdullah Muhəmməd İbn İsmail İbn İbrahim İbn əl-
Muğira İbn Bərdizbəh əl-Cufi əl-Buxari. Hədis elmində
Muhəddislərin əmiri sayılır. H. 194-ci il Şəvval ayının 11 Buxara
şəhərində (Bəzi rəvayətlərdə: Bəhratəng adlı Buxaraya yaxın bir
kənddə) dünyaya göz açmışdır. Çox kiçik yaşlarından hədis elmini
öyrənməyə başlamış və bu səbəbdən də elm almaq üçün dünyanın
bir çox ölkələrini dolaşmışdır. O, uşaq ikən kor olur. Anası gecə-
gündüz oğlu üçün dua edir və Uca Allah onun görmə qabiliyyətini
qaytarır. Anası hicrətin 210-cu ilində onu və qardaşı Əhmədi Həccə
aparır və hədis elminə olan həvəsinə görə onu Məkkə şəhərində
qoyub gedir. Tarixçilər qeyd edirlər ki, o zaman Buxari artıq yetmiş
min hədis əzbər bilirdi. Artıq 18 yaşında o «Tarix» kitabını yazır.
Sonralar hədisləri toplamaq üçün o Şam, Misir, Bəsrə, Hicaz, Kufə,
Bağdad və bir çox başqa yerlərə səyahət edir. İbn Kəsir demişdir:
«O, bir dəfə kitaba baxmaqla (oxumaqla) onu əzbərləyərdi». İbn
Mücahid – rahmətullahi aleyhi – demişdir: «Muhəmməd İbn
Səlləmin yanında idim. O mənə dedi: – Bir az əvvəl gəlmiş
olsaydın, sənə yetmiş min hədis əzbər bilən uşağı göstərərdim».
Quteybə İbn Səid – rahmətullahi aleyhi – demişdir: «Fəqihlərlə,
zahidlərlə və abidlərlə oldum, lakin Muhəmməd İbn İsmail
kimisini görmədim. O, öz zamanında Ömər – radıyallahu anhu -
kimi idi». Tirmizi – rahmətullahi aleyhi – demişdir: «Sənəd (Hədisin
mətninə qədər sadalanan ravilərin (yəni hədisi rəvayət edən
225
İbn Abdil Bərr «Cəm» 2/149, İbnul Cövzi s. 182.
132
kəslərin) silsiləsinin araşdırılması) və iləl (Hədisin sənədində və ya
mətnində olan və onu zəiflədə biləcək amillərin araşdırılması)
elmində Muhəmməd İbn İsmail kimisini görmədim».
Əhməd İbn
Hənbəl, Yəhyə İbn Məin, İbn əl-Mədini, əl-Həmidi və s. kimi
muhəddislərdən hədis rəvayət etmişdir. Onun tələbələrindən
məşhur Müslim, Nəsai, Tirmizi, əl-Firabridir. Əsərlərindən “Tarix
əl-Kəbir”, “Ədəbul Mufrad” və s. Lakin bu əsərlərin içərisində
xüsusi bir yeri tutan “əl-Cəmis Səhih” əsəridir. Bu əsərdə 7563
hədis toplanmışdır ki, müəllif bu hədisləri 600000 min hədisin
içərisindən seçmişdir. Imam Buxari – rahmətullahi aleyhi – bu
əsərinə topladığı hər bir hədisi iki rükət istixarə namazı qıldıqdan
sonra yazmışdır. Buxari «əs-Səhih» əsərini iki əsas səbəbə görə
yazmışdır – O rəvayət edir ki, biz İshaq İbn Rəhaveyhin yanında
idik. O bizə dedi: «Yaxşı olardı ki, Peyğəmbərin - sallallahu aleyhi və
səlləm – sünnəsi barəsində səhih kitab tərtib edəsiniz». Onun təklifi
çox xoşuma gəldi və «əl-Cəmius Səhih» kitabını tərtib etməyə
başladım. – O rəvayət edir ki, bir dəfə mən Peyğəmbəri - sallallahu
aleyhi və səlləm – yuxuda gördüm. Əlimdəki yelpiklə onu
yelpikləyir və üzərinə qonan milçəkləri ondan uzaqlaşdırırdım.
Alimlərdən gördüyüm yuxu barəsində soruşduqda onlar mənə
dedi ki, sən Peyğəmbərin - sallallahu aleyhi və səlləm – adından
istifadə olunaraq uydurulan rəvayətləri ondan uzaqlaşdıracaqsan.
Bu da mötəbər hədisləri cəm etməyim üçün bir səbəb oldu.
Buxaridə – İbn Salaha – rahmətullahi aleyhi – görə təkrarla birlikdə
7275 hədis, təkrarsız 4000 hədis, Muttasıl sənədlərlə gələn hədislər
təkrarsız 2602. İbn Həcərə – rahmətullahi aleyhi – görə 7397 hədis,
1341 Muallaq, 341 Mutabi hədis. Ümumi olaraq 9082 hədis vardır.
Muhəmməd İbn Fuad Abdulbakini təkrarla Muttasıl 7563 hədis
vardır. Müxtəsər Buxaridə isə təkrarsız 2226 hədis vardır. Bu kitab
Qurani Kərimdən sonra ən səhih və etibarlı kitab sayılır. Müəllif –
rahmətullahi aleyhi – deyir ki: Mən bu kitabda yalnız səhih olan
hədisləri qeyd etmişəm. Halbuki mən 100000 min səhih, 200000
min isə zəif hədis bilirəm. Mən 1000 yaxın şeyxlərdən hədis
133
toplamışam və elə bir hədis yoxdur ki, mən onun ravilər silsiləsini
əzbərdən bilməyim. Hafiz ləqəbli alim Zəhəbi – rahmətullahi aleyhi –
demişdir: “Buxarinin “Cəmius-Səhih” adlı əsərinə gəlincə o,
İslamın ən möhtəşəm kitablarındandır. O, uca Allahın kitabından
sonra ən əfzəl kitabdır. İnsan onu dinləmək üçün min fərsəx yol qət
etsə belə bu səfərlə vaxtını zay etmiş sayılmaz”. H. 256-cı il 30
Ramazan ayında Səmərqəndə dünyasını dəyişmişdir.
Lələkai – rahmətullahi aleyhi – dedi ki: Bizə Əhməd İbn
Muhəmməd İbn Hafs əlHərəvi xəbər verdi ki: Bizə Muhəmməd İbn
Əhməd İbn Muhəmməd İbn Sələmə dedi ki: Bizə Əbu Huseyn İbn
Muhəmməd İbn İman İbn Musa əl-Curcani dedi ki: Mən Əbu
Muhəmməd AbdurRahman İbn Muhəmməd İbn AbdurRahman əl-
Buxarini Şaşda belə deyərkən dinlədim: Əbu Abdullah
Muhəmməd İbn İsmail əl-Buxarini – rahmətullahi aleyhi – belə
deyərkən dinlədim: Hicaz, Məkkə, Mədinə, Kufə, Bəsrə, Vasit,
Bağdad, Şam və Misi elm əhlindən 1000-dən çox kişi ilə
qarşılaşdım. Onlarla bir neçə il ərzində dəfələrlə görüşdüm. Bir
neçə ilə Şamlılarla, Misir və Cəzirəlilərlə iki dəfə, Bəsrəlilərlə dörd
dəfə, Hicazda altı il qaldım. Xorasan, Kuffə və Bağdadda hədis
alimləriylə neçə dəfə görüşdüyümün sayını xatırlamıram. Məkki
İbn İbrahim, Yəhyə İbn Yəhyə, Əli İbn əl-Həsən İbn Şaqiq, Qutybə
İbn Səid və Şihab İbn Məmər – Allah onlardan razı olsun -
bunlardandır.
Şamda Muhəmməd İbn Yusuf əl-Firyabi, Əbu Mushir AbdulAla
İbn Mushir, Əbu Muğirə AbdulQuddus İbn əl-Həccəc, Əbul
Yəmən əl-Həkəm İbn Nəfi – Allah onlardan razı olsun - və digər bir
çoxları ilə qarşılaşdım.
Misirdə Yəhyə İbn Kəsir, Leys İbn Sadın katibi Əbu Salih, Səid
İbn Əbi Məryəm, Əşhəd İbn əl-Fərh və Nuaym İbn Həmməd –
Allah onlardan razı olsun - ilə görüşdüm.
134
Məkkədə Abdullah İbn Yəzid əl-Mikri əl-Humeydi, Məkkə
qazisi Suleyman İbn Hərb və Əhməd İbn Muhəmməd əl-Əzraki –
Allah onlardan razı olsun -.
Mədinədə İsmail İbn Əbi Uveys, Mutarrif İbn Abdullah,
Abdullah İbn Nifa əz-Zubeyri, Əhməd İbn Əbu Bəkr Əbu Musab
əz-Zuhri, İbrahim İbn Həmzə əz-Zubeyri və İbrahim İbn əl-Munzir
əl-Hizami – Allah onlardan razı olsun -.
Bəsrədə Əbu Asim əd-Dahhaq İbn Mahləd əş-Şeybani, Əbul
Vəlid İbn Hişam İbn AbdulMəlik, əl-Həccacİbn əl-Minhal və Əli
İbn Abdullah İbn Cəfər əl-Mədəni – Allah onlardan razı olsun -.
Kufədə Əbu Nuaym əl-Fadl İbn Dukeyn, Ubeydullah İbn Musa,
Əhməd İbn Yunus, Kabisa İbn Ukbə, İbn Numeyr, Əbu Şeybənin
iki oğlu Abdullah və Osman – Allah onlardan razı olsun - ilə.
Bağdada Əhməd İbn Hənbəl, Yəhyə İbn Məin, Əbu Mamər, Əbu
Heysəmə və Əbu Ubeyd əl-Qasim İbn Səlləm – Allah onlardan razı
olsun - ilə.
Cəzirədə Amr İn Xalid əl-Hərrani – Allah onlardan razı olsun - ilə.
Vasittə Amr İbn Asim İbn Əli İbn Asim – Allah onlardan razı
olsun - ilə.
Mərvədə Sadaka İbn əl-Fadl və İshaq İbn İbrahim əl-Hənzəli –
Allah onlardan razı olsun - ilə qarşılaşdım.
Bunların İsimlərini verməklə kifayətlənməyimizin səbəbi sözü
qısa edərək bu kimsələrin aşağıda sizə zikr etdiyim xüsuslada eyni
eiqada sahib olmalarıdır.
Din söz və əməldir. Bunun səbəbi də Uca Allahın buyurduğu:
“Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona
məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər,
namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!”. (əl-
Bəyyinə 5). Quran Allahın kəlamıdır və məxluq deyildir. Allah:
“Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra
da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə
örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də
Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur.
135
Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”. (əl-Əraf 54). Uca
Allah yaratmağın əmirdən olduğunu bəyan etməsidir. Allah
buyurdu: “Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur.
Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”. (əl-Əraf 54). Xeyir və
Şər qədər səbəbilə meydana gəlir. Allah buyurdu: “De: "Sığınıram
sübhün Rəbbinə! Məxluqatının şərindən”. (əl-Fələq 1,2). “Halbuki
sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!". (əs-Saffət
96). Allah buyurur: “Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq”.
(əl-Qəmər 49).
Qarşılaşdığım elm adamları hər hansı bir günah səbəbilə qiblə
əhlindən heç kimsəni təkfir etməzlər. Uca Allah buyurdu: “Şübhə
yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi
şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan
şəxs, əlbəttə, böyük günah etmiş olur”. (ən-Nisa 48).
Onlardan hər hansı birisinin də Muhəmmədin - sallallahu aleyhi
və səlləm – səhabələrinə dil uzatdığını da görmədim. Aişə -
radıyallahu anhu - dedi ki: “Onlara möminlərə, onlara səhabələrə
məğfirət diləmələri əmr edilmişdir. Uca Allah buyurdu:
“Səhabələrdən sonra gələnlər deyirlər: "Onlardan (mühacirlərdən
və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və
bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim
qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey
Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!". (əl-Həşr
10).
Yenə qarşılaşdığım bu kimsələr Peyğəmbərin - sallallahu aleyhi və
səlləm – və səhabələrinin etmədikləri bidətlərdən (insanları)
çəkindirirdilər. Uca Allah buyurdu: “(Ey müsəlmanlar!) İçərinizdə
(insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis
əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat),
həqiqətən nicat tapmış şəxslərdir”. (Ali İmran 104). “...Əgər ona
itaət etsəniz, doğru yola yönəlmiş olarsınız...”. (ən-Nur 54).
Peyğəmbərin - sallallahu aleyhi və səlləm – və ona uyanların
izlədikləri yolu izəməyi onlara təşviq edirlər. Allah buyurdu: “Bu,
136
şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi
(Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə
bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”. (əl-Ənam 153).
Əmr sahibləri ilə çəkişməməyi də tövsiyə edirdilər. Çünki
Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “Bir kimsənin
qəlbi bu üç xislətə sahib olmadıqca iman etmiş olmaz: Əməli
sadəcə Allah üçün ixlasla etmək, Əmir sahibləri olan kimsələrə
itaət etmək və onların cəmaatlarından ayrılmamaq. Çünki onların
dəvətləri (duaları) digərlərini əhatə edir”
226
.
Daha sonra buyurdu: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə
və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş
barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə
inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha
xeyirli və nəticə etibarilə daha yaxşıdır”. (ən-Nisa 59).
Muhəmmədin - sallallahu aleyhi və səlləm – ümmətinə qarşı qılınc
qaldırmaq fikirlərini daşımamalıdır. Fudeyl İbn İyad – rahmətullahi
aleyhi – deyir ki: “Əgə mənim qəbul ediləcəyini bildiyim bir duam
olsaydı mən onu yalnız əmr sahibi üçün edərdim. Çünki əmr
sahibi düzələrsə ölkə və insanlar da əmin olarlar (düzələrlər)”.
Xaricilər itaətdən çıxmış kimsələrdir.
Qurani Kərimin məxluq olduğunu iddia edən kimsə dindən
çıxacaq şəkildə inkar etmiş bir kafir olur. Məsələni başa düşən
birisidirsə onun kafir olmasında şübhə edən kimsədə kafir olar.
Allahın kəlamı haqqında şübhə edib, yaradılmışdırmı, yoxsa
yaradılmamışdırmı bilmirən deyən kimsə də Cəhmidir. Quran
barəsində biliksiz qalan bir kimsəyə öyrədilir, bidətçi olduğu qəbul
edilir, lakin təkfir edilməz.
Mənim Quranı tələffüz etməyim məxluqdur deyən Cəhmidir.
Əbu Muhəmməd dedi ki: “Atam belə deyərkən dinlədim: Bidət
əhlinin əlaməti haqq əhlinə dil uzatmasıdır”. Zındıqların əlaməti
Əhli Sünnətə Haşaviyyə adını vermələridir”. Cəhmilərin əlaməti
226
Trimizi 2658.
137
Əhli Sünnətə Müşəbbihə adını vermələridir. Qədərilərin əlaməti
Əhli Sünnətə müxalifə və nöqsaniyə adını vermələridir. Bidət
əhlinin əlaməti Əhli Sünnətə Nəsibi demələridir. Əhli Sünnətə isə
yalnız bir İsim yaraşır. (Əhli Sünnə Vəl Cəmaat Sələfi Saleh).
Dostları ilə paylaş: |