Səhabələr Haqqında Etiqadı
İmam Şəfii – rahmətullahi aleyhi - deyir ki: “Uca Allah Quranda,
Tövratda və İncildə Peyğəmbərin – sallallahu aleyhi və səlləm –
səhabələrini tərif etmişdir. Peyğəmbəərdə – sallallahu aleyhi və
səlləm – onların fəzilət və üstünlüklərindən danışmış və heç
kimsənin onların dərəcəsinə çatması mümkün deyildir. Allahın
rəhməti onların üzərinə olsun. Onları sıddıqların, şəhidlərin və
əməlisalehlərin mətrəbəsinə yüksəltmişdir. Onlar vəhyin nazil
olmasını görmüş, Rəsulullahın – sallallahu aleyhi və səlləm –
sünnətini bizə çatdırmışlar. Onlar Rəsulullahın – sallallahu aleyhi və
səlləm – sünnətləri içində bizim bildiyimiz və bilmədiyimiz
sünnətləri bilirdilər. Onlar hər cür elimdə, ictihadda, təqvada və
ağılda bizdən üstündürlər. Bizim üçün onların görüşləri öz
görüşlərimizdən daha üstündür. Doğrusunu Allah bilir!”
146
.
Beyhəqi, Rabi İbn Süleymandan rəvayət edir ki, İmam Şəfiinin –
rahmətullahi aleyhi - belə dediyini dinlədim: Fəzilətdə öncə Əbu
Bəkr, Sonra Ömər, sonra Osman, sonra da Əlidir – Allah onlardan
razı olsun -”
147
.
Beyhəqi, Muhəmməd İbn Abdullah İbn AbdulHəkimdən
rəvayət edir ki, İmam Şəfiinin – rahmətullahi aleyhi - belə dediyini
dinlədim: “Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – sonra
insanlar arasında ən fəzilətli (xeyirli) olanlar Əbu Bəkr, sonra
Ömər, sonra Osman, sonra Əlidir – Allah onlardan razı olsun -”
148
.
əl-Hərəvi, Yusuf İbn Yəhyə əl-Buveytidən rəvayət edir ki, İmam
Şəfiidən: “Bidət əhli bir kimsənin arxasında namaz qılınırmı”
dedik. O, xeyr. Nə Bidət əhli, nə Qədəri, nə də Murciyə etiqadında
146
Mənakibuş Şəfii 1/442.
147
Mənakibuş Şəfii 1/432.
148
Mənakibuş Şəfii 1/433.
98
olan heç bir kimsənin axasında namaz qılma”. Mən: “Bizə onları
vəsf et!” dedim. İmam: “Kim iman yalnız sözdən ibarətdir deyərsə
Murciədir. Kim Əbu Bəkr və Ömər haqq xəlifə deyildir deyərsə
bidət əhlidir, kim də Allahın diləməsini özünə aid edərsə Qədəridir
(Yəni, mən istədikdən sonra Allah bilir)”
149
.
Kəlam Elmi Və Din Barəsində Mübahisəni
Qadağan Etməsi
əl-Hərəvi, Rabi İbn Süleymandan rəvayət edir ki, İmam Şəfiinin
– rahmətullahi aleyhi - belə dediyini dinlədim: “Bir adam bir
kimsəyə dini kitablarını vəsiyyət etmiş olarsa və kitabları arasında
kəlam barəsində kitablar olarsa bu kitablar vəsiyytin içinə daxil
olmaz. Çünki kəlam elm deyildir”
150
.
əl-Hərəvi, Həsən əl-Zəfəranidən rəvayət edir ki, İmam Şəfinin –
rahmətullahi aleyhi - belə dediyini dinlədim: “Mən kəlam barəsində
bir kimsə ilə mübahisə etdikdən sonra buna görə mütləq Allahdan
məğfirət diləmişəm (və ya: Kəlam barəsində bir dəfə cədəl etdim,
bundan ötrü Rəbbimdən məğfirət diləyirəm)”
151
.
əl-Hərəvi, Rabi İbn Süleymandan rəvayət edir ki, İmam Şəfii –
rahmətullahi aleyhi - dedi: “Mən hər hansı müxalif bir kimsəyə qarşı
(və ya şəriətə müxalif olan bir şey barəsində) kitab (rədd)
hazırlamaq istəsəm bunu edə bilərəm. Lakin kəlam ilə mənim işim
yoxdur, kəlamdan da hər hansı bir şeyin mənə nisbət edilməsini də
arzu etmirəm”
152
.
149
Zəmmul Kəlam vr. 215, Zəhəbi “Ziyer” 10/31.
150
Zəmmul Kəlam vr. 213, Zəhəbi “Siyer” 10/30.
151
Zəmmul Kəlam vr. 213, Zəhəbi “Siyer” 10/30.
152
Zəmmul Kəlam vr. 215.
99
İbn Batta, Əbu Sevrdən rəvayət edir ki, İmam Şəfii – rahmətullahi
aleyhi - mənə dedi: “Kəlamdan hər hansı bir şeyə baş vurub sonra
da ondan qurtulan kimsə görmədim”
153
.
əl-Hərəvi, Yunus əl-Misridən rəvayət edir ki, İmam Şəfii –
rahmətullahi aleyhi - dedi: “Allahın bir kimsəni şirk istisna hər hansı
bir (günahla) imtahan etməsi onun üçün kəlamla imtahan
etməsindən yaxşıdır”
154
.
(Yunus İbn Abdil Əla) demişdir: əş-Şəfii – rahmətullahi aleyhi -
dedi: “Kəlam əhlinin elə şeylər etdiyini gordum ki, Allahın nəhy
etdiyi hər şeyi edən birisini gorməyim mənə onları gorməkdən xoş
gəldi”. (Yunus İbn Abdil Əla) dedi: Ona belə dedim: “Bilirsənmi iki
sahibimiz – Maliki və Leysi - nə deyərdilər? Deyərdilər ki əgər
“Kəlam” sahibi birisini su uzərində yeriyən gorsən şərindən əmin
olma”. İmam: “Az deyiblər, hətta onu səma ilə yer arasında havada
gəzən gorsən şərindən əmin olma”
155
.
İbnu Əbil Həkəm dedi: əş-Şəfiini – rahmətullahi aleyhi - belə
deyərkən eşitdim: “İnsanlar “kəlam”da nə olduğunu bilsələrdi,
ondan şirdən qacdıqları kimi qacardılar”
156
.
Yenə Rabi bin Suleyman dedi: əş-Şəfiini – rahmətullahi aleyhi -
pilləkənlə enərkən gordum. Bu an bir topluluq məsciddə “kəlam”la
bağlı sohbət edirdi. Qışqıraraq belə dedi: “Ya yanımızda xeyirlə
qalın, ya da bizi tərk edin”.
Əbu Sevr dedi ki, İmam Şəfiini – rahmətullahi aleyhi - belə
dediyini eşitdim: “Kəlam əhli haqdakı hokmum budur ki cubuqla
153
İbanətul Kubra s. 535-536.
154
İbn Əbu Hətim “Mənakibuş Şəfii” s. 182.
155
İmam Zəhəbi “Siyer”.
156
İmam Zəhəbi “Siyer”.
100
vurulsunlar, (bu halilə) dəvə uzərində tayfalar və qəbilələr
arasında dolaşdırılaraq belə deyilsin: “Quranı və sunnəti tərk edib
“kəlam”a yönələnin cəzası budur”.
İmam Şəfii – rahmətullahi aleyhi - deyir ki: “Şirk xaric, heç bir
günah kəlamdan böyük deyildir”
157
.
İmam Şəfii – rahmətullahi aleyhi - deyir ki: “Şirk xaric, qulun
Allaha bütün günahları ilə qovuşması həvasından bir şeylə
qovuşmasından daha yaxşıdır”
158
.
Təqlid Barəsində Sözləri
İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə Peyğəmbər
- səllallahu aleyhi və səlləm – dən nəql edilən bir Sünnəti açıq-aydın
bilindiyi halda onu bir başqasının sözündən ötrü tərk etməsinin
halal olmadığını müsəlmanlar ittifaq etmişlər»
159
.
İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Mənim Kitabımda
Peyğəmbər - sallallahu aleyhi və səlləm – in sünnəsinə zidd bir şey
tapsanız Peyğəmbər - sallallahu aleyhi və səlləm – in sözünü götürün
və mənim sözümü tərk edin. Sünnətə uyun və başqa birisinin
sözünə etibar etməyin»
160
.
İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Hədis səhih olduğu
zaman mənim görüşüm odur»
161
.
157
Fətava 5/53, İctimau Cuyuş s. 165.
158
Zəhəbi “Siyer” 10/31.
159
İbn Qeyyim 2/363, İbn Həzm «Fullani» s. 68.
160
Hərəvi «Zəmmul Kəlam» 3/47/1, Xatib Bağdadi “İhticac Biş Şafii” 8/2, İbn Əsakir 15/9/10,
Nəvəvi «Məcmu» 1/163, İbn Qeyyim 2/361, Əbu Nuaym «Hilyə» 9/107.
161
Şarani s. 107.
101
İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Mən bir söz
söylədiyimdə mənə zidd olaraq Peyğəmbər - sallallahu aleyhi və
səlləm – dən səhih bir hədis gəldiyini görsəniz, mənə ağlımın
getdiyini xəbər verin»
162
.
İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Hər hansı bir
məsələdə bir söz söyləmiş olsam və Peyğəmbər - sallallahu aleyhi və
səlləm – dən buna zidd bir xəbər gəlmişsə, Peyğəmbər - sallallahu
aleyhi və səlləm – in hədisi daha doğrudur. Məni təqlid etməyin»
163
.
İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər -
sallallahu aleyhi və səlləm – dən nəql edilən hər hansı bir hədisi
məndən eşitməmiş belə olsanız mənim görüşüm deməkdir»
164
.
Əbu Bəkr Abdullah əl-Humeydi
– rahmətullahi aleyhi -
Hafiz Əbu Bəkr Abdullah İbnn əz-Zubeyr əl-Qureyşi əl-
Humeydi. Hüccət bir imam idi. İmam Əhməd – rahmətullahi aleyhi -
deyir ki: “Humeydi, Şəfii və İbn Rahaveyh hər biri imamdır”.
İmam Şəfii – rahmətullahi aleyhi - ilə yoldaşlıq etmiş və H. 219-cu
ildə vəfat etmişdir. Buxari və digər imamlar ondan hədis rəvayət
etmişlər
165
.
Bişr İbn Musa dedi ki, bizə əl-Humeydi – rahmətullahi aleyhi -
dedi ki: “Sünnət – bir kimsənin xeyri və şərilə, şirini və acısı ilə
qədərə iman etməsi, başına gələn bir şeyin ondan yan
keçməyəcəyinə, ondan yan keçən bir şeyin başına gəlməyəcəyini
162
Əbu Nuaym 9/107, İbn Qeyyim «İlamul Muvakkin» 2/163, Fullahi s. 104.
163
İbn Əbu Xatim «Adab» s. 93, İbn Əsakir 15/10/1.
164
İbn Əbu Xatim s. 93-94.
165
Şəzərətuz Zəhəbi 2/45-46.
102
bilməsi və bütün bunların Uca Allahdan bir lütf olmasını
bilməsidir”.
əl-Humeydi – rahmətullahi aleyhi - deyir ki: “İman – söz və
əməldir, artar və azalar. Əməlsiz sözün faydası olmadığı kimi
niyyət olmadan söz və əməlində faydsı olmaz. Sünnətə uyğun
olmadıqca sözün də, niyyət ilə edilən əməlin də faydası olmaz”.
əl-Humeydi – rahmətullahi aleyhi - deyir ki: “Muhəmmədin –
sallallahu aleyhi və səlləm – bütün səhabələrinə rəhmət oxumaq
lazımdır. Çünki Allah buyurur: “Onlardan (Səhabələrdən -
mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey
Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din)
qardaşlarımızı bağışla...". (əl-Həşr 10). Çünki onlara məğfirət
diləməkdən başqa bir şeylə kimsə əmr olunmamışdır. Buna görə də
onlara söyən və ya onlardan hər hansısa birinin şərəfini alçaldan
bir kimsə Sünnət üzərə hərəkət etmiş olmaz və onun feydən hər
hansısa bir payı yoxdur. Bunu bizə İmam Məlik – rahmətullahi
aleyhi - bir neçə nəfərdən xəbər vermiş və demişdir. Uca Allah Feyi
paylaşdıraraq buyurdu: “Onlardan (Səhabələrdən - mühacirlərdən
və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və
bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim
qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey
Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!". (əl-Həşr
10). Burada Allah: “Onlardan (Səhabələrdən - mühacirlərdən və
ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və
bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla...”. (əl-
Həşr 10). Buna görə də kim onlara bu şəkildə dua etməzsə Feydən
haqq sahibi olan kimsə deyildir”.
əl-Humeydi – rahmətullahi aleyhi - deyir ki: “Quran Allahın
Kəlamıdır. Sufyanın – rahmətullahi aleyhi - belə dediyini dinlədim:
103
Quran Allaın kəlamıdır. Kim “Məxluqdur” deyərsə bidətçidir. Biz
kimsənin belə dediyini eşitmədik”.
əl-Humeydi, Sufyanın – rahmətullahi aleyhi - belə dediyini
dinlədi: “İman – söz və əməldir, artar və əskilər. Qardaşı İbrahim
İbn Uyeynə – rahmətullahi aleyhi - ona: “Ey Əbu Muhəmməd! Sən
azalır demə” dedi. O, qəzəbləndi və dedi: “Sus, ey uşaq. Azalır –
hətta heç bir şey qalmayana qədər azalır” dedi.
əl-Humeydi – rahmətullahi aleyhi - dedi ki: “Ölümdən sonra
Ruyətullahı (Allahı görmək) qəbul etmək”. Quran və Sünnətin
dediklərini qəbul etmək. “Yəhudilər dedilər: "Allahın Əli bağlıdır!"
Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər...”.
(əl-Maidə 64). “(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər
(uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun
ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir.
(Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və
ucadır!”. (əz-Zumər 67). “Mərhəmətli Allah Ərşə İstiva (etdi)
ucaldı”. (Ta ha 5) kimi deyirik. Bundan başqa bir iddiada olan bir
kimsə sifətləri tətil edən Cəhmidir”. Biz – Xaricilərin dediyi kimi:
Kim böyük günah edərsə kafir olur” demirik. Hər hansı bir günah
etdi deyə bir kimsənin kafir olduğunu söyləmirik. Küfr ancaq
Rəsulullahın dilə gətirdiyi bu beş əsasın tərk edilməsi ilə baş verir:
İslam beş təməl üzərində bina edilmişdir. Allahdan başqa ibadətə
layiq heç bir ilah olmadığına, Muhəmmədin Allahın Rəsulu
olduğuna şəhadət etmək, namazı qılmaq, zəkatı vermək, Ramazan
ayının orucunu tutmaq və Beyti həcc etmək”
166
.
Bişr İbn əl-Həris
– rahmətullahi aleyhi -
166
Usulu Sünnə 2/546-548.
104
Əbu Nasir Bişr İbn əl-Həris əl-Mərvəzi, Bişr əl-Həfi kimi tanınan
zahid bir kimsədir. Bağdatda H. 227-ci ildə Rabiul Əvvəl ayında
vəfat etmişdir
167
.
Əbu Hafs Ömər İbn Yəsir əl-Attar, Bişr İbn əl-Hərisin –
rahmətullahi aleyhi - yazısı olduğunu iddia etdiyi bir səhifə çıxarıb
bizlərə verdi və dedi: Bunu əzbərləyin və öyrənin. Beləliklədə
imanın əsaslarını öyrənmiş olarsınız. Bunlardan: Bir və tək olan,
şəriki olmayan Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına,
Muhəmmədin Allahın qulu və Rəsulu olduğuna şəhadət etmək,
Rəsulların və Peyğəmbərlərin gətirdiklərini iqrar və qəbul etmək,
diliylə söylədiyini, qəlbi ilə qəti olaraq inandığı imanına heç bir
şübhə etməyəcəkdir. Tövhid əhli olan hər hansı bir kimsəni bir
günah səbəbiylə təkfir etməyəcək, qeyb olan bütün məsələləri
Allaha həvalə edəcəkdir. Hər bir şeyin Allahın qəza və qədəri ilə
olduğuna, xeyrin və şərin də Allahdan gəldiyini qəbul edəcəkdir.
Muhəmmədin – sallallahu aleyhi və səlləm – ümmətindən olub gözəl
işlər edən bir kimsə üçün ümüd vardır və qazandığı hər hansı bir
günah səbəbiylə də onu Cəhənnəmlik görməz. Çünki qullarını
dilədiyi yerə qoyan Allahdır. Uca Allahın Peyğəmbərinə – sallallahu
aleyhi və səlləm – səhabə olsun deyə seçdiyi Sələfin haqqını bilib,
Əbu Bəkr əs-Sıddıq, Ömər əl-Faruq, Osman İbn Əffan və Əli İbn
Əbu Talibi – Allah onladan razı olsun - hamıdan öndə görmək, istər
kiçik istərsə də böyük səhabələrdən rəhmətlə söz açar, onların
fəzilətindən danışar, aralarında baş verən anlaşılmazlıqlardan bir
şey danışmaz. Cümə, iki bayram namazı və Ərafatda olan
namazları yaxşı və günahkar hər bir əmirin arxasında qılar. Səfərdə
və evdə corablar üzərinə məsh edər, səfərdə namazını qısaldar.
Cihad – Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Peyğəmbər
olaraq göndərildiyi gündən zalımın zülmünün və Dəccəl ilə
döyüşəcək ən xeyirli topluluq gəlincəyə qədər davam edəcəkdir.
Quran Allahın kəlmı və Onun nazil etdiyi kitabdır, yaradılmış
167
Şəzəratuz Zəhəbi 2/60-62.
105
deyildir. Alış-veriş sünnətə uyğun olaraq Qiyamətə qədər halaldır.
İman – söz və əməldir, artar və əskilər. Cənazə namazında dörd
təkbir gətrilir, müsəlmanların rəhbərlərinin islahı üçün dua edər,
qılınca əl ataraq onlara qarşı çıxmaz. Fitnələr zamanı döyüşə
cıxmayıb evində oturar. Qəbr əzabına, Munkər və Nəkira, Hovuza,
şəfaətə və Mizana iman edər. Muvahhidlərdən bir topluluğun
Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – gələn xəbərlərdə dediyi
kimi Cəhənnəmdən çıxarılacaqlarına da inanar. Biz bunların
hamısına iman edər və sünnət əhlinin xüsusiyyətlərindən
bəzilərinə Allahın kitabının, Rəsulullahın – sallallahu aleyhi və səlləm
– hədislərinin və səhabələrinin sözlərini qəbul etmək, bidəti isə tərk
etməkdir. Bizlər Allahın söz söylədiyinə, yaratdığına şahidlik
edirik. Onun sözü bir söz, yaratması da bir yaratmaqdır. Sözü
yaratdıqlarından ayrıdır, yaratdıqları da Onun sözündən ayrıdır.
“Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm
kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər)
ol!” – dedi, o da oldu”. (Ali İmran 59). Burada “Ol” buyuruğu
yaradılmış deyildir. Həmd heç bir ortağı, bənzəri, oxşarı, ziddi,
hökmünə kimsəni şərik etməyən Allaha məxsusdur. Əbu Amr əl-
Xattab dedi ki, mən Muhəmməd İbn Yəhyə əz-Zuhrini vəfatından
sonra yuxumda gördüm. Ona: “Allah səninlə necə müamələ etdi?”
dedim. O: “Mənə və mənim cənazə namazımı qılanlara məğfirət
etdi. Mənim kitablarımı İlliyuna qaldırdı və qızıl su ilə yazdı”.
Əli İbn Əl-Mədini
- rahmətullahi aleyhi -
Əbul Həsən Əli İbn Abdullah İbn Cəfər İbn Nəcih əs-Sədi əl-
Mədini. Bəni Sad nəslindəndir. Bəsrəlidir, hədis hafizi olub bir çox
əsərlər təlif etmişdir. H. 161-ci ildə dünyaya gəlmişdir.
Tələbələrindən Buxari, Əbu Davud, İbn Məhdi – rahmətullahi aleyhi
- deyirlər ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – hədislərini ən
gözəl şəkildə başa düşən birisi olmuşur». Buxari – rahmətullahi
106
aleyhi - dedi ki: “Mən İbnul Mədinidən başqa kimsənin qarşısında
özümü kiçik görmədim”. Əbu Davud – rahmətullahi aleyhi - deyir
ki: “İbnul Mədini hədis ixtilafını İmam Əhməddən daha yaxşı
bilirdi”. H. 234-cü ildə 73 yaşında Zülqadə ayında Samirə şəhərinin
yaxınlığında yerləşən Katiba əl-Qaka adlanan yerdə dünyasını
dəyişmişdir
168
.
Lələkai – rahmətullahi aleyhi - deyir ki: Bizə Muhəmməd İbn
Rızqullah xəbər verdi ki: Bizə Əbu Muhəmməd Cəfər İbn
Muhəmməd İbn Nusayr xəbər verdi ki: Bizə Əbu Muhəmməd
Abdullah İbn Ğannam İbn Hafs İbn Ğıyas ən-Nəhai dedi ki: Bizə
Əbu Səid Yəhyə İbn Əhməd dedi ki: Mən Əbu Abdullah
Muhəmməd İbn Abdullah İbn Bastamı belə deyərkən dinlədim:
Mən Səhl İbn Muhəmmədi, Əli İbn Abdullah İbn Cəfər İbn əl-
Mədiniyə – rahmətullahi aleyhi - bunu oxuyarkən dinlədim. Ona
dedi ki: Xeyri və şərilə Qədərə iman etmək, Quran Allahın
kəlamıdır, yaradılmış deyildir. Onun yaradılmış olmadığını
söyləməkdə zəiflik göstərmə. Çünki Əziz və Cəlil olan Allahın
kəlamı ondan ayrı bir şey deyildir. O, kəlamın heç bir parças
yaradılmış deyildir. Qiyamət günü olan mizana iman edər, Allah
Qiyamət günü qulları ilə danışacaq, onları aralarında bir tərcüməçi
olmadan hesaba çəkəcək. Buna da iman edilir və təsdiq edilir.
Şübhəsiz Qiyamət günündə Rəsulullaha – sallallahu aleyhi və səlləm
– aid bir Hovuz vardır. Ümməti o, Hovuza gələcəkdir. Uzunluğu
bir aylıq məsafə, üzərində olan qabların sayı səmada olan
ulduzların sayı qədərdi. Buna da iman edilir. Ümməti qəbirlərində
sorğu-sual olunar. Peyğəmbəri – sallallahu aleyhi və səlləm –
barəsində sual verilir. Munkər və Nəkir Allahın dilədiyi şəkildə
onun yanına gələr. Buna da iman və təsdiq edilir. Atəşdə yanıb
kömürə döndükdən sonra bir qrup kimsələrin Cəhənnəm
atəşindən çıxarılaraq Cənnət qapısında bir çaya salınacağına iman
edilir. Bu da Allahın dilədiyi kimi olacaqdır. Məsih Dəccəlin
168
Şəzəratuz Zəhəbi 2/81.
107
gözləri arasında “Kafir” yazılacağına iman etmək. Çünki bu barədə
varid olan hədisləridə bunlar qeyd olunmuşdur. Bunun baş
verəcəyinə iman edilir. Məryəm oğlu İsanın nazil olaraq Lud qapısı
yanında onu öldürəcəyinə də iman edilir.
İman – sünnətdə doğrunu isbat etmək və niyyət üzərə söz və
əməldir. İman artar və əskilər. Möminlər arasında imanı ən
mükəmməl kişi əxlaqı etibarıyla ən gözəlidir. Namazın tərk etmək
küfürdü. Onu tərk edən bir kimsə kafirdir və öldürülməsi halaldır.
Bu ümmətin ən xeyirlisi Peyğəmbərdən – sallallahu aleyhi və
səlləm – sonra Əbu Bəkr, sonra Ömər, sonra Osmandır – Allah
onlardan razı olsun -. Rəsulullahın – sallallahu aleyhi və səlləm –
səhabələri arasında bu barədə bir ixtilaf olmadan bu üçünü önə
keçirdikləri kimi bir də onları önə keçirərik. Peyğəmbər – sallallahu
aleyhi və səlləm – ilə söhbət edib gözləriylə onu görən, ona iman
edən, bir an belə ona səhabəlik edən bir kimsə bu səhabəliyi
sayəsində hər cür xeyirli əməlləri etmiş olsalar da belə bütün
tabiinlərdən daha fəzilətlidir.
Pis və ya yaxşı imamlara, möminlərin əmirlərinə və insanların
icması və istəyi ilə xəlifəlik məqamına keçənləri dinləyib itaət
edilməlidir. Allaha və axirət gününə iman edən hər hansı bir kimsə
pis və ya yaxşı imam olmadan bir gecə belə keçirməsi halal
deyildir. Onların başında olan imam möminlərin əmiridir. İstər pis,
istərsə də yaxşı əmirin arxasında döyüşə getmək Qiyamətə qədər
tərk edilməz. Feyləri paylaşdırmaq, Hədləri qoymaq,. Sözləri
dinlənilən imamların haqlarıdır. Bu bardə kimsənin onlara dil
uzatması və ya onlarla anlaşmazlıq və çəkişməyə qalxması haqqı
yoxdur. Zəkatını onlara ödəyən kimsə borcundan qurtulmuş və
öhdəliyinə düşəcyi yerinə yetirmiş olar. Bu imam pis və ya yaxşı
olsun fərq etməz. Belə bir imamın və onun təyin etdiyi kimsənin
arxasında namaz caizdir və qılınmış olur. İki rükət qılınır. Buna
rəğmən həmən namazı gedib yenidən qılan bidətçidir. İmanı tərk
etmiş və müxalif olmuş bir kimsdir. Belə bir kimsə imamın
arxasında Cümə namazını qılanmaz deyənlərin görüşündədirsə o,
108
kimsə Cümənin fəzilətindən heç bir payı yoxdur. Sünnət bunların
arxasında namaz qılmağı və bundan ötrü qəlbdə heç bir narahatlıq
olmamalıdır. İnsanların ətrafında toplanaraq seçdikləri və ya
qələbə yolu ilə xəlifəliyini qəbul etdikləri müsəlman imamlardan
hər hansı birinə qarşı çıxan kimsə bu imama qarşı itaətsizlik etmiş,
ayrılıq etmiş və bu haqda Rəsulullahdan – sallallahu aleyhi və səlləm
– gəlmiş xəbərlərə müxalif olmuşdur. Əgər bu imama qarşı çıxan
kimsə ölürsə cahiliyyə ölümüylə ölür. Sultan ilə vuruşmaq və ona
qarşı çıxmaq heç bir kimsəyə halal deyildir. Belə bir şeyi edən
kimsə birdətçidir. Sünnət üzərə deyildir. Xaricilər və üsyançılar bir
kimsənin canına, malına və ya bundan aşağı olan şeylərinə qəsb
etmək istəyərlərsə canını və malını qorumaq üçün onlarla
döyüşməsi halaldır. Lakin ondan ayrılıb uzaqlaşarlarsa onları təqib
etmə haqqı yoxdur. Onlardan qurtulmuşsa izlərindən getməz.
Çünki belə bir iş imamlara aid bir haqdır. O, sadəcə özünü və
malını qoruyur. Bu qoruma əsnasında da kimsəni öldürməyi
niyyət etməməlidir. Əgər döyüş əsnasında kimsəni öldürərsə Allah
öldürmüş kimsəni uzaqlaşdırmış olar. Əgər malını və canını
qoruyarkən öldürülərsə şəhid olacağını ümüd edərik. Belə birisinə
hədd təyin etməsi düzgün deyildir. Əksinə bunu üzərinə imam
təyin edilən kimsəyə təslim edər. Onun haqqında hökm verəcək də
odur.
Qiblə əhlindən hər hansı bir kimsə haqqında etdiyi bir əmələ
görə Cənnətlik və Cəhənnəmlik olduğuna dair şahidlik etmərik.
Bizlər saleh əməl edən haqqında ümüd etdiyimiz kimi günahkar və
pis bir kimsə üçün də qorxarıq. Bununla bərabər onun üçün
Allahın rəhmətindən ümüd edərik. Cəhənnəmi vacib edən bir
günah ilə Allahın hüzuruna o, günahdan tövbə etmiş və onun
üzərində israr etmədən qovuşan kimsənin Allah da tövbəsini qəbul
edər. Çünki o qulların tövbəsini qəbul edər və günahları əff edər.
Etdiyi günah ilə Allahın hüzuruna gedən bir kimsə üçün tətbiq
olunan cəza o, günahının kəffarəsidir. Tövbə etmədən və günahda
israr edərək Rəbbinin hüzuruna gedən kimsənin işi Allaha
109
qamışdır. Dilərsə onu cəzalandırar, dilərsə ona məğfirət edər.
Allahın hüzuruna şirk ilə gedən bir kimsəni Allah əzab edər və ona
məğfirət etməz.
Rəsulullahın – sallallahu aleyhi və səlləm – səhabələrindən hər
hansı bir kimsənin dəyərini əskiltən və ya ona nifrət edən bir kimsə
bidətçidir ta ki, onların hamısından rəhmətlə danışana qədər və
qəlbində hamısına qarşı kiçik (cüzi) bir pislik hissləri qalmayana
qədər.
Nifaq küfrün özüdür. Bu da içində Allahı inkar edib, ondan
başqasına ibadət edən, zahirdə imanı göstərən kimsədir.
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – zamanında olan
münafiqlər kimi. Aşağıda zikr etdiyimiz hədislər bu əməllərin
ağırlığını göstərmək üçündür: Peyğəmbər - sallallahu aleyhi və səlləm
– buyurur: «Dörd şey vardır ki, bunlar kimdə olarsa o, kimsə xalis
münafiqdir. Lakin bu dörd xislətdən biri bir kimsədə olarsa onu
tərk edincəyə qədər onda münafiqlikdən bir xislət vardır: 1) Ona
bir şey əmənət edildikdə əmanətə xəyanət edər, 2) Söz söylədiyi
zaman yalan söyləyər, 3) Söz verdiyi zaman yerinə yetirməz, 4)
Mübahisə etdiyi zaman biyabırçı sözlərə yol verər»
169
. İbn Məsud -
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «Müsəlmanı söymək fasiqlikdir, onunla
vuruşmaq isə küfrdür»
170
. Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «İki müsəlman qılıncları bir-birilə toqquşduqları zaman
ölən də öldürülən də Cəhənnəmdədir». Səhabələr: «Ya Rəsulullah!
Öldürənin Cəhənnəmdə olduğunu başa düşdük. Bəs öldürülən
nəyə görə?» deyə soruşdular. Peyğəmbər: «Çünki o da müsəlman
qardaşını öldürməyə can atmışdır» deyə buyurdu
171
. Peyğəmbər -
səllallahu aleyhi və səlləm – in: «Məndən sonra bir-birinizin boynunu
vuran kafirlərin halına bənzəməyin»
172
. Peyğəmbər – sallallahu
169
Buxari, Müslim.
170
Buxari 1/110, Müslim 2/54.
171
Buxari, Müslim.
172
Buxari.
110
aleyhi və səlləm – buyurdu: «Hər hansı bir kimsə öz müsəlman
qardaşına ey kafir deyə müraciət edərsə bu sözə o, ikisindən biri
layiq olar»
173
.
Cənnət və Cəhənnəm Rəsulullahdan – sallallahu aleyhi və səlləm –
gələn rəvayətlərdə söylənildiyi kimi yaradılmışdır. Onların
yaradılmadığını iddia edən bir kimsə bu rəvayətləri yalan
saymışdır. Hətta mən belə bir kimsənin Cənnət və Cəhənnəmə
iman etdiyini düşünmürəm. Ayrıca “Şəhidlərin ruhları Cənnətdə
dolaşırlar” buyurduğu və bu şəkildə gələn bütün hədislərə biz
iman edirik.
Qiblə əhlindən olub Muvahhid və namaz qılan birisi olaraq ölən
kimsənin biz də Cənazə namazını qılarıq. Onun üçün məğfirət
diləyirik. Kiçik və ya böyük günahına görə namazını qılmağı tərk
etmərik. İşi də Allaha qalmışdır. Bir kimsənin Əbu Hureyrəni –
radıyallahu anhu - sevdiyini, ona rəhmət oxuduğunu görsən o,
kimsənin xeyirni ümüd edə bilər və onun bidətdən uzaq olduğunu
bilərsən. Birinin Ömər İbn AbdulƏzizi – rahmətullahi aleyhi -
sevdiyini, onun yaxşılıqlarından söz açıb danışdığını görsən bil ki,
bunun arxasında Allahın izniylə bir xeyir gəlir. Bir kimsənin Bəsrə
əhlindən Əyyub əs-Sahtiyani, İbn Aun, Yunus və ət-Teymiyə
etimat etdiyini, onları sevdiyini, onlardan çox-çox danışdığını,
onlara uyduğunu görsən o kimsədən xeyir gözləyə bilərsən
174
.
Dostları ilə paylaş: |